Muhəmməd peyğəmbərin ﷺ ümmətinin fəziləti
عَنْ ثَوْبَانَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ زَوَى لِىَ الأَرْضَ فَرَأَيْتُ مَشَارِقَهَا وَمَغَارِبَهَا وَإِنَّ أُمَّتِى سَيَبْلُغُ مُلْكُهَا مَا زُوِىَ لِى مِنْهَا وَأُعْطِيتُ الْكَنْزَيْنِ الأَحْمَرَ وَالأَبْيَضَ وَإِنِّى سَأَلْتُ رَبِّى لأُمَّتِى أَنْ لاَ يُهْلِكَهَا بِسَنَةٍ بِعَامَّةٍ وَأَنْ لاَ يُسَلِّطَ عَلَيْهِمْ عَدُوًّا مِنْ سِوَى أَنْفُسِهِمْ فَيَسْتَبِيحَ بَيْضَتَهُمْ وَإِنَّ رَبِّى قَالَ يَا مُحَمَّدُ إِنِّى إِذَا قَضَيْتُ قَضَاءً فَإِنَّهُ لاَ يُرَدُّ وَإِنِّى أَعْطَيْتُكَ لأُمَّتِكَ أَنْ لاَ أُهْلِكَهُمْ بِسَنَةٍ بِعَامَّةٍ وَأَنْ لاَ أُسَلِّطَ عَلَيْهِمْ عَدُوًّا مِنْ سِوَى أَنْفُسِهِمْ يَسْتَبِيحُ بَيْضَتَهُمْ وَلَوِ اجْتَمَعَ عَلَيْهِمْ مَنْ بِأَقْطَارِهَا - أَوْ قَالَ مَنْ بَيْنَ أَقْطَارِهَا - حَتَّى يَكُونَ بَعْضُهُمْ يُهْلِكُ بَعْضًا وَيَسْبِى بَعْضُهُمْ بَعْضًا»
“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah yer üzünü mənim üçün bükdü, mən onun məşriqini də, məğribini də gördüm. Ümmətimin hökmranlığı mənə göstərilən yerlərə qədər çatacaqdır. Mənə qırmızı və ağ iki xəzinə verildi. Rəbbimdən ümmətimi kütləvi qıtlıqla həlak etməməsini və onların üstünə özlərindən başqa heç bir düşmən salmamasını dilədim. Həqiqətən, mənim Rəbbim belə buyurdu: “Ey Muhəmməd! Mənim verdiyim hökm əsla dəyişməz. Mən ümmətini kütləvi qıtlıqla həlak etməyəcəyəm və onların üstünə özlərindən başqa heç bir düşmən salmayacağam. (Düşmən) hər tərəfdən onlara qarşı birləşsə belə, (müsəlmanlar) bir-birilərini öldürməyincə və bir-birilərini əsir etməyincə, (onlara zərər verə bilməz)”.”
Qeyd
Muslim, 2889, 5144, 7440. Digər rəvayətdə isə belə deyilir: “…Ümmətimin arasına ədavət düşsə, bu, Qiyamət gününədək davam edəcək. Heç şübhəsiz, ümmətim üçün azdıran rəhbərlərin meydana gəlməsindən qorxuram. Ümmətimdən dəstə-dəstə adamlar bütlərə ibadət edəcək və ümmətimdən dəstə-dəstə adamlar müşriklərə qatılacaqlar. Qiyamət saatından əvvəl otuza yaxın yalançı dəccal peyda olacaq. Onların hər biri özünün peyğəmbər olduğunu iddia edəcək. Ümmətimdən bir tayfa daima haqq üzərində olaraq qalib çıxacaq, müxalif olanların da Allahın ﷿ əmri yetişənədək onlara bir zərəri toxunmayacaqdır”. (İbn Məcə, 3952, 4087. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1957).
İstinad
Qüdsi hədislər, 175 (Kitab 12, 22)
Səhih qüdsi hədislər — Peyğəmbərlər