Peyğəmbərlər

Allahın Muhəmməd peyğəmbərə ﷺ olan nemətləri

عَنْ بن عَبَّاس قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: سَأَلْتُ رَبِّي مَسْأَلَةً، وَدَدْتُ أَنِّي لَمْ أَسَأَلْهُ، قُلْتُ: يَارَب كَانَتْ قَبْلِيَ رسل مِنْهُمْ مَنْ سُخِّرَتْ لَهُ الرِّياحُ، وَمِنْهُمْ مَنْ كَانَ يُحْيِي الْمَوْتَى(وكلمت موسى) قَالَ: أَلَمْ أَجِدْكَ يَتِيمَا فَآوَيْتُكَ؟ أَلَمْ أَجَدْكَ ضَالًا فَهَدَيْتُكَ؟ أَلَمْ أَجِدْكَ عَائِلًا فَأَغْنَيْتُكَ؟ أَلَمْ أَشْرَحْ لَكَ صَدْرَكَ ووضَعت عَنْكَ وِزْرَكَ؟"، قَالَ فقُلْتُ: بَلَى يَارَبِّ (فوددت أن لم أسأله)

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Rəbbimdən soruşmaq istəmədiyim bir şey haqda soruşdum. Mən dedim: “Ya Rəbbim! Məndən əvvəl elçilər olmuşdur, onlardan kimisinə küləkləri ram etdin, kimisi ölüləri diriltdi və Sən Musa ilə danışdın”. Allah buyurdu: “Məgər Mən səni yetim çağında qoruyub sığınacaq vermədimmi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimmi? Kasıb olduğun zaman səni varlandırmadımmı? Məgər Mən sənin üçün köksünü açmadımmı? Yükünü səndən götürmədimmi?” Mən dedim: “Bəli, ya Rəbbim!” İstərdim ki, bu haqda heç soruşmayım”.”

İbn Abbas
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 3651. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2538.

İstinad

Qüdsi hədislər, 171 (Kitab 12, 18)

Səhih qüdsi hədislər — Peyğəmbərlər