Təfsir

əl-Kövsər surəsi haqda

عَنْ أَنَسٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا إِذْ أَغْفَى إِغْفَاءَةً ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا مَا أَضْحَكَكَ يَا رَسُولَ اللَّهِ قَالَ «أُنْزِلَتْ عَلَىَّ آنِفًا سُورَةٌ». فَقَرَأَ «بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴿إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ﴾». ثُمَّ قَالَ «أَتَدْرُونَ مَا الْكَوْثَرُ». فَقُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ «فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّى عَزَّ وَجَلَّ عَلَيْهِ خَيْرٌ كَثِيرٌ هُوَ حَوْضٌ تَرِدُ عَلَيْهِ أُمَّتِى يَوْمَ الْقِيَامَةِ آنِيَتُهُ عَدَدُ النُّجُومِ فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ فَأَقُولُ رَبِّ إِنَّهُ مِنْ أُمَّتِى. فَيَقُولُ مَا تَدْرِى مَا أَحْدَثَتْ بَعْدَكَ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ yanımızda ikən yuxuya getmişdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Səni güldürən nədir, ey Allahın Elçisi?” O: “İndicə mənə bir surə nazil oldu”- deyərək bu ayələri oxudu: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. Sonra o buyurdu: “Kövsərin nə olduğunu bilirsiniz?” Biz dedik: ”Allah və Onun Elçisi daha yaxşı bilir!” O dedi: “O, Rəbbimin ﷿ mənə vəd etdiyi, içində çoxlu xeyir olan və Qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. (Ətrafına düzülən) qədəhlər ulduzların sayı qədərdir. Onlardan (ümmətimdən) bəzi qullar çıxarılıb kənarlaşdırılacaqdır. Mən də: “Ey Rəbbim! Onlar mənim ümmətimdəndirlər”- deyəcəyəm. Allah buyuracaq: “Sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər!””

Ənəs
Səhih

Qeyd

Muslim, 400, 607, 921.

İstinad

Qüdsi hədislər, 152 (Kitab 11, 11)

Səhih qüdsi hədislər — Təfsir