İbrahimin ﵇ şəfaəti
عَنْ حُذَيْفَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : يَقُولُ إِبْرَاهِيمُ يَوْمَ الْقِيَامَةِ : يَا رَبَّاهُ ، فَيَقُولُ الرَّبُّ جَلَّ وَعَلاَ : يَا لَبَّيْكَاهُ ، فَيَقُولُ إِبْرَاهِيمُ : يَا رَبِّ حَرَّقْتَ بَنِيَّ ، فَيَقُولُ : أَخْرِجُوا مِنَ النَّارِ مَنْ كَانَ فِي قَلْبِهِ ذَرَّةٌ أَوْ شَعِيرَةٌ مِنْ إِيمَانٍ.
“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü İbrahim deyəcək: “Ya Rəbb!” Rəbb ﷿ buyuracaq: “Çağırışını eşitdim və qəbul etdim”. İbrahim deyəcək: “Ya Rəbb, övladlarımı yandırdın!” Allah buyuracaq: “Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!””
Qeyd
İbn Hibban, 7378. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3645.
İstinad
Qüdsi hədislər, 161 (Kitab 12, 8)
Səhih qüdsi hədislər — Peyğəmbərlər