Peyğəmbərlər

İbrahim ﵇ haqqında

عَنْ سَعِيدِ بْنِ الْمُسَيِّبِ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: اخْتَتَنَ إِبْرَاهِيمُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ ابْنُ عِشْرِينَ وَمِئَةٍ، ثُمَّ عَاشَ بَعْدَ ذَلِكَ ثَمَانِينَ سَنَةً. قَالَ سَعِيدٌ: إِبْرَاهِيمُ أَوَّلُ مَنِ اخْتَتَنَ، وَأَوَّلُ مَنْ أَضَافَ، وَأَوَّلُ مَنْ قَصَّ الشَّارِبَ، وَأَوَّلُ مَنْ قَصَّ الظُّفُرَ، وَأَوَّلُ مَنْ شَابَ فَقَالَ: يَا رَبِّ، مَا هَذَا؟ قَالَ: وَقَارٌ، قَالَ: يَا رَبِّ، زِدْنِي وَقَارًا.

“Səid ibn Museyyib ﵀ rəvayət edir ki, Əbu Hureyra ﵁ demişdir: “İbrahim ﵇ yüz iyirmi yaşında sünnət olundu. Bundan sonra səksən il də yaşadı”. Səid ibn Museyyib demişdir: “İbrahim ﵇ ilk sünnət olunan, ilk ziyafət verən, ilk bığını qısaldan, ilk dırnağını tutan və ilk saçları ağaran kimsədir. Saçları ağardıqda o: “Ey Rəbbim, bu nədir?”– deyə soruşmuş, Rəbbi də ona: “Bu, bir vüqardır!”– deyə cavab vermişdir. Onda İbrahim ﵇ demişdir: “Ey Rəbbim, mənim vüqarımı artır”.”

Səid ibn Museyyib
Səhih

Qeyd

İbn Əbu Şeybə, 34620; əl-Buxari “Ədəbul-Mufrad” 1250. Hədisin isnadı səhih, lakin “məvquf”, yəni səhabənin – Əbu Hureyranın ﵁ sözü, ikinci cümlənin isə “məqtu”, yəni tabiinin – Səid ibn Museyyibin ﵀ sözüdür. Bax: Səhih Ədəbul-Mufrad, 951.

İstinad

Qüdsi hədislər, 159 (Kitab 12, 6)

Səhih qüdsi hədislər — Peyğəmbərlər