Yəcuc və Məcuc haqda
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ تَعَالَى يَا آدَمُ. فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ فِى يَدَيْكَ. فَيَقُولُ أَخْرِجْ بَعْثَ النَّارِ. قَالَ وَمَا بَعْثُ النَّارِ قَالَ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ، فَعِنْدَهُ يَشِيبُ الصَّغِيرُ، ﴿وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا، وَتَرَى النَّاسَ سُكَارَى، وَمَا هُمْ بِسُكَارَى، وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ﴾». قَالُوا يَا رَسُولَ اللَّهِ وَأَيُّنَا ذَلِكَ الْوَاحِدُ قَالَ «أَبْشِرُوا فَإِنَّ مِنْكُمْ رَجُلٌ، وَمِنْ يَأْجُوجَ وَمَأْجُوجَ أَلْفٌ». ثُمَّ قَالَ «وَالَّذِى نَفْسِى بِيَدِهِ، إِنِّى أَرْجُو أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «أَرْجُو أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «أَرْجُو أَنْ تَكُونُوا نِصْفَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «مَا أَنْتُمْ فِى النَّاسِ إِلاَّ كَالشَّعَرَةِ السَّوْدَاءِ فِى جِلْدِ ثَوْرٍ أَبْيَضَ، أَوْ كَشَعَرَةٍ بَيْضَاءَ فِى جِلْدِ ثَوْرٍ أَسْوَدَ»
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü Uca Allah: “Ey Adəm!”- deyə buyuracaq. Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə vasil olanların sayı nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu Cəhənnəmə gedəcək”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir” (əl-Həcc, 2). Səhabələr dedilər: “Ey Allahın Elçisi, hansımız o bir nəfərlərdən olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq”. Sonra davam edib dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin üçdəbirini təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “O gün siz say etibarilə insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız”.”
Qeyd
əl-Buxari, 3099, 3170, 3348; ət-Tirmizi, 3169, 3467.
İstinad
Qüdsi hədislər, 176 (Kitab 13, 1)
Səhih qüdsi hədislər — Qiyamət