Fəzilətlər

Taundan ölmək şəhidlikdir

عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَخْتَصِمُ الشُّهَدَاءُ وَالْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِلَى رَبِّنَا فِى الَّذِينَ يُتَوَفَّوْنَ مِنَ الطَّاعُونِ فَيَقُولُ الشُّهَدَاءُ إِخْوَانُنَا قُتِلُوا كَمَا قُتِلْنَا. وَيَقُولُ الْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِخْوَانُنَا مَاتُوا عَلَى فُرُشِهِمْ كَمَا مُتْنَا فَيَقُولُ رَبُّنَا انْظُرُوا إِلَى جِرَاحِهِمْ فَإِنْ أَشْبَهَ جِرَاحُهُمْ جِرَاحَ الْمَقْتُولِينَ فَإِنَّهُمْ مِنْهُمْ وَمَعَهُمْ فَإِذَا جِرَاحُهُمْ قَدْ أَشْبَهَتْ جِرَاحَهُمْ»

“İrbad ibn Səriyə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Şəhidlərlə yataqlarında ölənlər, taundan ölənlər barəsində mübahisə edirlər və (mübahisəni) Rəbbimizə həvalə edirlər. Şəhidlər deyir: “Onlar bizim qardaşlarımızdır, bizim kimi öldürüldülər”. Yataqlarında ölənlər isə deyirlər: “Onlar bizim qardaşlarımızdır, bizim kimi yataqlarında öldülər”. Rəbbimiz buyurur: “Onların yaralarına baxın, əgər yaraları öldürülənlərin yaralarına bənzəsə, onlar şəhidlərlə bərabərdirlər”. (Onların yaralarına baxıldıqda, göründü ki,) yaraları şəhidlərin yaralarına bənzəyir”.”

İrbad ibn Səriyə
Həsən

Qeyd

ən-Nəsəi “Sunən” 3164, 3113, 3177. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 1596.

İstinad

Qüdsi hədislər, 93 (Kitab 7, 8)

Səhih qüdsi hədislər — Fəzilətlər