Xəstəliklərin günahlara kəffarə olması
عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا ابْتَلَى اللَّهُ الْعَبْدَ الْمُسْلِمَ بِبَلَاءٍ فِي جَسَدِهِ قَالَ لِلْمَلَكِ اكْتُبْ لَهُ صَالِحَ عَمَلِهِ الَّذِي كَانَ يَعْمَلُ فَإِنْ شَفَاهُ غَسَلَهُ وَطَهَّرَهُ وَإِنْ قَبَضَهُ غَفَرَ لَهُ وَرَحِمَهُ
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah müsəlman bir qulunu bədənində olan bir bəla ilə sınağa çəkdikdə, mələyə belə buyurar: “Qulumun sağlam ikən etdiyi yaxşı əməlləri yaz!” Ona şəfa verərsə, bu bəla ilə günahlarını yuyar və onu təmizləyər. Canını aldıqda isə onu bağışlayar və rəhm edər“.”
Qeyd
Əhməd, 13712, 13738. Hədis həsən səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3422.
İstinad
Qüdsi hədislər, 120 (Kitab 9, 5)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət