Xəstəliklərin günahlara kəffarə olması
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو قَالَ قَالَ النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا مِنْ مُسْلِمٍ يُصَابُ في جَسَدَهِ إِلاَّ أَمَرَ الله تَعَالَى الحَفَظَةَ اكْتُبُوا لِعَبْدِي في كُلِّ يَوْمٍ وَلَيْلَةٍ مِنَ الْخَيْرِ مَا كانَ يَعْمَلُ مَادَامَ مَحْبُوساً في وِثَاقي
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bədəninə xəstəlik üz vermiş elə bir müsəlman yoxdur ki, Uca Allah qoruyucu mələklərə belə buyurmasın: “Nə qədər ki, qulum Mənim qandalımdadır, ona hər gün - hər gecə (sağlam ikən) etdiyi xeyir əməlləri yazın!””
Qeyd
əl-Hakim, 1287. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5761.
İstinad
Qüdsi hədislər, 124 (Kitab 9, 9)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət