“Allah yolunda öldürülənləri əsla ölmüş sanma”- ayəsi haqda
عَنْ مَسْرُوقٍ قَالَ سَأَلْنَا عَبْدَ اللَّهِ عَنْ هَذِهِ الآيَةِ ﴿وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ﴾ قَالَ أَمَا إِنَّا قَدْ سَأَلْنَا عَنْ ذَلِكَ فَقَالَ «أَرْوَاحُهُمْ فِى جَوْفِ طَيْرٍ خُضْرٍ لَهَا قَنَادِيلُ مُعَلَّقَةٌ بِالْعَرْشِ تَسْرَحُ مِنَ الْجَنَّةِ حَيْثُ شَاءَتْ ثُمَّ تَأْوِى إِلَى تِلْكَ الْقَنَادِيلِ فَاطَّلَعَ إِلَيْهِمْ رَبُّهُمُ اطِّلاَعَةً فَقَالَ هَلْ تَشْتَهُونَ شَيْئًا قَالُوا أَىَّ شَىْءٍ نَشْتَهِى وَنَحْنُ نَسْرَحُ مِنَ الْجَنَّةِ حَيْثُ شِئْنَا فَفَعَلَ ذَلِكَ بِهِمْ ثَلاَثَ مَرَّاتٍ فَلَمَّا رَأَوْا أَنَّهُمْ لَنْ يُتْرَكُوا مِنْ أَنْ يُسْأَلُوا قَالُوا يَا رَبِّ نُرِيدُ أَنْ تَرُدَّ أَرْوَاحَنَا فِى أَجْسَادِنَا حَتَّى نُقْتَلَ فِى سَبِيلِكَ مَرَّةً أُخْرَى. فَلَمَّا رَأَى أَنْ لَيْسَ لَهُمْ حَاجَةٌ تُرِكُوا»
“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Abdullah ibn Məsuddan Allahın: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir” (Ali-İmran, 169) - ayəsi haqda soruşduqda, o, belə cavab verdi: “Biz də bu haqda Peyğəmbərdən ﷺ soruşduq, o da belə buyurdu: “Onların (şəhidlərin) ruhları yaşıl quşların içindədir. Bu quşlar üçün Ərşdən qəndillər asılmışdır və onlar Cənnətdə istədikləri yerdə ruzilənirlər, sonra həmin qəndillərə qayıdırlar. Rəbbləri onlara nəzər salıb buyurur: “Bir şey istəyirsiniz?” Onlar deyirlər: “(Artıq) nə istəyə bilərik ki, Cənnətdə istədiyimiz yerdə ruzilənirik”. Allah onlardan bunu üç dəfə soruşur. Onlar da buna cavab verməkdən boyun qaçıra bilməyəcəklərini görəndə: “Ey Rəbbimiz! Biz, ruhumuzu cəsədlərimizə qaytarmağını və Sənin yolunda yenidən öldürülməyimizi istəyirik”- deyə cavab verirlər. Allah onların ehtiyacı olmadığını görəndə, onları tərk edir”.”
Qeyd
Muslim, 1887, 3500, 4993.
İstinad
Qüdsi hədislər, 149 (Kitab 11, 8)
Səhih qüdsi hədislər — Təfsir