“Allaha and olsun ki, Allah səni bağışlamayacaq!”- deməkdən çəkinmək
قَالَ أَبُو هُرَيْرَة َسَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «كَانَ رَجُلاَنِ فِى بَنِى إِسْرَائِيلَ مُتَآخِيَيْنِ فَكَانَ أَحَدُهُمَا يُذْنِبُ وَالآخَرُ مُجْتَهِدٌ فِى الْعِبَادَةِ فَكَانَ لاَ يَزَالُ الْمُجْتَهِدُ يَرَى الآخَرَ عَلَى الذَّنْبِ فَيَقُولُ أَقْصِرْ. فَوَجَدَهُ يَوْمًا عَلَى ذَنْبٍ فَقَالَ لَهُ أَقْصِرْ فَقَالَ خَلِّنِى وَرَبِّى أَبُعِثْتَ عَلَىَّ رَقِيبًا فَقَالَ وَاللَّهِ لاَ يَغْفِرُ اللَّهُ لَكَ أَوْ لاَ يُدْخِلُكَ اللَّهُ الْجَنَّةَ. فَقُبِضَ أَرْوَاحُهُمَا فَاجْتَمَعَا عِنْدَ رَبِّ الْعَالَمِينَ فَقَالَ لِهَذَا الْمُجْتَهِدِ أَكُنْتَ بِى عَالِمًا أَوْ كُنْتَ عَلَى مَا فِى يَدِى قَادِرًا وَقَالَ لِلْمُذْنِبِ اذْهَبْ فَادْخُلِ الْجَنَّةَ بِرَحْمَتِى وَقَالَ لِلآخَرِ اذْهَبُوا بِهِ إِلَى النَّارِ». قَالَ أَبُو هُرَيْرَةَ وَالَّذِى نَفْسِى بِيَدِهِ لَتَكَلَّمَ بِكَلِمَةٍ أَوْبَقَتْ دُنْيَاهُ وَآخِرَتَهُ
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İsrail oğullarının arasında bir-biri ilə qardaş olmuş iki nəfər var idi. Onlardan biri günah edərdi, digəri isə ibadətdə çalışqan idi. İbadətdə çalışqan olan daim digərini günah edərkən görər və (hər dəfə ona): “Tərk et!”- deyərdi. Bir gün onu yenidən günah edərkən görüb ona: “Tərk et!”- dedi. O da: “Məni Rəbbimlə tək burax! Məgər sən mənim üzərimə gözətçi göndərilmisən?”- deyə cavab verdi. (İbadətdə çalışqan olan) dedi: “Allaha and olsun ki, Allah səni bağışlamayacaq!” və ya “Allah səni Cənnətə salmayacaq!” Bu zaman (mələk) onların ruhlarını alıb aləmlərin Rəbbinin hüzuruna gətirdi. Allah ibadətdə çalışqan olana buyurdu: “Sən Məni tanıyırdınmı?” və ya “sən Mənim Əlimdə olana sahib idinmi?” Allah günahkar olana buyurdu: “Rəhmətim sayəsində get və Cənnətə daxil ol”, ibadətdə çalışqan olan haqqında isə buyurur: “Onu Cəhənnəmə aparın!” Əbu Hureyra dedi: “Canım əlində Olana and olsun ki, o bir söz söylədi, onunla dünyası da, Axirəti də məhv oldu”.”
Qeyd
Əbu Davud, 4901, 4255. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 2347.
İstinad
Qüdsi hədislər, 99 (Kitab 8, 5)
Səhih qüdsi hədislər — Qadağalar