Təfsir

Allahın əməlisaleh qulları üçün nemətlər hazırlaması

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَقُولُ اللَّهُ أَعْدَدْتُ لِعِبَادِىَ الصَّالِحِينَ مَا لاَ عَيْنٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ وَلاَ خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ وَاقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِىَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ﴾ وَفِى الْجَنَّةِ شَجَرَةٌ يَسِيرُ الرَّاكِبُ فِى ظِلِّهَا مِائَةَ عَامٍ لاَ يَقْطَعُهَا وَاقْرَءُوا إِنْ شِئْتُمْ ﴿وَظِلٍّ مَمْدُودٍ﴾ وَمَوْضِعُ سَوْطٍ فِى الْجَنَّةِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا وَاقْرَءُوا إِنْ شِئْتُمْ ﴿فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ﴾»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə dedi: “Allah buyurur: “Əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi (nemətlər) hazırladım. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17). Cənnətdə bir ağac vardır ki, minikli birisi onun kölgəsində yüz il yol getsə də, onu qət edə bilmir. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Uzanmış kölgəliklərdə” (əl-Vaqiə, 30). Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” (Ali-İmran, 185)”.”

Əbu Hureyra
Həsən

Qeyd

ət-Tirmizi, 3292, 3603. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1978.

İstinad

Qüdsi hədislər, 150 (Kitab 11, 9)

Səhih qüdsi hədislər — Təfsir