Peyğəmbərlər

Peyğəmbərin ﷺ dövründə olan yalançı peyğəmbərlər

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «بَيْنَا أَنَا نَائِمٌ أُتِيتُ بِخَزَائِنِ الأَرْضِ، فَوُضِعَ فِى يَدِي سِوَارَانِ مِنْ ذَهَبٍ، فَكَبُرَا عَلَىَّ وَ أَهَمَّانِي فَأَوْحَى الله إِلَىَّ أَنِ انْفُخْهُمَا، فَنَفَخْتُهُمَا فَذَهَبَا فَأَوَّلْتُهُمَا الْكَذَّابَيْنِ اللَّذَيْنِ أَنَا بَيْنَهُمَا صَاحِبَ صَنْعَاءَ، وَصَاحِبَ الْيَمَامَةِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Bir dəfə) yuxumda mənə dünya xəzinələri verildiyini, üstəlik əlimə qızıldan iki bilərzik qoyulduğunu gördüm. Bunları (geymək) mənə ağır gəldi və məni narahat etdi. Sonra Allah mənə: “Onlara üfür!”- deyə vəhy etdi. Mən bilərziklərə üfürdükdə, onlar yox oldular. Mən bu bilərzikləri aralarında olduğum biri Səna, digəri Yəmamədən olan iki yalançının meydana gəlməsinə yozdum”.”

Əbu Hureyra
Səhih

Qeyd

Əhməd, 8232. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2858. Oxşar rəvayəti əl-Buxari də (№ 4375) rəvayət etmişdir.

İstinad

Qüdsi hədislər, 173 (Kitab 12, 20)

Səhih qüdsi hədislər — Peyğəmbərlər