Təfsir

əl-Bəqərə surəsinin 285-286-cı ayələri haqda

عَنْ ابْنِ عَبَّاسٍ قَالَ لَمَّا نَزَلَتْ هَذِهِ الْآيَةُ﴿ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ﴾ قَالَ دَخَلَ قُلُوبَهُمْ مِنْهَا شَيْءٌ لَمْ يَدْخُلْ قُلُوبَهُمْ مِنْ شَيْءٍ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قُولُوا سَمِعْنَا وَأَطَعْنَا وَسَلَّمْنَا قَالَ فَأَلْقَى اللَّهُ الْإِيمَانَ فِي قُلُوبِهِمْ فَأَنْزَلَ اللَّهُ تَعَالَى﴿لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا ﴾قَالَ قَدْ فَعَلْتُ﴿ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا ﴾قَالَ قَدْ فَعَلْتُ﴿ وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا ﴾قَالَ قَدْ فَعَلْتُ

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “(Allahın): “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək” (əl-Bəqərə, 284) ayəsi nazil olduqda, (hələ) səhabələrin qəlblərinə girməyən bir şey bu səbəbdən onların qəlbinə girdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Deyin: “Eşitdik, itaət etdik və qəbul etdik!” (Beləliklə də) Allah imanı onların qəlbinə yerləşdirdi, sonra da bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi. “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi, “...bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan!” (əl-Bəqərə, 286), Allah: “İstədiyinizi yerinə yetirdim”– dedi”.”

İbn Abbas
Səhih

Qeyd

Muslim, 126, 180, 345; ən-Nəsəi “Sunənul-Kubra” 10993, 11059; Əbu Avanə, 167; əl-Beyhəqi “Sunənus-Suğra” 747; əl-Beyhəqi “Şuabul-İman” 2184; İbn Hibban, 5069.

İstinad

Qüdsi hədislər, 147 (Kitab 11, 6)

Səhih qüdsi hədislər — Təfsir