Xəstəliklərin günahlara kəffarə olması
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ الْعَبْدَ إِذَا كَانَ عَلَى طَرِيقَةٍ حَسَنَةٍ مِنْ الْعِبَادَةِ ثُمَّ مَرِضَ قِيلَ لِلْمَلَكِ الْمُوَكَّلِ بِهِ اكْتُبْ لَهُ مِثْلَ عَمَلِهِ إِذَا كَانَ طَلِيقًا حَتَّى أُطْلِقَهُ أَوْ أَكْفِتَهُ إِلَيَّ
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allaha gözəl bir tərzdə ibadət edən qul xəstələndikdə, Allah ona müvəkkil olan mələyə belə buyurur: “Onu (xəstəlikdən) azad edənə və ya ölənə qədər onun üçün (sağlam ikən) etdiyi əməllərə bərabər (savab) yaz!””
Qeyd
Əhməd, 6895. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3422; Mişkətul-Məsabih, 37, 1559.
İstinad
Qüdsi hədislər, 126 (Kitab 9, 11)
Səhih qüdsi hədislər — Bəlalar və ziyarət