Qadağalar

Zülm etməyin haram olması

عَنْ عَبْدِ اللهِ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إِنَّ الشَّيْطَانَ قَدْ يَئِسَ أَنْ تُعْبَدَ الأَصْنَامُ فِي أَرْضِ الْعَرَبِ، وَلَكِنَّهُ سَيَرْضَى مِنْكُمْ بِدُونِ ذَلِكَ بِالْمُحَقِّرَاتِ، وَهِيَ: الْمُوبِقَاتُ يَوْمَ الْقِيَامَةِ، اتَّقُوا الْمَظَالِمَ مَا اسْتَطَعْتُمْ، فَإِنَّ الْعَبْدَ يَجِيءُ بِالْحَسَنَاتِ يَوْمَ الْقِيَامَةِ يَرَى أَنَّهُ سَتُنْجِيهِ، فَمَا زَالَ عَبْدٌ يَقُومُ فَيَقُولُ: يَا رَبِّ ظَلَمَنِي عَبْدُكَ مَظْلَمَةً، فَيَقُولُ امْحُوا مِنْ حَسَنَاتِهِ، مَا يَزَالُ كَذَلِكَ، حَتَّى مَا يَبْقَى لَهُ حَسَنَةٌ مِنَ الذُّنُوبِ، وَإِنَّ مِثْلَ ذَلِكَ كَسَفْرٍ نَزَلُوا بِفَلاَةٍ مِنَ الأَرْضِ، لَيْسَ مَعَهُمْ حَطَبٌ، فَتَفَرَّقَ الْقَوْمُ لِيَحْتَطِبُوا، فَلَمْ يَلْبَثُوا أَنْ حَطَبُوا، فَأَعْظَمُوا النَّارَ، وَطَبَخُوا مَا أَرَادُوا، وَكَذَلِكَ الذُّنُوبُ".

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şübhəsiz ki, şeytan (İblis) ərəb torpaqlarında (insanların) bütlərə ibadət edilməsindən ümidini üzmüşdür. Lakin o, Qiyamət günü sizin bundan aşağı olan mənfur əməllərinizdən - böyük günahlardan razı qalacaq. Bacardığınız qədər zülm etməkdən qorxun! Çünki, Qiyamət günü qul savablarla (Allahın hüzuruna) gələcək və elə güman edəcək ki, bunlar onu xilas edəcək. Bir qul ayağa qalxıb dayanmadan Allaha yalvararaq deyəcək: “Ey Rəbbim, sənin filan qulun mənə zülm etdi!” Allah buyuracaq: “Onun savablarından silin!” Beləcə günahlarına görə bir savabı qalmayanadək silinməyə davam ediləcək. Bunun misalı çöllükdə düşərgə salan və yaxınlıqlarında odunu olmayan səyahətçilərin misalına bənzəyir. Həmin insanlar odun yığmaq üçün hər tərəfə dağılışır, az keçmədən odun toplayıb böyük bir ocaq qalayır və istədiklərini bişirirlər. Günahlar da belədir”.”

Abdullah
Səhih

Qeyd

Əbu Yalə, 5122. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 2221.

İstinad

Qüdsi hədislər, 108 (Kitab 8, 14)

Səhih qüdsi hədislər — Qadağalar