Xəstəliklərin günahlara kəffarə olması
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَادَ رَجُلاً مِنْ وَعَكٍ كَانَ بِهِ فَقَالَ «أَبْشِرْ فَإِنَّ اللَّهَ يَقُولُ هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِى الْمُذْنِبِ لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ» «...هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِىَ الْمُؤْمِنِ فِى الدُّنْيَا لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ فِى الآخِرَةِ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qızdırma xəstəliyinə tutulmuş bir adamı ziyarət etdi və dedi: “Sevin, çünki Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Cəhənnəm atəşindən bir payı olsun deyə, onu günahkar quluma göndərirəm!” Digər rəvayətdə belə deyilir: “...Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Axirətdə atəşdən bir payı olsun deyə, Mən onu mömin quluma dünyada göndərirəm”.”
Qeyd
İbn Məcə, 3470, 3599. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 557.
İstinad
Qüdsi hədislər, 118 (Kitab 9, 3)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət