Qohumluq əlaqələrini kəsməyin haram olması
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «خَلَقَ اللَّهُ الْخَلْقَ، فَلَمَّا فَرَغَ مِنْهُ قَامَتِ الرَّحِمُ فَأَخَذَتْ بِحَقْوِ الرَّحْمَنِ فَقَالَ لَهَا مَهْ. قَالَتْ هَذَا مَقَامُ الْعَائِذِ بِكَ مِنَ الْقَطِيعَةِ. قَالَ أَلاَ تَرْضَيْنَ أَنْ أَصِلَ مَنْ وَصَلَكِ وَأَقْطَعَ مَنْ قَطَعَكِ. قَالَتْ بَلَى يَا رَبِّ. قَالَ فَذَاكِ لَكِ». قَالَ أَبُو هُرَيْرَةَ اقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِى الأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ﴾
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb ər-Rahmənin ətəyindən yapışdı. Allah ondan: “Nə olub?”- deyə soruşdu. O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. Allah buyurdu: “(Qohumluq) əlaqəsini saxlayan kimsə ilə əlaqə saxlamağıma, habelə, səni kəsəni də kəsməyimə razı deyilsənmi?!” O dedi: “Əlbəttə (razıyam), ya Rəbb!” Allah buyurdu: “Sənin üçün məhz belə olacaq!” Sonra Əbu Hureyra dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz” (Muhəmməd, 22)”.”
Qeyd
əl-Buxari, 4455, 4552, 4830.
İstinad
Qüdsi hədislər, 103 (Kitab 8, 9)
Səhih qüdsi hədislər — Qadağalar