Peyğəmbərlər

Adəmin ﵇ tövbəsi

عَنِ ابْنِ عَبَّاسٍ ﴿فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ﴾ قَالَ: أَيْ رَبِّ أَلَمْ تَخْلُقْنِي بِيَدِكَ؟ قَالَ: بَلَى. قَالَ: أَيْ رَبِّ، أَلَمْ تَنْفُخْ فِيَّ مِنْ رُوحِكَ؟ قَالَ: بَلَى. قَالَ: أَيْ رَبِّ، أَلَمْ تُسْكِنِّي جَنَّتَكَ؟ قَالَ: بَلَى. قَالَ: أَيْ رَبِّ أَلَمْ تَسْبِقْ رَحْمَتُكَ غَضَبَكَ؟ قَالَ: بَلَى. قَالَ: أَرَأَيْتَ إِنْ تُبْتُ وَأَصْلَحْتُ أَرَاجِعِي أَنْتَ إِلَى الْجَنَّةِ؟ قَالَ: بَلَى. قَالَ: فَهُوَ قَوْلُهُ ﴿فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ﴾.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir” (əl-Bəqərə, 37) ayəsi barəsində demişdir: “Adəm dedi: “Ey Rəbbim! Məgər Sən məni Öz əlinlə yaratmadınmı?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Ey Rəbbim! Məgər Sən mənə Öz ruhundan üfürmədinmi?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Ey Rəbbim! Məni Cənnətində sakin etmədinmi?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Ey Rəbbim! Məgər Sənin rəhmətin qəzəbini üstələməyibmi?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Əgər mən tövbə edib özümü islah etsəm, Sən məni Cənnətə qaytararsanmı?” Allah: “Bəli”- dedi”. İbn Abbas ﵄ dedi: “Uca Allahın: “Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi” (əl-Bəqərə, 37) ayəsi də məhz budur”.”

İbn Abbas
Səhih

Qeyd

əl-Hakim, 4002. Hədis səhih mərfudur. Bax: Təvəssul, 1/115.

İstinad

Qüdsi hədislər, 157 (Kitab 12, 4)

Səhih qüdsi hədislər — Peyğəmbərlər