Bəlalar və ziyarət

Xəstəliklərin günahlara kəffarə olması

عَنْ شَدَّادَ بْنَ أَوْسٍ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ «إِذَا ابْتَلَيْتُ عَبْدًا مِنْ عِبَادِي مُؤْمِنًا فَحَمِدَنِي و صبر عَلَى مَا بلَيْتُهُ فَإِنَّهُ يَقُومُ مِنْ مَضْجَعِهِ ذَلِكَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ مِنْ الْخَطَايَا وَيَقُولُ الرَّبُّ عَزَّ وَجَلَّ للحفظة إني أَنَا قَيَّدْتُ عَبْدِي هذا وَابْتَلَيْتُهُ فأجْرُوا لَهُ مَا كُنْتُمْ تُجْرُونَ لَهُ قبل ذلك من الأجر وَهُوَ صَحِيحٌ»

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah ﷿ buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Mənə həmd edərək düçar etdiyim bəlaya səbir etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan (təmizlənərək) ayağa qalxar”. Rəbb ﷿ qoruyucu mələklərinə buyurur: “Həqiqətən, Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən (etdiyi əməllərə bərabər) yazdığınız əcr qədər onun üçün mükafat yazın!””

Şəddad ibn Əus
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 4709. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4300.

İstinad

Qüdsi hədislər, 121 (Kitab 9, 6)

Səhih qüdsi hədislər — Bəlalar və ziyarət