Bəlalar və ziyarət

Xəstəliklərin günahlara kəffarə olması

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: " إِذَا مَرِضَ الْعَبْدُ الْمُسْلِمُ نُودِيَ صَاحِبُ الْيَمِينِ: أَنْ أَجْرِ عَلَى عَبْدِي صَالِحَ مَا كَانَ يَعْمَلُ . وَيُقَالُ لِصَاحِبِ الشِّمَالِ: أَقْصِرْ عَنْ عَبْدِي مَا كَانَ فِي وَثَاقِي " . فَقَالَ رَجُلٌ عِنْدَ أَبِي هُرَيْرَةَ: يَا لَيْتَنِي لَا أَزَالُ ضَاجِعًا , فَقَالَ أَبُو هُرَيْرَةَ: " كَرِهَ الْعَبْدُ الْخَطَايَا "

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Müsəlman bir bəndə xəstə olduğu zaman sağındakı mələyə: “Qulum üçün sağlam ikən yazdığın yaxşı əməli yaz”- deyilir. Solundakı mələyə: “Xəstə olduğu müddətdə qulumun günahlarını yazma”- deyilir”. Əbu Hureyranın yanında olan bir kimsə: “Kaş mən də daim xəstə olaydım”- dedikdə, Əbu Hureyra dedi: “Qul günahları sevməz”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 9948; İbn Əbud-Dunyə “əl-Mərad vəl-Kəffərat” 14. Hədis səhihdir. Bu rəvayətlərə əlavə olaraq bu hədisi də qeyd etmək olar: “Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “(Mömin) bəndə xəstələndiyi və ya səfərdə olduğu zaman ona evində, həm də sağlam olarkən etdiyi əməllərin savabı qədər savab yazılır” (əl-Buxari, 2774, 2996).

İstinad

Qüdsi hədislər, 127 (Kitab 9, 12)

Səhih qüdsi hədislər — Bəlalar və ziyarət