Bəlalar və ziyarət

Xəstəliklərin günahlara kəffarə olması

عَن عُقْبَةَ بْنَ عَامِرٍ يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ «لَيْسَ مِنْ عَمَلِ يَوْمٍ إِلاَّ وَهُوَ يُخْتَمُ عَلَيْهِ فَإِذَا مَرِضَ الْمُؤْمِنُ قَالَتِ الْمَلاَئِكَةُ رَبَّنَا عَبْدُكَ فُلاَنٌ قَدْ حَبَسْتَهُ. فَيَقُولُ الرَبُّ عَزَّ وَجَلَّ اخْتِمُوا لَهُ عَلَى مِثْلِ عَمَلِهِ حَتَّى يَبْرَأَ أَوْ يَمُوتَ»

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Elə bir günün əməli yoxdur ki, o möhürlənməsin, lakin mömin xəstələndiyi zaman mələklər: “Ey Rəbbimiz, filan qulunu əməldən saxladın!”- deyirlər. Rəbb ﷿ buyurur: “Sağalana və ya ölənə qədər (sağlam ikən etdiyi) əməlinin mislinin möhürünü vurun!””

Uqbə ibn Amir
Səhih

Qeyd

Əhməd, 16678, 17316, 17779; ət-Tabərani “Mucəmul-Kəbir” 14201; əl-Bəğavi “Şərhus-Sunnə” 1428. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5432; Silsilə əs-Səhihə, 2193.

İstinad

Qüdsi hədislər, 125 (Kitab 9, 10)

Səhih qüdsi hədislər — Bəlalar və ziyarət