Bəlalar və ziyarət

Övladı ölən və buna səbir edənin savabı

عَنْ أَبِى مُوسَى الأَشْعَرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِذَا مَاتَ وَلَدُ الْعَبْدِ قَالَ اللَّهُ لِمَلاَئِكَتِهِ قَبَضْتُمْ وَلَدَ عَبْدِى. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ قَبَضْتُمْ ثَمَرَةَ فُؤَادِهِ. فَيَقُولُونَ نَعَمْ. فَيَقُولُ مَاذَا قَالَ عَبْدِى فَيَقُولُونَ حَمِدَكَ وَاسْتَرْجَعَ. فَيَقُولُ اللَّهُ ابْنُوا لِعَبْدِى بَيْتًا فِى الْجَنَّةِ وَسَمُّوهُ بَيْتَ الْحَمْدِ»

“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: “Qulumun uşağını aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Allah soruşur: “Qulumun ürəyinin meyvəsini aldınız?” Onlar: “Bəli”- deyə cavab verirlər. Sonra Allah buyurur: “Qulum nə dedi?” Onlar deyirlər: “Sənə həmd və istirca etdi”. Allah buyurur: “Quluma Cənnətdə bir ev tikin və adını da “Həmd evi” qoyun!””

Əbu Musa əl-Əşari
Həsən

Qeyd

ət-Tirmizi, 1021, 1037. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1408.

İstinad

Qüdsi hədislər, 132 (Kitab 9, 17)

Səhih qüdsi hədislər — Bəlalar və ziyarət