Xəstəliklərin günahlara kəffarə olması
عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا مَرِضَ الْعَبْدُ بَعَثَ اللَّهُ تَعَالَى إِلَيْهِ مَلَكَيْنِ فَقَالَ انْظُرَا مَاذَا يَقُولُ لِعُوَّادِهِ فَإِنْ هُوَ إِذَا جَاءُوهُ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ رَفَعَا ذَلِكَ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ وَهُوَ أَعْلَمُ فَيَقُولُ لِعَبْدِي عَلَيَّ إِنْ تَوَفَّيْتُهُ أَنْ أُدْخِلَهُ الْجَنَّةَ وَإِنْ أَنَا شَفَيْتُهُ أَنْ أُبْدِلَ لَهُ لَحْمًا خَيْرًا مِنْ لَحْمِهِ وَدَمًا خَيْرًا مِنْ دَمِهِ وَأَنْ أُكَفِّرَ عَنْهُ سَيِّئَاتِهِ
“Əta ibn Yəsar ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir qul xəstələndikdə Uca Allah onun yanına iki mələk göndərərək buyurur: “Onu ziyarət edənlərə nə söylədiyinə baxın!” (Ziyarət edənlər) onun yanına gəldikdə, o, Allaha həmd-səna etsə, mələklər - Allahın daha yaxşı bildiyi halda - bu (sözləri) Allaha yüksəldirlər. Allah buyurur: “Qulumu vəfat etdirəcəyim təqdirdə Cənnətə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi və günahlarını bağışlayacağımı Özümə vacib etdim”.”
Qeyd
Malik, 1475, 3465. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 3431.
İstinad
Qüdsi hədislər, 123 (Kitab 9, 8)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət