Bəlalar və ziyarət

Övladı ölən və buna səbir edənin savabı

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «مَا مِنْ مُسْلِمَيْنِ يَمُوتُ بَيْنَهُمَا ثَلاَثَةُ أَوْلاَدٍ لَمْ يَبْلُغُوا الْحِنْثَ إِلاَّ أَدْخَلَهُمَا اللَّهُ بِفَضْلِ رَحْمَتِهِ إِيَّاهُمُ الْجَنَّةَ». قَالَ «يُقَالُ لَهُمُ ادْخُلُوا الْجَنَّةَ فَيَقُولُونَ حَتَّى يَدْخُلَ آبَاؤُنَا فَيُقَالُ ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَآبَاؤُكُمْ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həddi-büluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman cütlük (valideynlər) yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına: “Cənnətə girin!”- deyiləcək. Onlar: “Valideynlərimiz daxil olmayınca (biz girmərik)”- deyəcəklər. Onlara: “Siz də, valideynləriniz də Cənnətə girin!”- deyiləcək“.”

Əbu Hureyra
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 1853, 1876, 1887. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 1997.

İstinad

Qüdsi hədislər, 133 (Kitab 9, 18)

Səhih qüdsi hədislər — Bəlalar və ziyarət