Peyğəmbərlər

Adəmin ﵇ vəsfi

عَنْ أُبي بن كَعْب قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إن أَبَاكُمْ ادَم عَلَيْهِ السَّلاَمُ كَانَ كَالنخلة السحوق سِتينَ ذِرَاعًا كثير الشعر موارى العورة فلما أصاب الخطيئة في الجنة بدت له سوأته فخرج من الجنة قال فلقيته شجرة فأخذت بناصيته فناداه ربه أفرارا مني يا ادم قال بل حياء منك والله يا رب مما جئت به

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Atanız Adəm ﵇ uca xurma ağacı kimi, boyu altmış dirsək, saçı uzun, övrəti bağlı idi. Cənnətdə xəta edəndə övrəti açıldı. Adəm Cənnətdən çıxıb getdikdə, qarşısına bir ağac çıxdı. Ağac onu tutub saxladı və Rəbbi ona: “Məndən qaçırsan, ey Adəm?”- deyərək xitab etdi. Adəm dedi: “Ey Rəbbim! Sənə and olsun ki, etdiyim əməllərimə görə Səndən həya edib qaçıram”.”

Ubey ibn Kəb
Həsən

Qeyd

İbn Asəkir “Tarixu Diməşq” 7/405; İbn Səd “Tabaqatul-Kubra” 1/31; əl-Hakim, 3038. Hədis həsəndir.

İstinad

Qüdsi hədislər, 156 (Kitab 12, 3)

Səhih qüdsi hədislər — Peyğəmbərlər