Peyğəmbərlər

Peyğəmbərin ﷺ Tövratdakı bəzi vəsfləri

عَنْ عَطَاءِ بْنِ يَسَارٍ قَالَ: لَقِيتُ عَبْدَ اللَّهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ فَقُلْتُ: أَخْبِرْنِي عَنْ صِفَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي التَّوْرَاةِ، قَالَ: فَقَالَ: أَجَلْ وَاللَّهِ، إِنَّهُ لَمَوْصُوفٌ فِي التَّوْرَاةِ بِبَعْضِ صِفَتِهِ فِي الْقُرْآنِ: ﴿يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا﴾، وَحِرْزًا لِلأُمِّيِّينَ، أَنْتَ عَبْدِي وَرَسُولِي، سَمَّيْتُكَ الْمُتَوَكِّلَ، لَيْسَ بِفَظٍّ وَلاَ غَلِيظٍ، وَلاَ صَخَّابٍ فِي الأَسْوَاقِ، وَلاَ يَدْفَعُ بِالسَّيِّئَةِ السَّيِّئَةَ، وَلَكِنْ يَعْفُو وَيَغْفِرُ، وَلَنْ يَقْبِضَهُ اللَّهُ تَعَالَى حَتَّى يُقِيمَ بِهِ الْمِلَّةَ الْعَوْجَاءَ، بِأَنْ يَقُولُوا: لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَيَفْتَحُ بِهَا أَعْيُنًا عُمْيًا، وَآذَانًا صُمًّا، وَقُلُوبًا غُلْفًا.

“Rəvayət edilir ki, Əta ibn Yəsar ﵀ demişdir: “Bir dəfə mən Abdullah ibn Amr ibn əl-As ilə rastlaşdım və ona: “Mənə Allah Elçisinin ﷺ Tövratda olan vəsfi barədə xəbər ver”- dedim. O, dedi: “Bəli, Allaha and olsun ki, onun Quranda vəsf edilən (bəzi) sifətləri Tövratda da vəsf edilmişdir: “Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik” (əl-Əhzab, 45). Həmçinin, səni ümmiləri qoruyan olaraq (göndərdik). Sən Mənim qulum və rəsulumsan. Mən sənə Mütəvəkkil (təvəkkül edən) adını verdim. O (Peyğəmbər) nə kobud, nə daş qəlbli, nə də bazarda qışqır-bağır salan birisidir; pisliyi pisliklə dəf etməz. Əksinə, əfv edər və bağışlayar. Uca Allah onun vasitəsilə əyri yolda olan milləti düzəltməyincə – onlar “Lə: ilə:hə illəllah” deməyincə, Uca Allah onu Öz yanına aparmaz; həm də bu tövhid kəlməsi sayəsində kor gözləri, kar qulaqları və bağlı qəlbləri açar”.”

Əta ibn Yəsar
Səhih

Qeyd

əl-Buxari, 1981, 2125, 4838.

İstinad

Qüdsi hədislər, 172 (Kitab 12, 19)

Səhih qüdsi hədislər — Peyğəmbərlər