Xəstəliklərin günahlara kəffarə olması
عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إنَّ العَبْدَ إذا مَرِضَ أوْحى اللَّهُ إلى مَلائِكَتِهِ يا ملائكتي أنا قَيَّدْتُ عَبْدِي بقَيْدٍ مِنْ قُيُودِي فإنْ أقْبِضْهُ أغْفِرْ لهُ وإنْ أعافِهِ فجسد مغفور له لا ذنْبَ لهُ»
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, bağışlayaram. Yox, əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!””
Qeyd
əl-Beyhəqi “Şuabul-İman” 9923. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1673.
İstinad
Qüdsi hədislər, 119 (Kitab 9, 4)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət