Peyğəmbərlər

Qiyamət günü İbrahimin ﵇ atası Azər ilə görüşməsi

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَلْقَى إِبْرَاهِيمُ أَبَاهُ آزَرَ يَوْمَ الْقِيَامَةِ، وَعَلَى وَجْهِ آزَرَ قَتَرَةٌ وَغَبَرَةٌ، فَيَقُولُ لَهُ إِبْرَاهِيمُ أَلَمْ أَقُلْ لَكَ لاَ تَعْصِنِى فَيَقُولُ أَبُوهُ فَالْيَوْمَ لاَ أَعْصِيكَ. فَيَقُولُ إِبْرَاهِيمُ يَا رَبِّ، إِنَّكَ وَعَدْتَنِى أَنْ لاَ تُخْزِيَنِى يَوْمَ يُبْعَثُونَ، فَأَىُّ خِزْىٍ أَخْزَى مِنْ أَبِى الأَبْعَدِ فَيَقُولُ اللَّهُ تَعَالَى إِنِّى حَرَّمْتُ الْجَنَّةَ عَلَى الْكَافِرِينَ، ثُمَّ يُقَالُ يَا إِبْرَاهِيمُ مَا تَحْتَ رِجْلَيْكَ فَيَنْظُرُ فَإِذَا هُوَ بِذِيخٍ مُلْتَطِخٍ، فَيُؤْخَذُ بِقَوَائِمِهِ فَيُلْقَى فِى النَّارِ» ...فَيَمْسَخُ اللَّهُ أَبَاهُ ضَبُعًا فَيُعْرِضُ عَنْهُ فَيَهْوِي فِي النَّارِ فَيَأْخُذُ بِأَنْفِهِ، فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: يَا عَبْدِي أَبُوكَ هُوَ؟ فَيَقُولُ: لاَ وَعِزَّتِكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü İbrahim, sir-sifəti toz-torpağa bulaşmış və qaralmış atası Azərlə görüşəcək və İbrahim ona deyəcək: “Məgər mən sənə deməmişdim ki, mənə asi olma?” Atası deyəcək: “Bu gün mən sənə asi olmayacağam!” Onda İbrahim deyəcək: “Ey Rəbbim! Sən mənə, onların diriləcəyi gün məni rüsvay etməyəcəyinə söz vermişdin. (Sənin rəhmətindən) uzaq düşmüş atamdan daha böyük rüsvayçılıq ola bilərmi?!” Uca Allah buyuracaq: “Mən Cənnəti kafirlərə haram buyurmuşam”. Sonra (ona) deyiləcək: “Ey İbrahim, ayağının altındakı nədir?” İbrahim (ayağının altına) baxdıqda qana bulanmış bir kaftar görəcək. Sonra bu kaftarı ayaqlarından tutub oda atacaqlar”. Digər rəvayətdə deyilir: “Allah onun atasını kaftara çevirəcək və o, atasından üz döndərəcək. O, burnunu (pis iyə görə) tutacaq. Uca Allah buyuracaq: “Ey Mənim qulum, budurmu sənin atan?” O deyəcək: “Xeyr, İzzətinə and olsun!””

Əbu Hureyra
Səhih

Qeyd

əl-Hakim, 8750. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3631.

İstinad

Qüdsi hədislər, 160 (Kitab 12, 7)

Səhih qüdsi hədislər — Peyğəmbərlər