Nuh ﵇ haqqında
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُدْعَى نُوحٌ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ يَا رَبِّ. فَيَقُولُ هَلْ بَلَّغْتَ فَيَقُولُ نَعَمْ. فَيُقَالُ لأُمَّتِهِ هَلْ بَلَّغَكُمْ فَيَقُولُونَ مَا أَتَانَا مِنْ نَذِيرٍ. فَيَقُولُ مَنْ يَشْهَدُ لَكَ فَيَقُولُ مُحَمَّدٌ وَأُمَّتُهُ. فَتَشْهَدُونَ أَنَّهُ قَدْ بَلَّغَ». ﴿وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا﴾ فَذَلِكَ قَوْلُهُ جَلَّ ذِكْرُهُ ﴿وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا﴾
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah Nuhu çağıracaq və Nuh: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm, ey Rəbbim!”- deyəcək. Allah buyuracaq: “Sən (dini) təbliğ etdinmi?” O: “Bəli!”- deyə cavab verəcək. Sonra onun qövmünə deyiləcək: “O sizə (dini) təbliğ etdimi?” Onlar: “Bizə xəbərdar edən bir peyğəmbər gəlməmişdir!”- deyə cavab verəcəklər. Allah (Nuha) buyuracaq: “Sənin dediyinə kim şahidlik edə bilər?” Nuh: “Muhəmməd və onun ümməti!”- deyə cavab verəcək. Siz də onun dini təbliğ etdiyinə şahidlik edəcəksiniz və “Peyğəmbər də sizə şahid olacaq”. Bu haqda Allahın ﷿ ayəsində belə deyilir: “Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun” (əl-Bəqərə, 143)”.”
Qeyd
əl-Buxari, 4127, 4217, 4487; İbn Məcə, 4284.
İstinad
Qüdsi hədislər, 158 (Kitab 12, 5)
Səhih qüdsi hədislər — Peyğəmbərlər