Xəstəliklərin günahlara kəffarə olması
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قال الله تبارك وتعالى: إِذَا ابْتَلَيْتُ عَبْدِي المُؤْمِنَ فَلَمْ يَشْكُنِي إِلَى عُوَّادِهِ أَطْلَقْتُهُ مِنْ إِسَاري ثُمَّ أَبْدَلْتُهُ لَحْمَاً خَيْراً مِنْ لَحْمِهِ وَدَماً خَيْراً مِنْ دَمِهِ ثُمَّ يَسْتَأْنِفُ الْعَمَلَ»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Uca Allah buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə, onu ziyarət edənlərə Məndən şikayət etməzsə, onu əsarətimdən azad edərəm. Sonra onun ətini (əvvəlkidən) daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirərəm. Sonra o, (yenidən) əməl etməyə başlayar”.”
Qeyd
əl-Beyhəqi “Sunənul-Kubra” 6340, 6786. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3424.
İstinad
Qüdsi hədislər, 122 (Kitab 9, 7)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət