Qadağalar

Əsil-nəsəb ilə öyünməyin qadağası

عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ انْتَسَب رَجُلاَنِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «انْتَسَبَ رَجُلاَنِ عَلَى عَهْدِ مُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ حَتَّى عَدَّ تِسْعَةً فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ قَالَ أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ ابْنُ الإِسْلاَمِ. قَالَ فَأَوْحَى اللَّهُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ أَنَّ هَذَيْنِ الْمُنْتَسِبَيْنِ أَمَّا أَنْتُ أَيُّهَا الْمُنْتَمِى أَوِ الْمُنْتَسِبُ إِلَى تِسْعَةٍ فِى النَّارِ فَأَنْتَ عَاشِرُهُمْ وَأَمَّا أَنْتَ يَا هَذَا الْمُنْتَسِبُ إِلَى اثْنَيْنِ فِى الْجَنَّةِ فَأَنْتَ ثَالِثُهُمَا فِى الْجَنَّةِ»

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə) dedi: “Mən filankəsin oğlu filankəsəm, bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “Musanın ﵇ dövründə də iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə): “Mən filankəsin oğlu filankəsəm”- deyib doqquz (nəsəbinə qədər) sadaladı və dedi: “Bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. O da belə cavab verdi: “Mən İslam oğlu, filankəsin oğlu filankəsəm”. Allah Musaya ﵇ bu iki əsli-nəsəbi ilə öyünən (kişilər haqqında) belə vəhy etdi: “Sənə gəlincə, ey özünü doqquz (kişiyə) mənsub edən! Onuncusu sən olmaqla onların doqquzu da Cəhənnəmlikdir. Sənə gəlincə, ey özünü iki (kişiyə) mənsub edən, üçüncüsü sən olmaqla onların ikisi də Cənnətlikdir”.”

Ubey ibn Kəb
Səhih

Qeyd

Əhməd, 20241, 21178, 21216, 21778. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1270.

İstinad

Qüdsi hədislər, 95 (Kitab 8, 1)

Səhih qüdsi hədislər — Qadağalar