Bəlalar və ziyarət

Gözlərini itirən haqda

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ قَالَ: إِذَا ابْتَلَيْتُ عَبْدِى بِحَبِيبَتَيْهِ فَصَبَرَ عَوَّضْتُهُ مِنْهُمَا الْجَنَّةَ». يُرِيدُ عَيْنَيْهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Allah buyurur: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəkdiyim zaman o buna səbir edərsə, bunun əvəzində ona Cənnət bəxş edərəm”. O, (“sevdiyi iki şeylə” deyəndə) gözləri qəsd edirdi”.”

Ənəs ibn Malik
Səhih

Qeyd

əl-Buxari, 5653, 5221; “Ədəbul-Mufrad” 534.

İstinad

Qüdsi hədislər, 128 (Kitab 9, 13)

Səhih qüdsi hədislər — Bəlalar və ziyarət