Kitab 8

Qadağalar

21

hədis

Fəsil 1

Əsil-nəsəb ilə öyünməyin qadağası

عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ انْتَسَب رَجُلاَنِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «انْتَسَبَ رَجُلاَنِ عَلَى عَهْدِ مُوسَى عَلَيْهِ السَّلاَمُ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ حَتَّى عَدَّ تِسْعَةً فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ قَالَ أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ ابْنُ الإِسْلاَمِ. قَالَ فَأَوْحَى اللَّهُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ أَنَّ هَذَيْنِ الْمُنْتَسِبَيْنِ أَمَّا أَنْتُ أَيُّهَا الْمُنْتَمِى أَوِ الْمُنْتَسِبُ إِلَى تِسْعَةٍ فِى النَّارِ فَأَنْتَ عَاشِرُهُمْ وَأَمَّا أَنْتَ يَا هَذَا الْمُنْتَسِبُ إِلَى اثْنَيْنِ فِى الْجَنَّةِ فَأَنْتَ ثَالِثُهُمَا فِى الْجَنَّةِ»

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə) dedi: “Mən filankəsin oğlu filankəsəm, bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “Musanın ﵇ dövründə də iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə): “Mən filankəsin oğlu filankəsəm”- deyib doqquz (nəsəbinə qədər) sadaladı və dedi: “Bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. O da belə cavab verdi: “Mən İslam oğlu, filankəsin oğlu filankəsəm”. Allah Musaya ﵇ bu iki əsli-nəsəbi ilə öyünən (kişilər haqqında) belə vəhy etdi: “Sənə gəlincə, ey özünü doqquz (kişiyə) mənsub edən! Onuncusu sən olmaqla onların doqquzu da Cəhənnəmlikdir. Sənə gəlincə, ey özünü iki (kişiyə) mənsub edən, üçüncüsü sən olmaqla onların ikisi də Cənnətlikdir”.”

Ubey ibn Kəb
SəhihQüdsi hədislər, 95 (Kitab 8, 1)

Qeyd

Əhməd, 20241, 21178, 21216, 21778. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1270.

Fəsil 2

Lənət etməyin təhlükəsi haqda

عَنْ رَجُلٍ مِنْهُمْ يُكْنَى أَبَا عُمَيْرٍ ، أَنَّهُ كَانَ صَدِيقًا لِعَبْدِ اللهِ بْنِ مَسْعُودٍ وَإِنَّ عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ زَارَهُ فِي أَهْلِهِ، فَلَمْ يَجِدْهُ، قَالَ: فَاسْتَأْذَنَ عَلَى أَهْلِهِ، وَسَلَّمَ، فَاسْتَسْقَى، قَالَ: فَبَعَثَتِ الْجَارِيَةَ تَجِيئُهُ بِشَرَابٍ مِنَ الْجِيرَانِ، فَأَبْطَأَتْ، فَلَعَنَتْهَا، فَخَرَجَ عَبْدُ اللهِ، فَجَاءَ أَبُو عُمَيْرٍ، فَقَالَ: يَا أَبَا عَبْدِ الرَّحْمَنِ، لَيْسَ مِثْلُكَ يُغَارُ عَلَيْهِ، هَلاَّ سَلَّمْتَ عَلَى أَهْلِ أَخِيكَ، وَجَلَسْتَ وَأَصَبْتَ مِنَ الشَّرَابِ؟ قَالَ: قَدْ فَعَلْتُ، فَأَرْسَلَتِ الْخَادِمَ، فَأَبْطَأَتْ، إِمَّا لَمْ يَكُنْ عِنْدَهُمْ، وَإِمَّا رَغِبُوا فِيمَا عِنْدَهُمْ، فَأَبْطَأَتِ الْخَادِمُ، فَلَعَنَتْهَا، وَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: إِنَّ اللَّعْنَةَ إِذَا وُجِّهَتْ إِلَى مَنْ وُجِّهَتْ إِلَيْهِ، فَإِنْ أَصَابَتْ عَلَيْهِ سَبِيلاً، أَوْ وَجَدَتْ فِيهِ مَسْلَكًا، وَإِلاَّ قَالَتْ: يَا رَبِّ، وُجِّهْتُ إِلَى فُلاَنٍ، فَلَمْ أَجِدْ عَلَيْهِ سَبِيلاً، وَلَمْ أَجِدْ فِيهِ مَسْلَكًا، فَيُقَالُ لَهَا: ارْجِعِي مِنْ حَيْثُ جِئْتِ، فَخَشِيتُ أَنْ تَكُونَ الْخَادِمُ مَعْذُورَةً، فَتَرْجِعَ اللَّعْنَةُ، فَأَكُونَ سَبَبَهَا.

“Abdullah ibn Məsudun ﵁ künyəsi Əbu Umeyr olan bir dostu rəvayət edir ki, bir gün Abdullah ibn Məsud onu ziyarət etmək üçün evinə gəldi, lakin onu evində tapa bilmədi. Ev əhlinə salam verib evə daxil olmaq üçün izn istədi. Sonra o, ev əhlindən su istədi. (Onun zövcəsi) su gətirmək üçün cariyəni qonşuya göndərdi. Cariyə gecikdi və o, cariyəni lənətlədi. Abdullah ibn Məsud evdən çıxdı, bu vaxt Əbu Umeyr gəldi və dedi: “Ey Əbu Abdur-Rahmən, sənin kimisini qısqanmaq olmaz. Bəlkə qardaşının ailəsinə salam verib, oturub su içəsən!” İbn Məsud dedi: “Artıq belə etdim. Zövcən xadiməni (qonşuya) göndərdi, o da gecikdi. Ya onlarda su olmadı, ya da özlərində olan suya ehtiyacları var idi. Zövcən də gecikdiyinə görə xadiməni lənətlədi. Mən isə Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həqiqətən, lənət bir kəsə yönəldildikdə, ona yol tapa bilərsə, onu tutar. Əgər ona yol tapa bilməsə, belə deyər: “Ey Rəbbim, filankəsə yönəldildim, lakin ona yol tapa bilmədim”. Ona deyilər: “Gəldiyin yerə qayıt!” Sonra Abdullah ibn Məsud dedi: “Qorxdum ki, (bu işdə) xadimə üzrlü olsun, lənət geri qayıtsın, mən də buna səbəb olum”.”

Əbu Umeyr
HəsənQüdsi hədislər, 96 (Kitab 8, 2)

Qeyd

Əhməd, 3876. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 2793.

Fəsil 3

Surət çəkənlərin aqibəti

سَمِعَ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ وَمَنْ أَظْلَمُ مِمَّنْ ذَهَبَ يَخْلُقُ كَخَلْقِى، فَلْيَخْلُقُوا ذَرَّةً، أَوْ لِيَخْلُقُوا حَبَّةً أَوْ شَعِيرَةً»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ buyurmuşdur: “Mənim yaratdığım kimi yaratmağa çalışan kimsədən daha zalım kim ola bilər?! (Bacarırlarsa,) qoy bir qarışqa yaratsınlar, yaxud bir dən yaratsınlar, yaxud bir arpa dənəsi yaratsınlar!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 97 (Kitab 8, 3)

Qeyd

əl-Buxari, 5497, 5609, 5953.

Fəsil 4

“İnsanlar həlak oldular”- deməyin qadağan olması

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِذَا سَمِعْتُمْ رَجُلاً يَقُولُ: هَلَكَ النَّاسُ، فَهُوَ أَهْلَكُهُمْ، يَقُولُ اللَّهُ: إِنَّهُ هُوَ هَالِكٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir adamın: “İnsanlar həlak oldular!”- deməsini eşitsəniz, (bilin ki,) insanlardan daha çox o həlak olmuşdur. Allah buyurur: “Həqiqətən, o özü həlak oldu!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 98 (Kitab 8, 4)

Qeyd

Əhməd, 7360, 7671. Şueyb əl-Arnavut isnadını Muslimin şərtlərinə görə səhih adlandırmışdır.

Fəsil 5

“Allaha and olsun ki, Allah səni bağışlamayacaq!”- deməkdən çəkinmək

قَالَ أَبُو هُرَيْرَة َسَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «كَانَ رَجُلاَنِ فِى بَنِى إِسْرَائِيلَ مُتَآخِيَيْنِ فَكَانَ أَحَدُهُمَا يُذْنِبُ وَالآخَرُ مُجْتَهِدٌ فِى الْعِبَادَةِ فَكَانَ لاَ يَزَالُ الْمُجْتَهِدُ يَرَى الآخَرَ عَلَى الذَّنْبِ فَيَقُولُ أَقْصِرْ. فَوَجَدَهُ يَوْمًا عَلَى ذَنْبٍ فَقَالَ لَهُ أَقْصِرْ فَقَالَ خَلِّنِى وَرَبِّى أَبُعِثْتَ عَلَىَّ رَقِيبًا فَقَالَ وَاللَّهِ لاَ يَغْفِرُ اللَّهُ لَكَ أَوْ لاَ يُدْخِلُكَ اللَّهُ الْجَنَّةَ. فَقُبِضَ أَرْوَاحُهُمَا فَاجْتَمَعَا عِنْدَ رَبِّ الْعَالَمِينَ فَقَالَ لِهَذَا الْمُجْتَهِدِ أَكُنْتَ بِى عَالِمًا أَوْ كُنْتَ عَلَى مَا فِى يَدِى قَادِرًا وَقَالَ لِلْمُذْنِبِ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ بِرَحْمَتِى وَقَالَ لِلآخَرِ اذْهَبُوا بِهِ إِلَى النَّارِ». قَالَ أَبُو هُرَيْرَةَ وَالَّذِى نَفْسِى بِيَدِهِ لَتَكَلَّمَ بِكَلِمَةٍ أَوْبَقَتْ دُنْيَاهُ وَآخِرَتَهُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İsrail oğullarının arasında bir-biri ilə qardaş olmuş iki nəfər var idi. Onlardan biri günah edərdi, digəri isə ibadətdə çalışqan idi. İbadətdə çalışqan olan daim digərini günah edərkən görər və (hər dəfə ona): “Tərk et!”- deyərdi. Bir gün onu yenidən günah edərkən görüb ona: “Tərk et!”- dedi. O da: “Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərilmisən?”- deyə cavab verdi. (İbadətdə çalışqan olan) dedi: “Allaha and olsun ki, Allah səni bağışlamayacaq!” və ya “Allah səni Cənnətə salmayacaq!” Bu zaman (mələk) onların ruhlarını alıb aləmlərin Rəbbinin hüzuruna gətirdi. Allah ibadətdə çalışqan olana buyurdu: “Sən Məni tanıyırdınmı?” və ya “sən Mənim Əlimdə olana sahib idinmi?” Allah günahkar olana buyurdu: “Rəhmətim sayəsində get və Cənnətə daxil ol”, ibadətdə çalışqan olan haqqında isə buyurur: “Onu Cəhənnəmə aparın!” Əbu Hureyra dedi: “Canım əlində Olana and olsun ki, o bir söz söylədi, onunla dünyası da, Axirəti də məhv oldu”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 99 (Kitab 8, 5)

Qeyd

Əbu Davud, 4901, 4255. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2347.

عَنْ جُنْدَبٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَ: "أَنَّ رَجُلاً قَالَ وَاللَّهِ لاَ يَغْفِرُ اللَّهُ لِفُلاَنٍ وَإِنَّ اللَّهَ تَعَالَى قَالَ مَنْ ذَا الَّذِى يَتَأَلَّى عَلَىَّ أَنْ لاَ أَغْفِرَ لِفُلاَنٍ فَإِنِّى قَدْ غَفَرْتُ لِفُلاَنٍ وَأَحْبَطْتُ عَمَلَكَ". "...إِنَّهَا خَطِيئَةٌ فَلْيَسْتَقْبِلِ الْعَمَلَ"

“Cundəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir adam dedi: “Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq!” Uca Allah belə buyurdu: “Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Həqiqətən, Mən onu bağışladım və sənin əməlini də boşa çıxartdım!” Digər rəvayətdə isə deyilir: “...Bu bir günahdır. Odur ki, yenidən əməl etməyə başlasın”.”

Cundəb
SəhihQüdsi hədislər, 100 (Kitab 8, 6)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 1658, 1680. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4347.

Fəsil 6

Allaha yalandan and içməyin böyük günah olması

عَنْ أَبي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ الله أَذِنَ لي أَنْ أُحَدِثَ عَنْ دِيْك قَدْ مَرَقَتْ رِجْلَاهُ الَأرْض وَعُنُقَه مُنْثَنِ تَحْتَ العَرْش وَهُوَ يَقُوْلُ: سُبْحَانَك مَاَ أَعْظَمَكَ َربْنَا, فَيَرُدَّ عَلَيْهِ: مَا يَعْلَمُ ذَلِكَ مَنْ حَلِفَ بي كاذبًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah mənə xoruz (surətində olan mələk) barəsində sizə danışmağıma izn verdi. O, ayaqları yerə batmış, boynu isə Ərşin altında əyilmiş halda: “Sən pak və müqəddəssən, Sən necə də Əzəmətlisən, ey Rəbbimiz!”- deyir. Allah da ona belə cavab verir: “Mənə yalandan and içən isə bunu bilmir”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 101 (Kitab 8, 7)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 7324. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1714.

Fəsil 7

Qarışqa öldürməyin məzəmmət olunması

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَرَصَتْ نَمْلَةٌ نَبِيًّا مِنَ الأَنْبِيَاءِ، فَأَمَرَ بِقَرْيَةِ النَّمْلِ فَأُحْرِقَتْ، فَأَوْحَى اللَّهُ إِلَيْهِ أَنْ قَرَصَتْكَ نَمْلَةٌ أَحْرَقْتَ أُمَّةً مِنَ الأُمَمِ تُسَبِّحُ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “(Bir dəfə) bir qarışqa peyğəmbərlərdən birini dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi”. Onda Allah ona belə vəhy etdi: “Səni qarışqa dişlədi deyə, Allahın şəninə təriflər deyən bir ümməti yandırdın!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 102 (Kitab 8, 8)

Qeyd

əl-Buxari, 2796, 2856, 3019; Muslim, 4157, 5986.

Fəsil 8

Qohumluq əlaqələrini kəsməyin haram olması

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَلَقَ اللَّهُ الْخَلْقَ، فَلَمَّا فَرَغَ مِنْهُ قَامَتِ الرَّحِمُ فَأَخَذَتْ بِحَقْوِ الرَّحْمَنِ فَقَالَ لَهَا مَهْ. قَالَتْ هَذَا مَقَامُ الْعَائِذِ بِكَ مِنَ الْقَطِيعَةِ. قَالَ أَلاَ تَرْضَيْنَ أَنْ أَصِلَ مَنْ وَصَلَكِ وَأَقْطَعَ مَنْ قَطَعَكِ. قَالَتْ بَلَى يَا رَبِّ. قَالَ فَذَاكِ لَكِ». قَالَ أَبُو هُرَيْرَةَ اقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِى الأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ﴾

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb ər-Rahmənin ətəyindən yapışdı. Allah ondan: “Nə olub?”- deyə soruşdu. O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. Allah buyurdu: “(Qohumluq) əlaqəsini saxlayan kimsə ilə əlaqə saxlamağıma, habelə, səni kəsəni də kəsməyimə razı deyilsənmi?!” O dedi: “Əlbəttə (razıyam), ya Rəbb!” Allah buyurdu: “Sənin üçün məhz belə olacaq!” Sonra Əbu Hureyra dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz” (Muhəmməd, 22)”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 103 (Kitab 8, 9)

Qeyd

əl-Buxari, 4455, 4552, 4830.

عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أنه سمع رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَالَ اللَّهُ أَنَا اللَّهُ وَأَنَا الرَّحْمَنُ خَلَقْتُ الرَّحِمَ وَشَقَقْتُ لَهَا مِنَ اسْمِى فَمَنْ وَصَلَهَا وَصَلْتُهُ وَمَنْ قَطَعَهَا بَتَتُّهُ»

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Auf ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Allah buyurur: “Mən Allaham və Mən ər-Rahmənəm (Mərhəmətliyəm)! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm”.”

Abdur-Rahmən ibn Auf
SəhihQüdsi hədislər, 104 (Kitab 8, 10)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 53; ət-Tirmizi, 1907, 2031. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 520; Mişkətul-Məsabih, 4930.

أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ الرَّحِمَ شُجْنَةٌ مِنَ الرَّحْمَنِ، تَقُولُ: يَا رَبِّ، إِنِّي ظُلِمْتُ، يَا رَبِّ، إِنِّي قُطِعْتُ، يَا رَبِّ، إِنِّي إِنِّي، يَا رَبِّ، يَا رَبِّ. فَيُجِيبُهَا: أَلاَ تَرْضَيْنَ أَنْ أَقْطَعَ مَنْ قَطَعَكِ، وَأَصِلَ مَنْ وَصَلَكِ؟

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qohumluq əlaqəsi ər-Rahməndən bir şəcnədir. O deyir: “Ya Rəbb, mənə zülm edildi. Ya Rəbb, məni kəsdilər. Ya Rəbb, mənə, mənə...”. Rəbbi də ona: “Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə razı deyilsənmi?!” - deyə cavab verir”.”

Əbu Hureyra
HəsənQüdsi hədislər, 105 (Kitab 8, 11)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 65. Hədis həsəndir. Bax: Ğayətul-Məram, səh. 231.

Fəsil 9

Təkəbbürlü olmağın haram olması

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ، وَأَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «(قَالَ الله عَزَّ وَجَلَّ): الْعِزُّ إِزَارِي، وَالْكِبْرِيَاءُ رِدَائِي، فَمَنْ نَازَعَنِي بِشَيْءٍ مِنْهُمَا عَذَّبْتُهُ».

“Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə dedi: “(Uca Allah buyurur:) “İzzət Mənim izarım, təkəbbürlük isə Mənim ridamdır. Hər kim bunlardan birinə şərik olmaq istəsə, Mən ona əzab verərəm”.”

Əbu Səid əl-Xudri və Əbu Hureyra
SəhihQüdsi hədislər, 106 (Kitab 8, 12)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 552; Muslim, 2620, 4752, 6846; Əbu Davud, 4090, 3567. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 541.

Fəsil 10

Zülm etməyin haram olması

عَنْ أَبِى ذَرٍّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا رَوَى عَنِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى أَنَّهُ قَالَ: «يَا عِبَادِى إِنِّى حَرَّمْتُ الظُّلْمَ عَلَى نَفْسِى وَجَعَلْتُهُ بَيْنَكُمْ مُحَرَّمًا فَلاَ تَظَالَمُوا يَا عِبَادِى كُلُّكُمْ ضَالٌّ إِلاَّ مَنْ هَدَيْتُهُ فَاسْتَهْدُونِى أَهْدِكُمْ يَا عِبَادِى كُلُّكُمْ جَائِعٌ إِلاَّ مَنْ أَطْعَمْتُهُ فَاسْتَطْعِمُونِى أُطْعِمْكُمْ يَا عِبَادِى كُلُّكُمْ عَارٍ إِلاَّ مَنْ كَسَوْتُهُ فَاسْتَكْسُونِى أَكْسُكُمْ يَا عِبَادِى إِنَّكُمْ تُخْطِئُونَ بِاللَّيْلِ وَالنَّهَارِ وَأَنَا أَغْفِرُ الذُّنُوبَ جَمِيعًا فَاسْتَغْفِرُونِى أَغْفِرْ لَكُمْ يَا عِبَادِى إِنَّكُمْ لَنْ تَبْلُغُوا ضَرِّى فَتَضُرُّونِى وَلَنْ تَبْلُغُوا نَفْعِى فَتَنْفَعُونِى يَا عِبَادِى لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَتْقَى قَلْبِ رَجُلٍ وَاحِدٍ مِنْكُمْ مَا زَادَ ذَلِكَ فِى مُلْكِى شَيْئًا يَا عِبَادِى لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَفْجَرِ قَلْبِ رَجُلٍ وَاحِدٍ مَا نَقَصَ ذَلِكَ مِنْ مُلْكِى شَيْئًا يَا عِبَادِى لَوْ أَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ قَامُوا فِى صَعِيدٍ وَاحِدٍ فَسَأَلُونِى فَأَعْطَيْتُ كُلَّ إِنْسَانٍ مَسْأَلَتَهُ مَا نَقَصَ ذَلِكَ مِمَّا عِنْدِى إِلاَّ كَمَا يَنْقُصُ الْمِخْيَطُ إِذَا أُدْخِلَ الْبَحْرَ يَا عِبَادِى إِنَّمَا هِىَ أَعْمَالُكُمْ أُحْصِيهَا لَكُمْ ثُمَّ أُوَفِّيكُمْ إِيَّاهَا فَمَنْ وَجَدَ خَيْرًا فَلْيَحْمَدِ اللَّهَ وَمَنْ وَجَدَ غَيْرَ ذَلِكَ فَلاَ يَلُومَنَّ إِلاَّ نَفْسَهُ». قَالَ سَعِيدٌ: كَانَ أَبُو إِدْرِيسَ الْخَوْلاَنِىُّ إِذَا حَدَّثَ بِهَذَا الْحَدِيثِ جَثَا عَلَى رُكْبَتَيْهِ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Uca Allah belə buyurur: “Ey Mənim qullarım! Mən zülm etməyi Özümə haram saydım və sizin aranızda da onu haram etdim. Elə isə bir-birinizə zülm etməyin! Ey Mənim qullarım! Mənim doğru yola yönəltdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz. Elə isə Məndən doğru yol istəyin, Mən də sizi doğru yola yönəldim. Ey Mənim qullarım! Mənim yedirtdiyim kəslərdən başqa hamınız acsınız. Elə isə Məndən yemək istəyin, Mən də sizi yedirdim. Ey Mənim qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə Məndən geyim istəyin, Mən də sizi geyindirim. Ey Mənim qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım. Ey Mənim qullarım! Siz Mənə zərər yetirməyə qadir deyilsiniz ki, zərər yetirəsiniz. Eləcə də, Mənə fayda verməyə qadir deyilsiniz ki, fayda verəsiniz. Ey Mənim qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz aranızdakı ən çox Allahdan qorxan adamın qəlbitək olsalar belə, bu, Mənim mülkümə heç bir şey artırmaz. Ey Mənim qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz aranızdakı ən günahkar adamın qəlbitək olsalar belə, bu, Mənim mülkümdən heç bir şey əskiltməz. Ey Mənim qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr, Mən də onların hər birinin istədiyini versəm, bu, Mənim mülkümdən yalnız dəryaya batırılan iynənin əskiltdiyi qədər əskildər. Ey Mənim qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəyəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, özündən başqa heç kəsi qınamasın”. Hədisin rəvayətçilərindən olan Əbu İdris əl-Xauləni hər dəfə bu hədisi danışanda diz çökərdi”.”

Əbu Zərr
SəhihQüdsi hədislər, 107 (Kitab 8, 13)

Qeyd

Muslim, 4674, 6737.

عَنْ عَبْدِ اللهِ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إِنَّ الشَّيْطَانَ قَدْ يَئِسَ أَنْ تُعْبَدَ الأَصْنَامُ فِي أَرْضِ الْعَرَبِ، وَلَكِنَّهُ سَيَرْضَى مِنْكُمْ بِدُونِ ذَلِكَ بِالْمُحَقِّرَاتِ، وَهِيَ: الْمُوبِقَاتُ يَوْمَ الْقِيَامَةِ، اتَّقُوا الْمَظَالِمَ مَا اسْتَطَعْتُمْ، فَإِنَّ الْعَبْدَ يَجِيءُ بِالْحَسَنَاتِ يَوْمَ الْقِيَامَةِ يَرَى أَنَّهُ سَتُنْجِيهِ، فَمَا زَالَ عَبْدٌ يَقُومُ فَيَقُولُ: يَا رَبِّ ظَلَمَنِي عَبْدُكَ مَظْلَمَةً، فَيَقُولُ امْحُوا مِنْ حَسَنَاتِهِ، مَا يَزَالُ كَذَلِكَ، حَتَّى مَا يَبْقَى لَهُ حَسَنَةٌ مِنَ الذُّنُوبِ، وَإِنَّ مِثْلَ ذَلِكَ كَسَفْرٍ نَزَلُوا بِفَلاَةٍ مِنَ الأَرْضِ، لَيْسَ مَعَهُمْ حَطَبٌ، فَتَفَرَّقَ الْقَوْمُ لِيَحْتَطِبُوا، فَلَمْ يَلْبَثُوا أَنْ حَطَبُوا، فَأَعْظَمُوا النَّارَ، وَطَبَخُوا مَا أَرَادُوا، وَكَذَلِكَ الذُّنُوبُ".

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şübhəsiz ki, şeytan (İblis) ərəb torpaqlarında (insanların) bütlərə ibadət edilməsindən ümidini üzmüşdür. Lakin o, Qiyamət günü sizin bundan aşağı olan mənfur əməllərinizdən - böyük günahlardan razı qalacaq. Bacardığınız qədər zülm etməkdən qorxun! Çünki, Qiyamət günü qul savablarla (Allahın hüzuruna) gələcək və elə güman edəcək ki, bunlar onu xilas edəcək. Bir qul ayağa qalxıb dayanmadan Allaha yalvararaq deyəcək: “Ey Rəbbim, sənin filan qulun mənə zülm etdi!” Allah buyuracaq: “Onun savablarından silin!” Beləcə günahlarına görə bir savabı qalmayanadək silinməyə davam ediləcək. Bunun misalı çöllükdə düşərgə salan və yaxınlıqlarında odunu olmayan səyahətçilərin misalına bənzəyir. Həmin insanlar odun yığmaq üçün hər tərəfə dağılışır, az keçmədən odun toplayıb böyük bir ocaq qalayır və istədiklərini bişirirlər. Günahlar da belədir”.”

Abdullah
SəhihQüdsi hədislər, 108 (Kitab 8, 14)

Qeyd

Əbu Yalə, 5122. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 2221.

Fəsil 11

Küsülü qalmağın zərəri

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «تُفْتَحُ أَبْوَابُ الْجَنَّةِ فِى كُلِّ اثْنَيْنِ وَخَمِيسٍ». قَالَ مَعْمَرٌ وَقَالَ غَيْرُ سُهَيْلٍ «وَتُعْرَضُ الأَعْمَالُ فِى كُلِّ اثْنَيْنِ وَخَمِيسٍ فَيَغْفِرُ اللَّهُ عَزَّ وَجَلَّ لِكَلِّ عَبْدٍ لاَ يُشْرِكُ بِهِ شَيْئاً إِلاَّ الْمُتَشَاحِنَيْنِ يَقُولُ اللَّهُ لِلْمَلاَئِكَةِ ذَرُوهُمَا حَتَّى يَصْطَلِحَا»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hər bazar ertəsi və cümə axşamı Cənnətin qapıları açılır”, digər rəvayətdə isə deyilir: “Hər bazar ertəsi və cümə axşamı əməllər Allaha təqdim edilir və Allah ﷿ küsülü olanlardan başqa Ona şərik qoşmayan bütün qullarını bağışlayır. Allah mələklərinə buyurur: “Barışana qədər onları tərk edin!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 109 (Kitab 8, 15)

Qeyd

Əhməd, 7318, 7627, 7639, 7854. Şueyb əl-Arnavut Muslimin şərtinə görə hədisin isnadının səhih olduğunu bildirmişdir.

عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: تُفْتَحُ أَبْوَابُ الْجَنَّةِ يَوْمَ الِاثْنَيْنِ وَيَوْمَ الْخَمِيسِ، فَيُغْفَرُ لِكُلِّ عَبْدٍ لاَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا، إِلاَّ رَجُلٌ كَانَتْ بَيْنَهُ وَبَيْنَ أَخِيهِ شَحْنَاءُ، فَيُقَالُ: أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bazar ertəsi və cümə axşamı Cənnətin qapıları açılır və Allaha heç nəyi şərik qoşmayan hər kəsin günahları bağışlanır. Yalnız (mömin) qardaşına nifrət bəsləyən kimsədən başqa. (Onlar barədə) deyilir: “Bu ikisi öz aralarındakı münasibəti düzəldənədək, onların (bağışlanmasını) yubadın”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 110 (Kitab 8, 16)

Qeyd

Muslim, 2565, 4652, 6709.

Fəsil 12

Azad insanı qul kimi satanın günahı

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ ثَلاَثَةٌ أَنَا خَصْمُهُمْ يَوْمَ الْقِيَامَةِ، رَجُلٌ أَعْطَى بِى ثُمَّ غَدَرَ، وَرَجُلٌ بَاعَ حُرًّا فَأَكَلَ ثَمَنَهُ، وَرَجُلٌ اسْتَأْجَرَ أَجِيرًا فَاسْتَوْفَى مِنْهُ، وَلَمْ يُعْطِ أَجْرَهُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Allah buyurur: “Qiyamət günü Mən üç adama qarşı iddiaçı olacağam; Mənim adımdan and içib sonra andını pozan adam; azad insanı satıb pulunu yeyən adam; işçi tutub ondan işini tamam-kamal yerinə yetirməyi tələb edib (axırda da) zəhmət haqqını verməyən adam”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 111 (Kitab 8, 17)

Qeyd

əl-Buxari, 2109, 2227, 2270.

Fəsil 13

İntihar etməyin təhlükəsi haqda

عَنْ جُنْدَبِ بْنِ جُنَادَةُ كَذَبَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «كَانَ فِيمَنْ كَانَ قَبْلَكُمْ رَجُلٌ بِهِ جُرْحٌ، فَجَزِعَ فَأَخَذَ سِكِّينًا فَحَزَّ بِهَا يَدَهُ، فَمَا رَقَأَ الدَّمُ حَتَّى مَاتَ، قَالَ اللَّهُ تَعَالَى بَادَرَنِى عَبْدِى بِنَفْسِهِ، حَرَّمْتُ عَلَيْهِ الْجَنَّةَ»

“Cundəb ibn Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən əvvəl yaşamış insanlar arasında bir nəfər yaralandı. O, ağrıya dözə bilmədiyindən bıçaq götürüb əlini kəsdi və çoxlu qan itirib öldü. Uca Allah buyurdu: “Qulum canına qəsd etməklə Məni qabaqlamaq istədi, Mən də Cənnəti ona haram etdim!””

Cundəb ibn Cunədə
SəhihQüdsi hədislər, 112 (Kitab 8, 18)

Qeyd

əl-Buxari, 3204, 3463.

Fəsil 14

İfrata varmaqdan çəkinmək haqda

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: خَرَجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَهْطٍ مِنْ أَصْحَابِهِ يَضْحَكُونَ وَيَتَحَدَّثُونَ، فَقَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا، وَلَبَكَيْتُمْ كَثِيرًا، ثُمَّ انْصَرَفَ وَأَبْكَى الْقَوْمَ، وَأَوْحَى اللَّهُ عَزَّ وَجَلَّ إِلَيْهِ: يَا مُحَمَّدُ، لِمَ تُقَنِّطُ عِبَادِي؟، فَرَجَعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: أَبْشِرُوا، وَسَدِّدُوا، وَقَارِبُوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə səhabələrdən bir qismi gülüb-danışarkən, Peyğəmbər ﷺ səhabələrinin yanına gəlib dedi: “Canım Əlində olan Allaha and olsun ki, əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız”. O, çıxıb getdikdən sonra səhabələr ağladı. Allah ﷿ isə ona belə vəhy etdi: “Ey Muhəmməd! Nə üçün qullarımı ruhdan salırsan?” Peyğəmbər ﷺ geri dönüb dedi: “(Qazandığınız savaba) sevinin, doğru yol tutun və (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 113 (Kitab 8, 19)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 254. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3194.

Fəsil 15

Şeytanın vəsvəsələri haqda

عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ إِنَّ أُمَّتَكَ لاَ يَزَالُونَ يَقُولُونَ مَا كَذَا مَا كَذَا حَتَّى يَقُولُوا هَذَا اللَّهُ خَلَقَ الْخَلْقَ فَمَنْ خَلَقَ اللَّهَ»

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə dedi: “Allah ﷿ buyurdu: “Ümmətin: “Bu nədir, o nədir?”- deyərək o qədər sual verəcəklər ki, nəhayət: “Allah məxluqatı yaratmışdır, bəs Allahı kim yaratmışdır?”- deyəcəklər”.”

Ənəs
SəhihQüdsi hədislər, 114 (Kitab 8, 20)

Qeyd

Muslim, 136, 195, 368.

Fəsil 16

İblisin ruzisi

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قال: "قَالَ إِبْلِيسُ: "يَا رَبِّ لَيْسَ أَحَدٌ مِنْ خَلْقِكَ إِلا جَعَلْتَ لَهُ رِزْقًا وَمَعِيشَةً فَمَا رِزْقِي؟" قَالَ :" مَا لَمْ يُذْكَرْ عَلَيْهِ اسْمِي"

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İblis dedi: “Ey Rəbbim! Yaratdıqlarından elə bir kəs yoxdur ki, Sən onun ruzisini və yaşayışını təmin etməmiş olasan. Bəs mənim ruzim nədir?” O buyurdu: “Üzərində Mənim adım zikr olunmayan (qidalar)”.”

İbn Abbas
SəhihQüdsi hədislər, 115 (Kitab 8, 21)

Qeyd

Əbu Nueym “Hilyətul-Əuliyə” 8/126; əs-Suyuti “Cəmiul-Əhədis” 14911. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 708.