Fəzilətlər

Övladın valideynlər üçün bağışlanma diləməsinin fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَيَرْفَعُ الدَّرَجَةَ لِلْعَبْدِ الصَّالِحِ فِى الْجَنَّةِ فَيَقُولُ يَارَبِّ أَنَّى لِى هَذِهِ؟ فَيَقُولُ بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ Cənnətdə əməlisaleh qulunun dərəcəsini artıracaq. O deyəcək: “Ey Rəbbim! Bu mənə hardandır?” Allah buyuracaq: “Övladının sənin üçün bağışlanma diləməsinə görədir”.”

Əbu Hureyra
Həsən

Qeyd

Əhməd, 10611, 10618, 10890. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.

İstinad

Qüdsi hədislər, 94 (Kitab 7, 9)

Səhih qüdsi hədislər — Fəzilətlər