Kitab 11

Təfsir

12

hədis

Fəsil 1

əl-Fatihə surəsinin fəziləti

عن أبي بن كعب قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «(يَقُولُ اللَّهُ تعالى): مَا فِي التَّوْرَاةِ وَلا فِي الْإِنْجِيلِ مِثْلَ أُمِّ الْقُرْآنِ وَهِيَ السَّبْعُ الْمَثَانِي وَهِيَ مَقْسُومَةٌ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ»

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “(Uca Allah buyurur): “Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Quranın anasına) bənzər surə yoxdur. O, Səbul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir”.”

Ubey ibn Kəb
SəhihQüdsi hədislər, 142 (Kitab 11, 1)

Qeyd

İbn Hibban, 775. Şueyb əl-Arnavut hədisin isnadının Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ قَسَمْتُ الصَّلاَةَ بَيْنِى وَبَيْنَ عَبْدِى شَطْرَيْنِ فَنِصْفُهَا لِى وَنِصْفُهَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ». قَالَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «اقْرَءُوا يَقُولُ الْعَبْدُ ﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾ فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ حَمِدَنِى عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. فَيَقُولُ ﴿الرَّحْمَنِ الرَّحِيمِ﴾ فَيَقُولُ أَثْنَى عَلَىَّ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. يَقُولُ ﴿مَالِكِ يَوْمِ الدِّينِ﴾ فَيَقُولُ اللَّهُ مَجَّدَنِى عَبْدِى فَهَذَا لِى وَهَذِهِ الآيَةُ بَيْنِى وَبَيْنَ عَبْدِى نِصْفَيْنِ يَقُولُ الْعَبْدُ ﴿إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ﴾ يَعْنِى فَهَذِهِ بَيْنِى وَبَيْنَ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ وَآخِرُ السُّورَةِ لِعَبْدِى يَقُولُ الْعَبْدُ ﴿اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ﴾ فَهَذَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Allah ﷿ buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu, Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 143 (Kitab 11, 2)

Qeyd

İbn Məcə, 3784, 3916. Hədis səhihdir. Bax: Səhih Sunən İbn Məcə, 3051.

Fəsil 2

əl-Bəqərə surəsinin 138-ci ayəsi haqda

عن ابن عباس أن نبي الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قال ان بني اسرئيل قالوا يا موسى هل يصبغ ربك قال اتقوا الله فناداه ربه يا موسى سألوك هل يصبغ ربك فقل نعم أنا أصبغ الألوان الأحمر والأبيض والأسود والألوان كلها فمن صبغي فأنزل الله على نبيه صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ﴿صِبْغَةَ اللَّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً﴾

“İbn Abbas ﵄ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “İsrail oğulları Musa peyğəmbərə dedilər: “Ey Musa, Rəbbin boyayırmı?” O dedi: “Allahdan qorxun!” Rəbbi ona belə səsləndi: “Ey Musa, səndən “Rəbbin boyayırmı?” deyə soruşdular, sən de: “Bəli, Mən qırmızı, ağ, qara rənglərə boyayıram. Bütün rənglər Mənim boyalarımdandır”. Allah öz Peyğəmbərinə ﷺ bu ayəni nazil etdi: “De: “Allahın boyasına (dininə) sarılın! Allahdan daha gözəl boyası olan kimdir? Biz yalnız Ona ibadət edənlərik!” (əl-Bəqərə, 138)”.”

İbn Abbas
HəsənQüdsi hədislər, 144 (Kitab 11, 3)

Qeyd

əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 107; İbn Əbu Hatim, 1323; İbn Mərdəveyh “Təfsir” 1/193. Hədis həsəndir.

Fəsil 3

əl-Bəqərə surəsinin 255-ci ayəsi (Kürsü ayəsi) haqda

عن ابن عباس : ان بنى اسرائيل قالوا : يا موسى هل ينام ربك ؟ قال : اتقوا الله . فناداه ربه . يا موسى سالوك هل ينام ربك ، فخذ رجاجتين بيديك ، فقم الليل ففعل موسى فلما ذهب من الليل ثلث ، نعس ، فوقع لركبته ، ثم انتعش ، فضبطهما حتى إذا كان اخر الليل ، نعس ؛ فسقطت الزجاجتان فانكسرتا فقال : يا موسى : لو كنت انام . لسقطت السماوات والأرض ؛ فهلكن كما هلكت الزجاجتان بيديك ، فأنزل الله على نبيه صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ آية الكرسي

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə İsrail övladları dedilər: “Ey Musa, Rəbbin yatırmı?” O dedi: “Allahdan qorxun!” Rəbbi də ona dedi: “Ey Musa, səndən “Rəbbin yatırmı?”- deyə soruşurlar. Onda sən əllərinə iki şüşə qab götür və gecə ayaq üstə dur”. Musa da ona deyiləni etdi. Gecənin üçdəbiri keçdikdə, o, yuxuya gedib dizləri üstünə yıxıldı, sonra yuxudan oyanıb əlindəkiləri düzəltdi. Nəhayət, gecənin axırı yuxuya getdi və şüşə qablar yerə düşüb qırıldı. Allah buyurdu: “Ey Musa, əgər Mən yatsaydım, göylər və yer dağılıb əllərindəki şüşə qablar kimi məhv olardı”. Bu səbəblə Allah öz Peyğəmbərinə ﷺ Kürsü ayəsini nazil etdi”.”

İbn Abbas
HəsənQüdsi hədislər, 145 (Kitab 11, 4)

Qeyd

İbn Əbu Hatim, 2580; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 111. Ali-Nasr şahidləri ilə birlikdə isnadının həsən olduğunu bildirmişdir.

Fəsil 4

əl-Bəqərə surəsinin 285-286-cı ayələri haqda

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لَمَّا نَزَلَتْ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ﴿ لِلَّهِ مَا فِى السَّمَوَاتِ وَمَا فِى الأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِى أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ﴾ قَالَ فَاشْتَدَّ ذَلِكَ عَلَى أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَوْا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ بَرَكُوا عَلَى الرُّكَبِ فَقَالُوا أَىْ رَسُولَ اللَّهِ كُلِّفْنَا مِنَ الأَعْمَالِ مَا نُطِيقُ الصَّلاَةُ وَالصِّيَامُ وَالْجِهَادُ وَالصَّدَقَةُ وَقَدْ أُنْزِلَتْ عَلَيْكَ هَذِهِ الآيَةُ وَلاَ نُطِيقُهَا. قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «أَتُرِيدُونَ أَنْ تَقُولُوا كَمَا قَالَ أَهْلُ الْكِتَابَيْنِ مِنْ قَبْلِكُمْ سَمِعْنَا وَعَصَيْنَا بَلْ قُولُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ». قَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ. فَلَمَّا اقْتَرَأَهَا الْقَوْمُ ذَلَّتْ بِهَا أَلْسِنَتُهُمْ فَأَنْزَلَ اللَّهُ فِى إِثْرِهَا ﴿آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ﴾ فَلَمَّا فَعَلُوا ذَلِكَ نَسَخَهَا اللَّهُ تَعَالَى فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ﴿ لاَ يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا﴾ قَالَ نَعَمْ ﴿رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا﴾ قَالَ نَعَمْ ﴿رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ﴾ قَالَ نَعَمْ ﴿وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلاَنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾ قَالَ نَعَمْ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “(Uca Allahın): “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 284) ayəsi Allah Elçisinə ﷺ nazil olduqdan sonra onu eşidən səhabələr böyük bir sıxıntı keçirərək Allah Elçisinin ﷺ yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahın Elçisi! Biz bacardığımızı – namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır”. Allah Elçisi ﷺ onlara dedi: “Sizdən əvvəlki iki kitab əhli kimi: “Eşitdik və asi olduq!”– sözünümü demək istəyirsiniz? Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”– dedilər. Camaat bunu oxuduqca dilləri bu sözlərə alışdı. Arxasınca da Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285). Onlar bunu yerinə yetirdikləri zaman Uca Allah onu açıqlayaraq bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). (Möminlər bu ayəni oxuyub hər dəfə: “Ey Rəbbimiz!...”– deyə Allaha xitab etdikdə) Allah: “Bəli!”– deyə buyurdu”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 146 (Kitab 11, 5)

Qeyd

Muslim, 125, 179, 344; əl-Beyhəqi “Şuabul-İman” 322.

عَنْ ابْنِ عَبَّاسٍ قَالَ لَمَّا نَزَلَتْ هَذِهِ الْآيَةُ﴿ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ﴾ قَالَ دَخَلَ قُلُوبَهُمْ مِنْهَا شَيْءٌ لَمْ يَدْخُلْ قُلُوبَهُمْ مِنْ شَيْءٍ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قُولُوا سَمِعْنَا وَأَطَعْنَا وَسَلَّمْنَا قَالَ فَأَلْقَى اللَّهُ الْإِيمَانَ فِي قُلُوبِهِمْ فَأَنْزَلَ اللَّهُ تَعَالَى﴿لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا ﴾قَالَ قَدْ فَعَلْتُ﴿ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا ﴾قَالَ قَدْ فَعَلْتُ﴿ وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا ﴾قَالَ قَدْ فَعَلْتُ

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “(Allahın): “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək” (əl-Bəqərə, 284) ayəsi nazil olduqda, (hələ) səhabələrin qəlblərinə girməyən bir şey bu səbəbdən onların qəlbinə girdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Deyin: “Eşitdik, itaət etdik və qəbul etdik!” (Beləliklə də) Allah imanı onların qəlbinə yerləşdirdi, sonra da bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi. “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi, “...bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi”.”

İbn Abbas
SəhihQüdsi hədislər, 147 (Kitab 11, 6)

Qeyd

Muslim, 126, 180, 345; ən-Nəsəi “Sunənul-Kubra” 10993, 11059; Əbu Avanə, 167; əl-Beyhəqi “Sunənus-Suğra” 747; əl-Beyhəqi “Şuabul-İman” 2184; İbn Hibban, 5069.

Fəsil 5

“Allah yolunda öldürülənləri əsla ölmüş sanma”- ayəsi haqda

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : «لَمَّا أُصِيبَ إِخْوَانُكُمْ بِأُحُدٍ جَعَلَ اللَّهُ أَرْوَاحَهُمْ فِى جَوْفِ طَيْرٍ خُضْرٍ تَرِدُ أَنْهَارَ الْجَنَّةِ تَأْكُلُ مِنْ ثِمَارِهَا وَتَأْوِى إِلَى قَنَادِيلَ مِنْ ذَهَبٍ مُعَلَّقَةٍ فِى ظِلِّ الْعَرْشِ فَلَمَّا وَجَدُوا طِيبَ مَأْكَلِهِمْ وَمَشْرَبِهِمْ وَمَقِيلِهِمْ قَالُوا: مَنْ يُبَلِّغُ إِخْوَانَنَا عَنَّا أَنَّا أَحْيَاءٌ فِى الْجَنَّةِ نُرْزَقُ لِئَلاَّ يَزْهَدُوا فِى الْجِهَادِ وَلاَ يَنْكُلُوا عِنْدَ الْحَرْبِ فَقَالَ اللَّهُ سُبْحَانَهُ: أَنَا أُبَلِّغُهُمْ عَنْكُمْ. قَالَ: فَأَنْزَلَ اللَّهُ ﴿وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا﴾»

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, Qüdrət və Qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaşlarımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydılar”. Allah ﷾ da: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.”

İbn Abbas
SəhihQüdsi hədislər, 148 (Kitab 11, 7)

Qeyd

Əbu Davud, 2158, 2520, 2522. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5205.

عَنْ مَسْرُوقٍ قَالَ سَأَلْنَا عَبْدَ اللَّهِ عَنْ هَذِهِ الآيَةِ ﴿وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ﴾ قَالَ أَمَا إِنَّا قَدْ سَأَلْنَا عَنْ ذَلِكَ فَقَالَ «أَرْوَاحُهُمْ فِى جَوْفِ طَيْرٍ خُضْرٍ لَهَا قَنَادِيلُ مُعَلَّقَةٌ بِالْعَرْشِ تَسْرَحُ مِنَ الْجَنَّةِ حَيْثُ شَاءَتْ ثُمَّ تَأْوِى إِلَى تِلْكَ الْقَنَادِيلِ فَاطَّلَعَ إِلَيْهِمْ رَبُّهُمُ اطِّلاَعَةً فَقَالَ هَلْ تَشْتَهُونَ شَيْئًا قَالُوا أَىَّ شَىْءٍ نَشْتَهِى وَنَحْنُ نَسْرَحُ مِنَ الْجَنَّةِ حَيْثُ شِئْنَا فَفَعَلَ ذَلِكَ بِهِمْ ثَلاَثَ مَرَّاتٍ فَلَمَّا رَأَوْا أَنَّهُمْ لَنْ يُتْرَكُوا مِنْ أَنْ يُسْأَلُوا قَالُوا يَا رَبِّ نُرِيدُ أَنْ تَرُدَّ أَرْوَاحَنَا فِى أَجْسَادِنَا حَتَّى نُقْتَلَ فِى سَبِيلِكَ مَرَّةً أُخْرَى. فَلَمَّا رَأَى أَنْ لَيْسَ لَهُمْ حَاجَةٌ تُرِكُوا»

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Abdullah ibn Məsuddan Allahın: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” (Ali-İmran, 169) - ayəsi haqda soruşduqda, o, belə cavab verdi: “Biz də bu haqda Peyğəmbərdən ﷺ soruşduq, o da belə buyurdu: “Onların (şəhidlərin) ruhları yaşıl quşların içindədir. Bu quşlar üçün Ərşdən qəndillər asılmışdır və onlar Cənnətdə istədikləri yerdə ruzilənirlər, sonra həmin qəndillərə qayıdırlar. Rəbbləri onlara nəzər salıb buyurur: “Bir şey istəyirsiniz?” Onlar deyirlər: “(Artıq) nə istəyə bilərik ki, Cənnətdə istədiyimiz yerdə ruzilənirik”. Allah onlardan bunu üç dəfə soruşur. Onlar da buna cavab verməkdən boyun qaçıra bilməyəcəklərini görəndə: “Ey Rəbbimiz! Biz, ruhumuzu cəsədlərimizə qaytarmağını və Sənin yolunda yenidən öldürülməyimizi istəyirik”- deyə cavab verirlər. Allah onların ehtiyacı olmadığını görəndə, onları tərk edir”.”

Məsruq
SəhihQüdsi hədislər, 149 (Kitab 11, 8)

Qeyd

Muslim, 1887, 3500, 4993.

Fəsil 6

Allahın əməlisaleh qulları üçün nemətlər hazırlaması

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَقُولُ اللَّهُ أَعْدَدْتُ لِعِبَادِىَ الصَّالِحِينَ مَا لاَ عَيْنٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ وَلاَ خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ وَاقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِىَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ﴾ وَفِى الْجَنَّةِ شَجَرَةٌ يَسِيرُ الرَّاكِبُ فِى ظِلِّهَا مِائَةَ عَامٍ لاَ يَقْطَعُهَا وَاقْرَءُوا إِنْ شِئْتُمْ ﴿وَظِلٍّ مَمْدُودٍ﴾ وَمَوْضِعُ سَوْطٍ فِى الْجَنَّةِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا وَاقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ﴾»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Allah buyurur: “Əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi (nemətlər) hazırladım. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17). Cənnətdə bir ağac vardır ki, minikli birisi onun kölgəsində yüz il yol getsə də, onu qət edə bilmir. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Uzanmış kölgəliklərdə” (əl-Vaqiə, 30). Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” (Ali-İmran, 185)”.”

Əbu Hureyra
HəsənQüdsi hədislər, 150 (Kitab 11, 9)

Qeyd

ət-Tirmizi, 3292, 3603. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1978.

Fəsil 7

“Biz Axirət savabını istəyənin savabını artırar...”- ayəsi haqda

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ: قرأ رَسُولَ اللَّه صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:﴿ مَنْ كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ وَمَنْ كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ نَصِيبٍ﴾. ثم قَالَ رَسُولَ اللَّه صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يقول الله عَزَّ وَجَلَّ: ابْنَ آدَمَ، تَفَرَّغْ لِعِبَادَتِى أَمْلأْ صَدْرَكَ غِنًى، وَأَسُدَّ فَقْرَكَ، وإلا تَفْعَلْ مَلأْتُ صَدْرَكَ شُغْلاً وَلَمْ أَسُدَّ فَقْرَكَ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Allahın: “Biz Axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz” (əş-Şura, 20) - ayəsini oxuduqdan sonra dedi: “Allah ﷿ buyurur: “Ey Adəm övladı! Mənə ibadət etmək üçün vaxt ayır, Mən də sənin qəlbini zəngin edim, səni kasıbçılıqdan qurtarım. Yox, əgər belə etməsən, onda Mən sənin qəlbini dərd-sərlə doldurar, sənə üz vermiş kasıbçılığı aradan qaldırmaram”.”

Əbu Hureyra
HəsənQüdsi hədislər, 151 (Kitab 11, 10)

Qeyd

əl-Hakim, 3657; İbn Məcə, 4107, 4246. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1359.

Fəsil 8

əl-Kövsər surəsi haqda

عَنْ أَنَسٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا إِذْ أَغْفَى إِغْفَاءَةً ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا مَا أَضْحَكَكَ يَا رَسُولَ اللَّهِ قَالَ «أُنْزِلَتْ عَلَىَّ آنِفًا سُورَةٌ». فَقَرَأَ «بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴿إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ﴾». ثُمَّ قَالَ «أَتَدْرُونَ مَا الْكَوْثَرُ». فَقُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ «فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّى عَزَّ وَجَلَّ عَلَيْهِ خَيْرٌ كَثِيرٌ هُوَ حَوْضٌ تَرِدُ عَلَيْهِ أُمَّتِى يَوْمَ الْقِيَامَةِ آنِيَتُهُ عَدَدُ النُّجُومِ فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ فَأَقُولُ رَبِّ إِنَّهُ مِنْ أُمَّتِى. فَيَقُولُ مَا تَدْرِى مَا أَحْدَثَتْ بَعْدَكَ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yanımızda ikən yuxuya getmişdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Səni güldürən nədir, ey Allahın Elçisi?” O: “İndicə mənə bir surə nazil oldu”- deyərək bu ayələri oxudu: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. Sonra o buyurdu: “Kövsərin nə olduğunu bilirsiniz?” Biz dedik: ”Allah və Onun Elçisi daha yaxşı bilir!” O dedi: “O, Rəbbimin ﷿ mənə vəd etdiyi, içində çoxlu xeyir olan və Qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. (Ətrafına düzülən) qədəhlər ulduzların sayı qədərdir. Onlardan (ümmətimdən) bəzi qullar çıxarılıb kənarlaşdırılacaqdır. Mən də: “Ey Rəbbim! Onlar mənim ümmətimdəndirlər”- deyəcəyəm. Allah buyuracaq: “Sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər!””

Ənəs
SəhihQüdsi hədislər, 152 (Kitab 11, 11)

Qeyd

Muslim, 400, 607, 921.

Fəsil 9

ən-Nəsr surəsi haqda

عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ مِنْ قَوْلِ «سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَاكَ تُكْثِرُ مِنْ قَوْلِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ. فَقَالَ «خَبَّرَنِى رَبِّى أَنِّى سَأَرَى عَلاَمَةً فِى أُمَّتِى فَإِذَا رَأَيْتُهَا أَكْثَرْتُ مِنْ قَوْلِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ. فَقَدْ رَأَيْتُهَا ﴿إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ﴾ فَتْحُ مَكَّةَ ﴿وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِى دِينِ اللَّهِ أَفْوَاجًا فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا﴾».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ bu sözləri “Allah pak və müqəddəsdir, Allaha həmd olsun! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!” çox deyirdi. Mən soruşdum: “Ey Allahın Elçisi, mən sənin bu sözləri “Allah pak və müqəddəsdir, Allaha həmd olsun! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm”- çox söylədiyini görürəm”. O dedi: “Rəbbim mənə belə xəbər verdi: “Mən sənə ümmətindən bir əlamət göstərəcəyəm, sən onu gördükdə bu sözləri “Allah pak və müqəddəsdir, Allaha həmd olsun! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm”- çox de!” Mən artıq onu gördüm: “Allahın köməyi və qələbə gəldiyi zaman”- yəni, Məkkənin fəthi, - “insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (ən-Nəsr, 1-3)”.”

Aişə
SəhihQüdsi hədislər, 153 (Kitab 11, 12)

Qeyd

Muslim, 749, 1116.