Təfsir

əl-Bəqərə surəsinin 255-ci ayəsi (Kürsü ayəsi) haqda

عن ابن عباس : ان بنى اسرائيل قالوا : يا موسى هل ينام ربك ؟ قال : اتقوا الله . فناداه ربه . يا موسى سالوك هل ينام ربك ، فخذ رجاجتين بيديك ، فقم الليل ففعل موسى فلما ذهب من الليل ثلث ، نعس ، فوقع لركبته ، ثم انتعش ، فضبطهما حتى إذا كان اخر الليل ، نعس ؛ فسقطت الزجاجتان فانكسرتا فقال : يا موسى : لو كنت انام . لسقطت السماوات والأرض ؛ فهلكن كما هلكت الزجاجتان بيديك ، فأنزل الله على نبيه صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ آية الكرسي

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə İsrail övladları dedilər: “Ey Musa, Rəbbin yatırmı?” O dedi: “Allahdan qorxun!” Rəbbi də ona dedi: “Ey Musa, səndən “Rəbbin yatırmı?”- deyə soruşurlar. Onda sən əllərinə iki şüşə qab götür və gecə ayaq üstə dur”. Musa da ona deyiləni etdi. Gecənin üçdəbiri keçdikdə, o, yuxuya gedib dizləri üstünə yıxıldı, sonra yuxudan oyanıb əlindəkiləri düzəltdi. Nəhayət, gecənin axırı yuxuya getdi və şüşə qablar yerə düşüb qırıldı. Allah buyurdu: “Ey Musa, əgər Mən yatsaydım, göylər və yer dağılıb əllərindəki şüşə qablar kimi məhv olardı”. Bu səbəblə Allah öz Peyğəmbərinə ﷺ Kürsü ayəsini nazil etdi”.”

İbn Abbas
Həsən

Qeyd

İbn Əbu Hatim, 2580; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 111. Ali-Nasr şahidləri ilə birlikdə isnadının həsən olduğunu bildirmişdir.

İstinad

Qüdsi hədislər, 145 (Kitab 11, 4)

Səhih qüdsi hədislər — Təfsir