Kitab 13

Qiyamət

37

hədis

Fəsil 1

Yəcuc və Məcuc haqda

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَقُولُ اللَّهُ تَعَالَى يَا آدَمُ. فَيَقُولُ لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ فِى يَدَيْكَ. فَيَقُولُ أَخْرِجْ بَعْثَ النَّارِ. قَالَ وَمَا بَعْثُ النَّارِ قَالَ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ، فَعِنْدَهُ يَشِيبُ الصَّغِيرُ، ﴿وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا، وَتَرَى النَّاسَ سُكَارَى، وَمَا هُمْ بِسُكَارَى، وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ﴾». قَالُوا يَا رَسُولَ اللَّهِ وَأَيُّنَا ذَلِكَ الْوَاحِدُ قَالَ «أَبْشِرُوا فَإِنَّ مِنْكُمْ رَجُلٌ، وَمِنْ يَأْجُوجَ وَمَأْجُوجَ أَلْفٌ». ثُمَّ قَالَ «وَالَّذِى نَفْسِى بِيَدِهِ، إِنِّى أَرْجُو أَنْ تَكُونُوا رُبُعَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «أَرْجُو أَنْ تَكُونُوا ثُلُثَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «أَرْجُو أَنْ تَكُونُوا نِصْفَ أَهْلِ الْجَنَّةِ». فَكَبَّرْنَا. فَقَالَ «مَا أَنْتُمْ فِى النَّاسِ إِلاَّ كَالشَّعَرَةِ السَّوْدَاءِ فِى جِلْدِ ثَوْرٍ أَبْيَضَ، أَوْ كَشَعَرَةٍ بَيْضَاءَ فِى جِلْدِ ثَوْرٍ أَسْوَدَ»

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü Uca Allah: “Ey Adəm!”- deyə buyuracaq. Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!” Allah buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə vasil olanların sayı nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu Cəhənnəmə gedəcək”. “O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir” (əl-Həcc, 2). Səhabələr dedilər: “Ey Allahın Elçisi, hansımız o bir nəfərlərdən olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq”. Sonra davam edib dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm”. Biz: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin üçdəbirini təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm”. Biz yenə: “Allahu Əkbər”- dedik. Peyğəmbər ﷺ buyurdu: “O gün siz say etibarilə insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız”.”

Əbu Səid əl-Xudri
SəhihQüdsi hədislər, 176 (Kitab 13, 1)

Qeyd

əl-Buxari, 3099, 3170, 3348; ət-Tirmizi, 3169, 3467.

Fəsil 2

Günəşin məğribdən çıxması

عَنْ أَبِى ذَرٍّ قَالَ كُنْتُ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ وَعَلَيْهِ بَرْذَعَةٌ أَوْ قَطِيفَةٌ - قَالَ - فَذَاكَ عِنْدَ غُرُوبِ الشَّمْسِ فَقَالَ لِى «يَا أَبَا ذَرٍّ هَلْ تَدْرِى أَيْنَ تَغِيبُ هَذِهِ». قَالَ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ «فَإِنَّهَا تَغْرُبُ فِى عَيْنٍ حَامِئَةٍ تَنْطَلِقُ حَتَّى تَخِرَّ لِرَبِّهَا عَزَّ وَجَلَّ سَاجِدَةً تَحْتَ الْعَرْشِ فَإِذَا حَانَ خُرُوجُهَا أَذِنَ اللَّهُ لَهَا فَتَخْرُجُ فَتَطْلُعُ فَإِذَا أَرَادَ أَنْ يُطْلِعَهَا مِنْ حَيْثُ تَغْرُبُ حَبَسَهَا فَتَقُولُ يَا رَبِّ إِنَّ مَسِيرِى بَعِيدٌ. فَيَقُولُ لَهَا اطْلُعِى مِنْ حَيْثُ غِبْتِ فَذَلِكَ حِينَ لاَ يَنْفَعُ نَفْساً إِيمَانُهَا»

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə günəşin qürub çağı mən Peyğəmbərlə ﷺ uzunqulağın tərkində gedirdim. O, mənə dedi: “Ey Əbu Zərr! Günəşin harada batdığını bilirsən?” Mən: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedim. O dedi: “O, qara palçıqlı çeşmədə batır. Sonra o, Ərşin altında öz Rəbbinə səcdə edir. Onun çıxmaq vaxtı gəldikdə Allah ona izn verir, o da çıxır. Allah onu batdığı yerdən çıxarmaq istədikdə, o, belə deyəcək: “Ya Rəbbim! Mənim yolum uzandı”. Allah ona deyəcək: “Batdığın yerdən çıx! Bu, imanın heç bir kəsə fayda vermədiyi bir vaxtdır”.”

Əbu Zərr
SəhihQüdsi hədislər, 177 (Kitab 13, 2)

Qeyd

Əhməd, 20486, 21459, 21497, 22076. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.

Fəsil 3

Dəccalın fitnəsi

عَنِ النَّوَّاسِ بْنِ سَمْعَانَ قَالَ ذَكَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الدَّجَّالَ ذَاتَ غَدَاةٍ فَخَفَّضَ فِيهِ وَرَفَّعَ حَتَّى ظَنَنَّاهُ فِى طَائِفَةِ النَّخْلِ فَلَمَّا رُحْنَا إِلَيْهِ عَرَفَ ذَلِكَ فِينَا فَقَالَ «مَا شَأْنُكُمْ». قُلْنَا يَا رَسُولَ اللَّهِ ذَكَرْتَ الدَّجَّالَ غَدَاةً فَخَفَّضْتَ فِيهِ وَرَفَّعْتَ حَتَّى ظَنَنَّاهُ فِى طَائِفَةِ النَّخْلِ. فَقَالَ «غَيْرُ الدَّجَّالِ أَخْوَفُنِى عَلَيْكُمْ إِنْ يَخْرُجْ وَأَنَا فِيكُمْ فَأَنَا حَجِيجُهُ دُونَكُمْ وَإِنْ يَخْرُجْ وَلَسْتُ فِيكُمْ فَامْرُؤٌ حَجِيجُ نَفْسِهِ وَاللَّهُ خَلِيفَتِى عَلَى كُلِّ مُسْلِمٍ إِنَّهُ شَابٌّ قَطَطٌ عَيْنُهُ طَافِئَةٌ كَأَنِّى أُشَبِّهُهُ بِعَبْدِ الْعُزَّى بْنِ قَطَنٍ فَمَنْ أَدْرَكَهُ مِنْكُمْ فَلْيَقْرَأْ عَلَيْهِ فَوَاتِحَ سُورَةِ الْكَهْفِ إِنَّهُ خَارِجٌ خَلَّةً بَيْنَ الشَّأْمِ وَالْعِرَاقِ فَعَاثَ يَمِينًا وَعَاثَ شِمَالاً يَا عِبَادَ اللَّهِ فَاثْبُتُوا». قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا لَبْثُهُ فِى الأَرْضِ قَالَ «أَرْبَعُونَ يَوْمًا يَوْمٌ كَسَنَةٍ وَيَوْمٌ كَشَهْرٍ وَيَوْمٌ كَجُمُعَةٍ وَسَائِرُ أَيَّامِهِ كَأَيَّامِكُمْ». قُلْنَا يَا رَسُولَ اللَّهِ فَذَلِكَ الْيَوْمُ الَّذِى كَسَنَةٍ أَتَكْفِينَا فِيهِ صَلاَةُ يَوْمٍ قَالَ «لاَ اقْدُرُوا لَهُ قَدْرَهُ». قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا إِسْرَاعُهُ فِى الأَرْضِ قَالَ «كَالْغَيْثِ اسْتَدْبَرَتْهُ الرِّيحُ فَيَأْتِى عَلَى الْقَوْمِ فَيَدْعُوهُمْ فَيُؤْمِنُونَ بِهِ وَيَسْتَجِيبُونَ لَهُ فَيَأْمُرُ السَّمَاءَ فَتُمْطِرُ وَالأَرْضَ فَتُنْبِتُ فَتَرُوحُ عَلَيْهِمْ سَارِحَتُهُمْ أَطْوَلَ مَا كَانَتْ ذُرًا وَأَسْبَغَهُ ضُرُوعًا وَأَمَدَّهُ خَوَاصِرَ ثُمَّ يَأْتِى الْقَوْمَ فَيَدْعُوهُمْ فَيَرُدُّونَ عَلَيْهِ قَوْلَهُ فَيَنْصَرِفُ عَنْهُمْ فَيُصْبِحُونَ مُمْحِلِينَ لَيْسَ بِأَيْدِيهِمْ شَىْءٌ مِنْ أَمْوَالِهِمْ وَيَمُرُّ بِالْخَرِبَةِ فَيَقُولُ لَهَا أَخْرِجِى كُنُوزَكِ. فَتَتْبَعُهُ كُنُوزُهَا كَيَعَاسِيبِ النَّحْلِ ثُمَّ يَدْعُو رَجُلاً مُمْتَلِئًا شَبَابًا فَيَضْرِبُهُ بِالسَّيْفِ فَيَقْطَعُهُ جَزْلَتَيْنِ رَمْيَةَ الْغَرَضِ ثُمَّ يَدْعُوهُ فَيُقْبِلُ وَيَتَهَلَّلُ وَجْهُهُ يَضْحَكُ فَبَيْنَمَا هُوَ كَذَلِكَ إِذْ بَعَثَ اللَّهُ الْمَسِيحَ ابْنَ مَرْيَمَ فَيَنْزِلُ عِنْدَ الْمَنَارَةِ الْبَيْضَاءِ شَرْقِىَّ دِمَشْقَ بَيْنَ مَهْرُودَتَيْنِ وَاضِعًا كَفَّيْهِ عَلَى أَجْنِحَةِ مَلَكَيْنِ إِذَا طَأْطَأَ رَأَسَهُ قَطَرَ وَإِذَا رَفَعَهُ تَحَدَّرَ مِنْهُ جُمَانٌ كَاللُّؤْلُؤِ فَلاَ يَحِلُّ لِكَافِرٍ يَجِدُ رِيحَ نَفَسِهِ إِلاَّ مَاتَ وَنَفَسُهُ يَنْتَهِى حَيْثُ يَنْتَهِى طَرْفُهُ فَيَطْلُبُهُ حَتَّى يُدْرِكَهُ بِبَابِ لُدٍّ فَيَقْتُلُهُ ثُمَّ يَأْتِى عِيسَى ابْنَ مَرْيَمَ قَوْمٌ قَدْ عَصَمَهُمُ اللَّهُ مِنْهُ فَيَمْسَحُ عَنْ وُجُوهِهِمْ وَيُحَدِّثُهُمْ بِدَرَجَاتِهِمْ فِى الْجَنَّةِ فَبَيْنَمَا هُوَ كَذَلِكَ إِذْ أَوْحَى اللَّهُ إِلَى عِيسَى إِنِّى قَدْ أَخْرَجْتُ عِبَادًا لِى لاَ يَدَانِ لأَحَدٍ بِقِتَالِهِمْ فَحَرِّزْ عِبَادِى إِلَى الطُّورِ. وَيَبْعَثُ اللَّهُ يَأْجُوجَ وَمَأْجُوجَ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ فَيَمُرُّ أَوَائِلُهُمْ عَلَى بُحَيْرَةِ طَبَرِيَّةَ فَيَشْرَبُونَ مَا فِيهَا وَيَمُرُّ آخِرُهُمْ فَيَقُولُونَ لَقَدْ كَانَ بِهَذِهِ مَرَّةً مَاءٌ. وَيُحْصَرُ نَبِىُّ اللَّهُ عِيسَى وَأَصْحَابُهُ حَتَّى يَكُونَ رَأْسُ الثَّوْرِ لأَحَدِهِمْ خَيْرًا مِنْ مِائَةِ دِينَارٍ لأَحَدِكُمُ الْيَوْمَ فَيَرْغَبُ نَبِىُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ فَيُرْسِلُ اللَّهُ عَلَيْهُمُ النَّغَفَ فِى رِقَابِهِمْ فَيُصْبِحُونَ فَرْسَى كَمَوْتِ نَفْسٍ وَاحِدَةٍ ثُمَّ يَهْبِطُ نَبِىُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ إِلَى الأَرْضِ فَلاَ يَجِدُونَ فِى الأَرْضِ مَوْضِعَ شِبْرٍ إِلاَّ مَلأَهُ زَهَمُهُمْ وَنَتْنُهُمْ فَيَرْغَبُ نَبِىُّ اللَّهِ عِيسَى وَأَصْحَابُهُ إِلَى اللَّهِ فَيُرْسِلُ اللَّهُ طَيْرًا كَأَعْنَاقِ الْبُخْتِ فَتَحْمِلُهُمْ فَتَطْرَحُهُمْ حَيْثُ شَاءَ اللَّهُ ثُمَّ يُرْسِلُ اللَّهُ مَطَرًا لاَ يَكُنُّ مِنْهُ بَيْتُ مَدَرٍ وَلاَ وَبَرٍ فَيَغْسِلُ الأَرْضَ حَتَّى يَتْرُكَهَا كَالزَّلَفَةِ ثُمَّ يُقَالُ لِلأَرْضِ أَنْبِتِى ثَمَرَتَكِ وَرُدِّى بَرَكَتَكِ. فَيَوْمَئِذٍ تَأْكُلُ الْعِصَابَةُ مِنَ الرُّمَّانَةِ وَيَسْتَظِلُّونَ بِقِحْفِهَا وَيُبَارَكُ فِى الرِّسْلِ حَتَّى أَنَّ اللِّقْحَةَ مِنَ الإِبِلِ لَتَكْفِى الْفِئَامَ مِنَ النَّاسِ وَاللِّقْحَةَ مِنَ الْبَقَرِ لَتَكْفِى الْقَبِيلَةَ مِنَ النَّاسِ وَاللِّقْحَةَ مِنَ الْغَنَمِ لَتَكْفِى الْفَخِذَ مِنَ النَّاسِ فَبَيْنَمَا هُمْ كَذَلِكَ إِذْ بَعَثَ اللَّهُ رِيحًا طَيِّبَةً فَتَأْخُذُهُمْ تَحْتَ آبَاطِهِمْ فَتَقْبِضُ رُوحَ كُلِّ مُؤْمِنٍ وَكُلِّ مُسْلِمٍ وَيَبْقَى شِرَارُ النَّاسِ يَتَهَارَجُونَ فِيهَا تَهَارُجَ الْحُمُرِ فَعَلَيْهِمْ تَقُومُ السَّاعَةُ»

“Rəvayət edilir ki, ən-Nəvvas ibn Səman ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: “Sizə nə olub?” Biz dedik: “Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik”. O dedi: “Sizin üçün başqa şeylərdən Dəccala nisbətən daha çox qorxuram. Əgər o, mən sizin aranızda ikən peyda olarsa, mən sizə görə onunla mücadilə edəcəyəm. Yox, əgər mən aranızda olmayanda peyda olarsa, onda hər kəs özü (onunla) mücadilə etməlidir. Allah hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən, o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, ona qarşı “əl-Kəhf” surəsinin ilk ayələrini oxusun. Həqiqətən, o, Şamla İraq arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, (dininizdə) sabit olun!” Biz soruşduq: “Ey Allahın Elçisi! O, yer üzərində nə qədər qalacaq?” O dedi: “Qırx gün (qalacaq, onlardan) bir günü bir il, bir günü bir ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır”. Biz soruşduq: “Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?” O dedi: “Xeyr, (özünüz) onun üçün vaxt təyin edin!” Biz soruşduq: “Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?” O dedi: “Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o, göyə əmr edəcək və (göy dərhal) yağış yağdıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri (əvvəl) heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uzadılmış (qarnı dolu) vəziyyətdə geri qayıdacaqlar. Sonra o, (digər) bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, (qövmdən) üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O, bir xarabalığın yanından keçəndə ona: “Öz xəzinələrini üzə çıxart!”- deyəcək və (bal arılarının) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcək. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcəkdir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaq. Sonra o, (cavan oğlanı) çağıracaq, o da (həmin anda dirilib) sevincək onun yanına gələcəkdir. Elə o vaxt Allah Məryəm oğlu Məsihi göndərəcək. O, iki sarı paltarda, əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ minarəyə enəcəkdir. O, başını aşağı saldıqda (saçından) su damcıları, (başını) qaldırdıqda isə inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsinin qoxusunu hiss edən hər bir kafir mütləq öləcək. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çatacaqdır. (İsa Dəccalı) axtaracaq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək. Sonra Məryəm oğlu İsa, Allahın (Dəccalın şərindən) qoruduğu bir qövmün yanına gəlib əlini onların üzünə sürtəcək və onların Cənnətdəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: “Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığınacaq ver!” Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabəriyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: “Nə vaxtsa burada su var idi”. Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər. Allah (Yəcuc və Məcuc tayfalarının) boyunlarına qurdlar göndərəcək və səhəri gün hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabələri yerə enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfalarının cəsədlərinin) piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvələrin boyunlarına bənzər (uzun boylu) quşlar göndərəcək. (Quşlar cəsədləri) götürüb Allahın istədiyi yerə aparacaqlar. Sonra Allah elə bir yağış göndərəcək ki, gildən düzəldilən heç bir ev ondan qoruna bilməyəcək. O, yer üzündə (nə varsa) yuyub aparacaq, hətta onu güzgüyə bənzər bir hala salacaq. Sonra yer üzünə: “Meyvələrini bitir və bərəkətini ver!”- deyiləcək. Elə o gün bir dəstə insan bir dənə narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir dəstə insana kifayət edəcəkdir. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcəkdir. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (möminləri) qoltuqlarının altından yaxalayacaq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) aparacaqdır. (Yer üzündə) insanların ən şər olanları qalaraq orada eşşəklər kimi cinsi əlaqədə olacaqlar. Qiyamət saatı da onların üzərində qopacaqdır”.”

ən-Nəvvas ibn Səman
SəhihQüdsi hədislər, 178 (Kitab 13, 3)

Qeyd

Muslim, 5228, 7560.

عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو ...قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَخْرُجُ الدَّجَّالُ فِى أُمَّتِى فَيَمْكُثُ أَرْبَعِينَ - لاَ أَدْرِى أَرْبَعِينَ يَوْمًا أَوْ أَرْبَعِينَ شَهْرًا أَوْ أَرْبَعِينَ عَامًا - فَيَبْعَثُ اللَّهُ عِيسَى ابْنَ مَرْيَمَ كَأَنَّهُ عُرْوَةُ بْنُ مَسْعُودٍ فَيَطْلُبُهُ فَيُهْلِكُهُ ثُمَّ يَمْكُثُ النَّاسُ سَبْعَ سِنِينَ لَيْسَ بَيْنَ اثْنَيْنِ عَدَاوَةٌ ثُمَّ يُرْسِلُ اللَّهُ رِيحًا بَارِدَةً مِنْ قِبَلِ الشَّأْمِ فَلاَ يَبْقَى عَلَى وَجْهِ الأَرْضِ أَحَدٌ فِى قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ مِنْ خَيْرٍ أَوْ إِيمَانٍ إِلاَّ قَبَضَتْهُ حَتَّى لَوْ أَنَّ أَحَدَكُمْ دَخَلَ فِى كَبَدِ جَبَلٍ لَدَخَلَتْهُ عَلَيْهِ حَتَّى تَقْبِضَهُ». قَالَ سَمِعْتُهَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «فَيَبْقَى شِرَارُ النَّاسِ فِى خِفَّةِ الطَّيْرِ وَأَحْلاَمِ السِّبَاعِ لاَ يَعْرِفُونَ مَعْرُوفًا وَلاَ يُنْكِرُونَ مُنْكَرًا فَيَتَمَثَّلُ لَهُمُ الشَّيْطَانُ فَيَقُولُ أَلاَ تَسْتَجِيبُونَ فَيَقُولُونَ فَمَا تَأْمُرُنَا فَيَأْمُرُهُمْ بِعِبَادَةِ الأَوْثَانِ وَهُمْ فِى ذَلِكَ دَارٌّ رِزْقُهُمْ حَسَنٌ عَيْشُهُمْ ثُمَّ يُنْفَخُ فِى الصُّورِ فَلاَ يَسْمَعُهُ أَحَدٌ إِلاَّ أَصْغَى لِيتًا وَرَفَعَ لِيتًا - قَالَ - وَأَوَّلُ مَنْ يَسْمَعُهُ رَجُلٌ يَلُوطُ حَوْضَ إِبِلِهِ - قَالَ - فَيَصْعَقُ وَيَصْعَقُ النَّاسُ ثُمَّ يُرْسِلُ اللَّهُ - أَوْ قَالَ يُنْزِلُ اللَّهُ - مَطَرًا كَأَنَّهُ الطَّلُّ أَوِ الظِّلُّ - نُعْمَانُ الشَّاكُّ - فَتَنْبُتُ مِنْهُ أَجْسَادُ النَّاسِ ثُمَّ يُنْفَخُ فِيهِ أُخْرَى فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ ثُمَّ يُقَالُ يَا أَيُّهَا النَّاسُ هَلُمَّ إِلَى رَبِّكُمْ. وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ - قَالَ - ثُمَّ يُقَالُ أَخْرِجُوا بَعْثَ النَّارِ فَيُقَالُ مِنْ كَمْ فَيُقَالُ مِنْ كُلِّ أَلْفٍ تِسْعَمِائَةٍ وَتِسْعَةً وَتِسْعِينَ - قَالَ - فَذَاكَ يَوْمَ يَجْعَلُ الْوِلْدَانَ شِيبًا وَذَلِكَ يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dəccal ümmətimin arasında peyda olacaq və mən bilmirəm ki, o (yer üzərində) qırx gün, qırx ay, yoxsa qırx il qalacaq. Sonra Allah İsa ibn Məryəmi – sanki o, Urva ibn Məsuddur - (yer üzərinə) göndərəcək, o da (Dəccalı) axtarıb onu öldürəcək. Bundan sonra insanlar aralarında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Daha sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyir və ya iman olan hər bir kəsin (ruhunu) alıb aparacaq. Hətta biriniz dağın içinə girsə belə, (külək) mütləq ora girib onun (ruhunu) alacaq. (Bundan sonra yer üzərində ancaq) quş yüngüllüyündə, vəhşi heyvanlar kimi ən şər insanlar qalacaq. Onlar nə bir yaxşılıq anlayacaq, nə də bir pisliyi inkar edəcəklər. Şeytan da (insan qiyafəsində) onlara görünəcək və deyəcək: “Mənə tabe olacaqsınızmı?” Onlar: “Bizə nə əmr edirsən?”- deyə soruşacaqlar. Şeytan onlara bütlərə ibadət etməyi əmr edəcək, onlar da buna tabe olacaqlar və bir müddət ruziləri bol olacaq, güzəranları xoş keçəcəkdir. Sonra Sur üfürüləcək, onu eşidən hər kəs boynunu dikəldib və əyərək onu dinləyəcək. Onu birinci eşidən dəvəsinin su içməsi üçün ovdanına gil ilə suvaq vuran bir kişi olacaqdır. Bu səs onu və bütün insanları öldürəcək. Sonra Allah çiskin bir yağış göndərəcək və onunla insanların bədənləri bitəcək. Sonra bir daha Sur üfürülən kimi onlar qalxıb baxacaqlar. Sonra deyiləcək: “Ey insanlar, Rəbbinizə doğru gedin! Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!” Sonra belə deyiləcək: “Cəhənnəm əhlini çıxardın!” və “nə qədər?”- deyə soruşulacaq. “Hər min (nəfərdən) doqquz yüz doxsan doqquzu!”- deyə cavab veriləcək. Məhz, o gün uşaqların saçlarının ağaracağı və baldırın açılacağı gündür!””

Abdullah ibn Amr
SəhihQüdsi hədislər, 179 (Kitab 13, 4)

Qeyd

Muslim, 5233, 7568.

Fəsil 4

Ruh bədəndən könülsüz çıxar

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لِلنَّفْسِ: اخْرُجِي، قَالَتْ: لا أَخْرُجُ إِلا وأنا كَارِهَةً، قَالَ: اخْرُجِي وَإِنْ كَرِهْتِ"

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə demişdir: “Uca Allah nəfsə: “Çıx!”- deyə buyurdu. O isə: “Mən ancaq könülsüz olaraq çıxacağam”- deyə cavab verdi. Allah buyurdu: “Könülsüz olsan da, çıx!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 180 (Kitab 13, 5)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 219. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2013.

Fəsil 5

Möminin və kafirin ölümü

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ خَرَجْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى جَنَازَةِ رَجُلٍ مِنَ الأَنْصَارِ فَانْتَهَيْنَا إِلَى الْقَبْرِ وَلَمَّا يُلْحَدْ فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَلَسْنَا حَوْلَهُ كَأَنَّ عَلَى رُءُوسِنَا الطَّيْرَ وَفِى يَدِهِ عُودٌ يَنْكُتُ بِهِ فِى الأَرْضِ فَرَفَعَ رَأْسَهُ فَقَالَ «اسْتَعِيذُوا بِاللَّهِ مِنْ عَذَابِ الْقَبْرِ». مَرَّتَيْنِ أَوْ ثَلاَثاً ثُمَّ قَالَ «إِنَّ الْعَبْدَ الْمُؤْمِنَ إِذَا كَانَ فِى انْقِطَاعٍ مِنَ الدُّنْيَا وَإِقْبَالٍ مِنَ الآخِرَةِ نَزَلَ إِلَيْهِ مَلاَئِكَةٌ مِنَ السَّمَاءِ بِيضُ الْوُجُوهِ كَأَنَّ وُجُوهَهُمُ الشَّمْسُ مَعَهُمْ كَفَنٌ مِنْ أَكْفَانِ الْجَنَّةِ وَحَنُوطٌ مِنْ حَنُوطِ الْجَنَّةِ حَتَّى يَجْلِسُوا مِنْهُ مَدَّ الْبَصَرِ ثُمَّ يَجِىءُ مَلَكُ الْمَوْتِ عَلَيْهِ السَّلاَمُ حَتَّى يَجْلِسَ عِنْدَ رَأْسِهِ فَيَقُولُ أَيَّتُهَا النَّفْسُ الطَّيِّبَةُ اخْرُجِى إِلَى مَغْفِرَةٍ مِنَ اللَّهِ وَرِضْوَانٍ - قَالَ - فَتَخْرُجُ تَسِيلُ كَمَا تَسِيلُ الْقَطْرَةُ مِنْ فِى السِّقَاءِ فَيَأْخُذُهَا فَإِذَا أَخَذَهَا لَمْ يَدَعُوهَا فِى يَدِهِ طَرْفَةَ عَيْنٍ حَتَّى يَأْخُذُوهَا فَيَجْعَلُوهَا فِى ذَلِكَ الْكَفَنِ وَفِى ذَلِكَ الْحَنُوطِ وَيَخْرُجُ مِنْهَا كَأَطْيَبِ نَفْحَةِ مِسْكٍ وُجِدَتْ عَلَى وَجْهِ الأَرْضِ - قَالَ - فَيَصْعَدُونَ بِهَا فَلاَ يَمُرُّونَ - يَعْنِى بِهَا - عَلَى مَلأٍ مِنَ الْمَلاَئِكَةِ إِلاَّ قَالُوا مَا هَذَا الرُّوحُ الطَّيِّبُ فَيَقُولُونَ فُلاَنُ بْنُ فُلاَنٍ بِأَحْسَنِ أَسْمَائِهِ الَّتِى كَانُوا يُسَمُّونَهُ بِهَا فِى الدُّنْيَا حَتَّى يَنْتَهُوا بِهَا إِلَى السَّمَاءِ الدُّنْيَا فَيَسْتَفْتِحُونَ لَهُ فَيُفْتَحُ لَهُمْ فَيُشَيِّعُهُ مِنْ كُلِّ سَمَاءٍ مُقَرَّبُوهَا إِلَى السَّمَاءِ الَّتِى تَلِيهَا حَتَّى يُنْتَهَى بِهِ إِلَى السَّمَاءِ السَّابِعَةِ فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا كِتَابَ عَبْدِى فِى عِلِّيِّينَ وَأَعِيدُوهُ إِلَى الأَرْضِ فَإِنِّى مِنْهَا خَلَقْتُهُمْ وَفِيهَا أُعِيدُهُمْ وَمِنْهَا أُخْرِجُهُمْ تَارَةً أُخْرَى - قَالَ - فَتُعَادُ رُوحُهُ فِى جَسَدِهِ فَيَأْتِيهِ مَلَكَانِ فَيُجْلِسَانِهِ فَيَقُولاَنَ لَهُ مَنْ رَبُّكَ فَيَقُولُ رَبِّىَ اللَّهُ. فَيَقُولاَنِ لَهُ مَا دِينُكَ فَيَقُولُ دِينِىَ الإِسْلاَمُ. فَيَقُولاَنِ لَهُ مَا هَذَا الرَّجُلُ الَّذِى بُعِثَ فِيكُمْ فَيَقُولُ هُوَ رَسُولُ اللَّهِ . فَيَقُولاَنِ لَهُ وَمَا عِلْمُكَ فَيَقُولُ قَرَأْتُ كِتَابَ اللَّهِ فَآمَنْتُ بِهِ وَصَدَّقْتُ . فَيُنَادِى مُنَادٍ فِى السَّمَاءِ أَنْ صَدَقَ عَبْدِى فَأَفْرِشُوهُ مِنَ الْجَنَّةِ وَأَلْبِسُوهُ مِنَ الْجَنَّةِ وَافْتَحُوا لَهُ بَاباً إِلَى الْجَنَّةِ - قَالَ - فَيَأْتِيهِ مِنْ رَوْحِهَا وَطِيبِهَا وَيُفْسَحُ لَهُ فِى قَبْرِهِ مَدَّ بَصَرِهِ - قَالَ - وَيَأْتِيهِ رَجُلٌ حَسَنُ الْوَجْهِ حَسَنُ الثِّيَابِ طَيِّبُ الرِّيحِ فَيَقُولُ أَبْشِرْ بِالَّذِى يَسُرُّكَ هَذَا يَوْمُكَ الَّذِى كُنْتَ تُوعَدُ فَيَقُولُ لَهُ مَنْ أَنْتَ فَوَجْهُكَ الْوَجْهُ يَجِىءُ بِالْخَيْرِ فَيَقُولُ أَنَا عَمَلُكَ الصَّالِحُ. فَيَقُولُ رَبِّ أَقِمِ السَّاعَةَ حَتَّى أَرْجِعَ إِلَى أَهْلِى وَمَالِى. قَالَ وَإِنَّ الْعَبْدَ الْكَافِرَ إِذَا كَانَ فِى انْقِطَاعٍ مِنَ الدُّنْيَا وَإِقْبَالٍ مِنَ الآخِرَةِ نَزَلَ إِلَيْهِ مِنَ السَّمَاءِ مَلاَئِكَةٌ سُودُ الْوُجُوهِ مَعَهُمُ الْمُسُوحُ فَيَجْلِسُونَ مِنْهُ مَدَّ الْبَصَرِ ثُمَّ يَجِىءُ مَلَكُ الْمَوْتِ حَتَّى يَجْلِسَ عِنْدَ رَأْسِهِ فَيَقُولُ أَيَّتُهَا النَّفْسُ الْخَبِيثَةُ اخْرُجِى إِلَى سَخَطٍ مِنَ اللَّهِ وَغَضَبٍ - قَالَ - فَتُفَرَّقُ فِى جَسَدِهِ فَيَنْتَزِعُهَا كَمَا يُنْتَزَعُ السَّفُّودُ مِنَ الصُّوفِ الْمَبْلُولِ فَيَأْخُذُهَا فَإِذَا أَخَذَهَا لَمْ يَدَعُوهَا فِى يَدِهِ طَرْفَةَ عَيْنٍ حَتَّى يَجْعَلُوهَا فِى تِلْكَ الْمُسُوحِ وَيَخْرُجُ مِنْهَا كَأَنْتَنِ رِيحِ جِيفَةٍ وُجِدَتْ عَلَى وَجْهِ الأَرْضِ فَيَصْعَدُونَ بِهَا فَلاَ يَمُرُّونَ بِهَا عَلَى مَلأٍ مِنَ الْمَلاَئِكَةِ إِلاَّ قَالُوا مَا هَذَا الرُّوحُ الْخَبِيثُ فَيَقُولُونَ فُلاَنُ بْنُ فُلاَنٍ بِأَقْبَحِ أَسْمَائِهِ الَّتِى كَانَ يُسَمَّى بِهَا فِى الدُّنْيَا حَتَّى يُنْتَهَى بِهِ إِلَى السَّمَاءِ الدُّنْيَا فَيُسْتَفْتَحُ لَهُ فَلاَ يُفْتَحُ لَهُ». ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ﴿لاَ تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاءِ وَلاَ يَدْخُلُونَ الْجَنَّةَ حَتَّى يَلِجَ الْجَمَلُ فِى سَمِّ الْخِيَاطِ﴾ «فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ اكْتُبُوا كِتَابَهُ فِى سِجِّينٍ فِى الأَرْضِ السُّفْلَى فَتُطْرَحُ رُوحُهُ طَرْحاً». ثُمَّ قَرَأَ ﴿وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِى بِهِ الرِّيحُ فِى مَكَانٍ سَحِيقٍ﴾ «فَتُعَادُ رُوحُهُ فِى جَسَدِهِ وَيَأْتِيهِ مَلَكَانِ فَيُجْلِسَانِهِ فَيَقُولاَنِ لَهُ مَنْ رَبُّكَ فَيَقُولُ هَاهْ هَاهْ لاَ أَدْرِى. فَيَقُولاَنِ لَهُ مَا دِينُكَ فَيَقُولُ هَاهْ هَاهْ لاَ أَدْرِى. فَيَقُولاَنِ لَهُ مَا هَذَا الرَّجُلُ الَّذِى بُعِثَ فِيكُمْ فَيَقُولُ هَاهْ هَاهْ لاَ أَدْرِى. فَيُنَادِى مُنَادٍ مِنَ السَّمَاءِ أَنْ كَذَبَ فَافْرِشُوا لَهُ مِنَ النَّارِ وَافْتَحُوا لَهُ بَاباً إِلَى النَّارِ فَيَأْتِيهِ مِنْ حَرِّهَا وَسَمُومِهَا وَيُضَيَّقُ عَلَيْهِ قَبْرُهُ حَتَّى تَخْتَلِفَ فِيهِ أَضْلاَعُهُ وَيَأْتِيهِ رَجُلٌ قَبِيحُ الْوَجْهِ قَبِيحُ الثِّيَابِ مُنْتِنُ الرِّيحِ فَيَقُولُ أَبْشِرْ بِالَّذِى يَسُوءُكَ هَذَا يَوْمُكَ الَّذِى كُنْتَ تُوعَدُ. فَيَقُولُ مَنْ أَنْتَ فَوَجْهُكَ الْوَجْهُ يَجِىءُ بِالشَّرِّ فَيَقُولُ أَنَا عَمَلُكَ الْخَبِيثُ فَيَقُولُ رَبِّ لاَ تُقِمِ السَّاعَةَ»

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Biz Peyğəmbər ﷺ ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edirdik. Allah Elçisi ﷺ qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında oturduq. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün (oradan) çıx!” Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu gözəl ruh kimin ruhudur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edirlər və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, Allah ﷿ buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu yerə qaytarın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onu bədəninə qaytardıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar. O: “Rəbbim Allahdır!”- deyə cavab verir. Onlar: “Dinin nədir?”- deyə soruşurlar. O: “Dinim İslamdır!”- deyə cavab verir. Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar. O: “Bu, Allahın Elçisi ﷺ idi!”- deyə cavab verir. Onlar: “Həyatda ikən sən nə öyrəndin?”- deyə soruşurlar. O: “Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum”- deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!” Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst-başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır!”- deyə soruşur. O da: “Mən sənin yaxşı əməlinəm!”- deyə cavab verir. Onda mömin dua edib deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum”. Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özləri ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey yaramaz nəfs! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün (oradan) çıx!” Nəhayət, onun ruhu bədənindən tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu gişə bükürlər. Bundan sonra ondan yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu iyrənc ruh kimin ruhudur?”- deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”- deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edirlər, lakin onun qapıları açılmır. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “…Onlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər” (əl-Əraf, 40). Sonra o, rəvayətinə davam edib dedi: “(Allah buyurur): “Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onun ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: “Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar” (əl-Həcc, 31). Sonra o (rəvayətinə davam edib) dedi: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”- deyə soruşurlar. O mızıldanıb deyir: “M-mm… Bilmirəm!” Mələklər: “Dinin nədir?”- deyə soruşurlar. O deyir: “M-mm… Bilmirəm!” Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”- deyə soruşurlar. O, yenə mızıldanıb deyir: “M-mm… Bilmirəm!” Bu vaxt göydən belə bir səda gəlir: “O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın”. Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst-başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!”- deyə soruşur. O da: “Mən sənin yaramaz əməllərinəm!”- deyə cavab verir. Onda kafir yalvarıb deyir: “Allahım! Qoyma Qiyamət qopsun”.”

əl-Bəra ibn Azib
SəhihQüdsi hədislər, 181 (Kitab 13, 6)

Qeyd

Əhməd, 18557, 19038. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1676.

Fəsil 6

Quran möminin dərəcəsini artırır

عَنْ فَضَالَةَ بن عُبَيْدٍ ، وَتَمِيمٍ الدَّارِيِّ عن النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَرَأَ عَشْرَ آيَاتٍ فِي لَيْلَةٍ، كُتِبَ لَهُ قِنْطَارٌ، وَالْقِنْطَارُ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا، فَإِذَا كَانَ يَوْمَ الْقِيَامَةِ، يَقُولُ رَبُّكَ عَزَّ وَجَلَّ: اقْرَأْ وَارْقَ لِكُلِّ آيَةٍ دَرَجَةً، حَتَّى يَنْتَهِيَ إِلَى آخِرِ آيَةٍ مَعَهُ، يَقُولُ رَبُّكَ عَزَّ وَجَلَّ لِلْعَبْدِ: اقْبِضْ، فَيَقُولُ الْعَبْدُ بِيَدِهِ يَا رَبُّ أَنْتَ أَعْلَمُ، فَيَقُولُ بِهَذِهِ الْخُلْدَ، وَبِهَذِهِ النَّعِيمَ.

“Fədalə ibn Ubeyd və Təmim əd-Dari ﵄ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir gecədə on ayə oxuyarsa, ona bir qintar (savab) yazılar. Qintar dünya və onun içindəkilərindən daha xeyirlidir. Qiyamət günü gəldikdə, Rəbbin ﷿ buyuracaq: “Oxu və yüksəl! Hər bir ayəyə görə bir dərəcə vardır”. O da oxuduğu ayələrin sonuncusuna çatanda, Rəbbin həmin qula buyuracaq: “Götür!” Qul da əli ilə işarə edərək deyəcək: “Ya Rəbbim, (nəyi götürəcəyimi) Sən daha yaxşı bilirsən”. O da: “Bu əlinlə Əbədiyyət bağını, bu əlinlə isə Nəim bağını (götür!)”- deyə buyuracaq”.”

Fədalə ibn Ubeyd və Təmim əd-Dari
HəsənQüdsi hədislər, 182 (Kitab 13, 7)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 1239, 1253, 8451. Hədis həsəndir. Bax: Səhih Tərğib vət-Tərhib, 638.

Fəsil 7

Allah qarşısında üzrlü sayılanlar

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: يُؤْتَى بِأَرْبَعَةٍ يَوْمَ الْقِيَامَةِ: بِالْمَوْلُودِ، وَالْمَعْتُوهِ، وَمَنْ مَاتَ فِي الْفَتْرَةِ، وَالشَّيْخِ الْفَانِي، كُلُّهُمْ يَتَكَلَّمُ بِحُجَّتِهِ، فَيَقُولُ الرَّبَّ عَزَّ وَجَلَّ لِعُنُقٍ مِنَ النَّارِ: ابْرُزْ، فَيَقُولُ لَهُمْ: إِنِّي كُنْتُ بَعَثْتُ إِلَى عِبَادِي رُسُلاً مِنْ أَنْفُسِهِمْ، وَإِنِّي رَسُولُ نَفْسِي إِلَيْكُمُ ادْخُلُوا هَذِهِ، قَالَ: فَيَقُولُ مَنْ كُتِبَ عَلَيْهِ الشَّقَاءُ: يَا رَبِّ، أَنَّى نَدْخُلَهَا وَمِنْهَا كُنَّا نَفِرُّ، قَالَ: قَالَ: وَمَنْ كُتِبَ عَلَيْهِ السَّعَادَةُ يَمْضِي يَتقْحِمُ فِيهَا مُسْرِعًا قَالَ: فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنْتُمْ لِرُسُلِي أَشَدَّ تَكْذِيبًا وَمَعْصِيَةً، فَيُدْخِلُ هَؤُلاَءِ الْجَنَّةَ، وَهَؤُلاَءِ النَّارَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü dörd (qisim insan Allahın hüzuruna) gətiriləcək; uşaq, ağlını itirmiş, Fətra əhli və əldən düşmüş qoca. Onların hamısı özlərinə haqq qazandıracaqlar. Bu zaman Uca Allah oddan olan bir boyuna deyəcək: “Çıx!” Onlara isə buyuracaq: “Həqiqətən, Mən qullarıma öz aralarından bir elçi göndərmişdim və həqiqətən, Mən Özüm Özümün elçisiyəm, bura (oda) daxil olun!” Sonra kimə bədbəxtlik yazılmışsa, belə deyəcək: “Ya Rəbbim! Biz ondan qaçdığımız halda ora necə girək?!” Kimə xoşbəxtlik yazılmışsa, gedib qorxmadan tələsik ora atılacaq. Uca Allah buyuracaq: “Siz Mənim elçilərimi daha çox yalanlayan və onlara asi olanlarsınız”. Beləliklə, bunları Cəhənnəmə, o birilərini isə Cənnətə daxil edəcək”.”

Ənəs ibn Malik
SəhihQüdsi hədislər, 183 (Kitab 13, 8)

Qeyd

Əbu Yalə, 4224. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2468. Bu hədisi başqa bir hədis aydınlaşdırır. Belə ki, həmin hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Qiyamət günü heç nə eşitməyən kar kişi, dəli, düşkünlük çağına çatmış qoca kişi və fətra dövründə yaşayan bir kişi olacaq. Kar kişi deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsilən dövrdə yaşayan kişi deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər ﷺ dedi: “Muhəmmədin nəfsi əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (Əhməd, 16301, 16344, 16410; İbn Hibban, 7357. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 881).

Fəsil 8

Allahın qarşılaşmaq istədiyi şəxslər

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «قَالَ اللَّهُ إِذَا أَحَبَّ عَبْدِى لِقَائِى أَحْبَبْتُ لِقَاءَهُ، وَإِذَا كَرِهَ لِقَائِى كَرِهْتُ لِقَاءَهُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə demişdir: “Allah buyurur: “Qulum Mənimlə qarşılaşmaq istəsə, Mən də onunla qarşılaşmaq istəyərəm. O, Mənimlə qarşılaşmaq istəməsə, Mən də onunla qarşılaşmaq istəmərəm”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 184 (Kitab 13, 9)

Qeyd

əl-Buxari, 6950, 7065, 7504. Bu hədisdə deyilənlərin nə məna kəsb etməsi haqda başqa hədisdə belə deyilir: Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşılaşmaq istəməzsə, Allah da onunla qarşılaşmaq istəməz”. Aişə (və ya zövcələrindən biri) dedi: “Axı biz ölmək istəmirik?!” Peyğəmbər ﷺ buyurdu: “Söhbət bundan getmir. İş orasındadır ki, möminə ölüm yetişdiyi zaman ona müjdə verilir ki, Allah (ondan) razı qalmış və ona ehtiram göstərmişdir. Həmin an onun üçün qarşıda onu gözləyən (nemətdən) daha sevimli bir şey ola bilməz. Odur ki, o, Allahla qarşılaşmaq istəyir, Allah da onunla qarşılaşmaq istəyir. O ki qaldı kafirə, (ölüm) onu haqladığı zaman ona müjdə verilir ki, Allah onu əzaba düçar edəcək və onu cəzalandıracaqdır. Həmin an onun üçün qarşıda onu gözləyən (bəladan) daha pis bir şey ola bilməz. Odur ki, o Allahla qarşılaşmaq istəmir. Allah da onunla qarşılaşmaq istəmir”. (əl-Buxari, 6026, 6507).

Fəsil 9

Ölən müsəlman haqda şahidliklər

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا مِنْ مُسْلِمٍ يَموُتُ فَيَشْهَدُ لَهُ أَرْبَعَةُ أَهْلِ أَبْيَاتٍ مِنْ جِيرَانِهِ الأَدْنَيْنِ أَنَّهُمْ لاَ يَعْلَمُونَ إِلاَّ خَيْرًا إِلاَّ قَالَ الله قَدْ قَبِلْتُ عِلْمَكُمْ وَغَفَرْتُ لَهُ مَا لاَ تَعْلَمُونَ» ...«إِذَا صَلَّوا عَلَى جَنَازَةٍ فَأَثْنَوا خَيْراً، يَقُولُ الرَبُّ: أَجَزْتُ شَهَادَتهُمْ فِيْمَا يَعلَمُونَ، وَأَغْفِرُ لَهُ مَالاَ يَعْلَمُونَ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir müsəlman öldükdə, ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik edərlərsə, Allah belə buyurar: “Mən sizin bildiklərinizi qəbul etdim və sizin bilmədiklərinizi də ona bağışladım”. Digər rəvayətdə deyilir: “Bir cənazə xeyirlə yad edilirsə, Allah buyurur: “Onların bilib şahidlik etdiklərini qəbul etdim, bilmədiklərini isə ona bağışladım”.”

Ənəs ibn Malik
HəsənQüdsi hədislər, 185 (Kitab 13, 10)

Qeyd

əl-Buxari “Tarixul-Kəbir” 574. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 1364.

Fəsil 10

Dünyada və Axirətdə möminin günahlarının gizlədilməsi

عَنْ ابْنِ عُمَرَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ يُدْنِى الْمُؤْمِنَ فَيَضَعُ عَلَيْهِ كَنَفَهُ، وَيَسْتُرُهُ فَيَقُولُ أَتَعْرِفُ ذَنْبَ كَذَا أَتَعْرِفُ ذَنْبَ كَذَا فَيَقُولُ نَعَمْ أَىْ رَبِّ. حَتَّى إِذَا قَرَّرَهُ بِذُنُوبِهِ وَرَأَى فِى نَفْسِهِ أَنَّهُ هَلَكَ قَالَ سَتَرْتُهَا عَلَيْكَ فِى الدُّنْيَا، وَأَنَا أَغْفِرُهَا لَكَ الْيَوْمَ. فَيُعْطَى كِتَابَ حَسَنَاتِهِ، وَأَمَّا الْكَافِرُ وَالْمُنَافِقُونَ فَيَقُولُ ﴿الأَشْهَادُ هَؤُلاَءِ الَّذِينَ كَذَبُوا عَلَى رَبِّهِمْ، أَلاَ لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ﴾»

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, onu əhatə edib qoruyaraq soruşacaq: “Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?” Mömin: “Bəli, ya Rəbbim!”- deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə, Allah buyuracaq: “Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram”. Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə (onların əməllərinə) şahid olanlar: “Bunlar Rəbbinə iftira yaxanlardır”- deyəcəklər. Allahın lənəti olsun zalımlara!” (Hud, 18) deyəcəklər”.”

İbn Ömər
SəhihQüdsi hədislər, 186 (Kitab 13, 11)

Qeyd

əl-Buxari, 2261, 2441, 6960, 7514.

Fəsil 11

Borclu olana güzəşt edənin fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ رَجُلاً لَمْ يَعْمَلْ خَيْرًا قَطُّ وَكَانَ يُدَايِنُ النَّاسَ فَيَقُولُ لِرَسُولِهِ خُذْ مَا تَيَسَّرَ وَاتْرُكْ مَا عَسُرَ وَتَجَاوَزْ لَعَلَّ اللَّهَ تَعَالَى أَنْ يَتَجَاوَزَ عَنَّا فَلَمَّا هَلَكَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ لَهُ هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ قَالَ لاَ إِلاَّ أَنَّهُ كَانَ لِى غُلاَمٌ وَكُنْتُ أُدَايِنُ النَّاسَ فَإِذَا بَعَثْتُهُ لِيَتَقَاضَى قُلْتُ لَهُ خُذْ مَا تَيَسَّرَ وَاتْرُكْ مَا عَسُرَ وَتَجَاوَزْ لَعَلَّ اللَّهَ يَتَجَاوَزُ عَنَّا. قَالَ اللَّهُ تَعَالَى قَدْ تَجَاوَزْتُ عَنْكَ» ...حُوسِبَ رَجُلٌ مِمَّنْ كَانَ قَبْلَكُمْ، فَلَمْ يُوجَدْ لَهُ مِنَ الْخَيْرِ إِلاَّ أَنَّهُ كَانَ رَجُلًا يُخَالِطُ النَّاسَ وَكَانَ مُوسِرًا، فَكَانَ يَأْمُرُ غِلْمَانَهُ أَنْ يَتَجَاوَزُوا عَنِ الْمُعْسِرِ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ: فَنَحْنُ أَحَقُّ بِذَلِكَ مِنْهُ، فَتَجَاوَزَ عَنْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun borcundan) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. O, öləndən sonra Allah ﷿ ondan soruşur: “Xeyir bir əməl etdinmi?” O deyir: “Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndərəndə ona belə buyurardım: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun borcundan) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. Uca Allah buyurur: “Sənin (günahlarından) keçdim!” Digər rəvayətdə isə deyilir: “Sizdən əvvəl yaşayan insanlardan biri haqq-hesaba çəkildi, amma xeyirli bir iş gördüyü aşkar olunmadı. O, sadəcə insanlarla ünsiyyətdə olan zəngin bir adam olmuşdu. Bu adam öz xidmətçilərinə borcunu ödəyə bilməyən kimsəni bağışlamağı buyurarmış. Allah ﷿ da: “Biz bu adamı bağışlamağa ondan daha çox layiqik”– deyib onu bağışladı”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 187 (Kitab 13, 12)

Qeyd

Muslim, 1562, 2922, 4081; əl-Buxari “Ədəbul-Mufrad” 293.

Fəsil 12

Heç kəsin haqqı yerdə qalmaz

عَنْ أَبِى هُرَيْرَةَ أن رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: يَقْضِي اللهُ بَينَ خَلْقِهِ الجِنِّ والإنْسِ وَالْبَهائمِ، فإنَّهُ لَيَقِيدُ يَوْمَئِذٍ لِلْجَمَّاءِ مِنْ القرناء، حتى إذَا لَمْ يَبْقَ تَبِعَةٌ عِنْدَ وَاحِدةٍ لأخْرَى قال اللهُ: كُونُوا تُرَابًا، فَعِنْدَ ذلكَ يَقُولُ الكافِرُ: ﴿يا لَيْتَني كُنْتُ تُرَابًا﴾

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm verəcək və o gün, hətta buynuzlu ilə buynuzsuz heyvanlar arasında da hökm verəcək. Birinin digəri üzərində haqqı qalmadıqda, Allah deyəcək: “Torpaq olun!” Elə bu zaman kafir deyəcək: “Kaş mən torpaq olaydım!” (ən-Nəbə, 40)”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 188 (Kitab 13, 13)

Qeyd

ət-Tabəri, 36498. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1966.

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ، قَالَ: بَلَغَنِي حَدِيثٌ عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، سَمِعَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْقِصَاصِ لَمْ أَسْمَعْهُ، فَابْتَعْتُ بَعِيرًا، فَشَدَدْتُ عَلَيْهِ رَحْلِي، ثُمَّ سِرْتُ إِلَيْهِ شَهْرًا حَتَّى قَدِمْتُ مِصْرَ، فَأَتَيْتُ عَبْدَ اللهِ بْنَ أُنَيْسٍ، فَقُلْتُ لِلْبَوَّابِ قُلْ لَهُ: جَابِرٌ عَلَى الْبَابِ فَقَالَ: ابْنُ عَبْدِ اللهِ؟ قُلْتُ: نَعَمْ، فَأَتَاهُ فَأَخْبَرَهُ، فَقَامَ يَطَأُ ثَوْبَهُ حَتَّى خَرَجَ إِلَيَّ، فَاعْتَنَقَنِي وَاعْتَنَقْتُهُ، فَقُلْتُ لَهُ: حَدِيثٌ بَلَغَنِي عَنْكَ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَمْ أَسْمَعْهُ فِي الْقِصَاصِ، فَخَشِيتُ أَنْ أَمُوتَ أَوْ تَمُوتَ قَبْلَ أَنْ أَسْمَعَهُ، فَقَالَ عَبْدُ اللهِ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: يَحْشُرُ اللَّهُ تَعَالَى الْعِبَادَ، أَوْ قَالَ النَّاسَ، عُرَاةً بُهْمًا قَالَ: قُلْنَا مَا بُهْمًا؟، قَالَ: لَيْسَ مَعَهُمْ شَيْءٌ، ثُمَّ يُنَادِيهِمْ، فَذَكَرَ كَلِمَةً أَرَادَ بِهَا نِدَاءً يَسْمَعُهُ مَنْ بَعُدَ كَمَا يَسْمَعُهُ مَنْ قَرُبَ: أَنَا الْمَلِكُ، أَخْبَرَنَا )أَنَا( الدَّيَّانُ لا يَنْبَغِي لأَحَدٍ مِنْ أَهْلِ الْجَنَّةِ أَنْ يَدْخُلَ الْجَنَّةَ، وَلا يَنْبَغِي لأَحَدٍ مِنْ أَهْلِ النَّارِ أَنْ يَدْخُلَ النَّارَ وَعِنْدَهُ مَظْلَمَةٌ حَتَّى أَقُصَّهُ مِنْهُ حَتَّى اللَّطْمَةُ وَقَالَ: قُلْنَا: كَيْفَ وَإِنَّمَا نَأْتِي اللَّهَ تَعَالَى غُرْلا بُهْمًا ؟ قَالَ: بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، قَالَ: وَتَلا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ﴿الْيَوْمَ تُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمَ الْيَوْمَ﴾

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ səhabələrindən birinin ondan qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini biləndə, bir dəvə aldım və yola götürəcəyim azuqəmi ona yüklədim. Sonra (ona minib) bir ay yol getdim. Nəhayət, gəlib Misirə çatdım. Mən Abdullah ibn Uneysin evinə gəlib qapıda duran gözətçiyə dedim: “Abdullaha de ki, Cabir qapıda gözləyir!” Gözətçi: “Abdullahın oğlu (Cabir)?”- deyə soruşdu. Mən: “Bəli!”- dedim. O, gedib Abdullaha xəbər verdi. Abdullah libasını geyinib bayıra çıxdı və biz qucaqlaşıb görüşdük. Mən ona dedim: “Sənin Peyğəmbərdən ﷺ qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini mənə xəbər verdilər və mən qorxdum ki, bu hədisi eşitməzdən əvvəl ikimizdən birimiz ölək”. Abdullah dedi: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Allah insanları lüt-üryan, sünnət olunmamış halda və buhm vəziyyətində məhşərə toplayacaq”. Biz: “Buhm nədir?”- deyə soruşduq. O buyurdu: “Onların heç nəyi olmayacaq. Sonra onları, yaxında və uzaqda olan hər kəsin eşidə biləcəyi uca bir səslə çağırıb deyəcək: “Mənəm Hökmdar! Mənəm haqq-hesab çəkən! Cənnət əhlindən haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cənnətə girə bilməz. Həmçinin Cəhənnəm əhlindən haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cəhənnəmə girə bilməz. (Onlar) bir şillənin (belə qisasını alacaqlar)”. Biz dedik: “Bu necə ola bilər? Axı biz Allahın hüzuruna sünnət olunmamış halda, heç nəsiz gələcəyik”. Allah Elçisi ﷺ: “Savablar və günahlarla”- deyib, bu ayəni oxudu: “Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz” (Ğafir, 17)”.”

Cabir ibn Abdullah
HəsənQüdsi hədislər, 189 (Kitab 13, 14)

Qeyd

əl-Hakim, 3638; əl-Buxari “Ədəbul-Mufrad” 970. Hədis həsəndir. Bax: Səhih Tərğib vət-Tərhib, 3068.

Fəsil 13

Haqsız yerə adam öldürməyin günahı

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَجِىءُ الرَّجُلُ آخِذًا بِيَدِ الرَّجُلِ فَيَقُولُ يَا رَبِّ هَذَا قَتَلَنِى. فَيَقُولُ اللَّهُ لَهُ لِمَ قَتَلْتَهُ فَيَقُولُ قَتَلْتُهُ لِتَكُونَ الْعِزَّةُ لَكَ. فَيَقُولُ فَإِنَّهَا لِى. وَيَجِىءُ الرَّجُلُ آخِذًا بِيَدِ الرَّجُلِ فَيَقُولُ إِنَّ هَذَا قَتَلَنِى. فَيَقُولُ اللَّهُ لَهُ لِمَ قَتَلْتَهُ فَيَقُولُ لِتَكُونَ الْعِزَّةُ لِفُلاَنٍ فَيَقُولُ إِنَّهَا لَيْسَتْ لِفُلاَنٍ فَيَبُوءُ بِإِثْمِهِ»

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Öldürülən Qiyamət günü qatilinin əlindən tutaraq gəlib deyəcək: “Ya Rəbbim, bu məni öldürdü”. Allah ona deyəcək: “Onu nə üçün öldürdün?” Qatil deyəcək: “Onu izzət Sənin olsun deyə öldürdüm”. Allah deyəcək: “Həqiqətən, (izzət) Mənə məxsusdur”. Başqa bir öldürülmüş insan qatilinin əlindən tutaraq gəlib deyəcək: ”Bu məni öldürdü”. Allah ona deyəcək: “Onu nə üçün öldürdün?” Qatil deyəcək: “İzzət filankəsə məxsus olsun deyə öldürdüm”. Allah deyəcək: “İzzət ona məxsus deyil. Öldürülənin günahlarını ona yükləyin!””

Abdullah ibn Məsud
SəhihQüdsi hədislər, 190 (Kitab 13, 15)

Qeyd

ən-Nəsəi “Sunən” 3932, 3997, 4011. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2698.

Fəsil 14

Mizan tərəzi haqda

عَنْ سَلْمَان عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «يُوْضَع الْمِيزَان يَوْم الْقِيَامَة فَلَوُ وُزِنَ فِيهِ السَّمَاوَات وَالأَرض لَوَسِعَت، فَتَقُولُ الْمَلاَئِكَة: يَا رَبِّ لِمَنْ يَزِن هَذَا؟ فَيَقُولُ اللهُ تَعَالَى: لِمَنْ شِئْت مِنْ خَلْقِي، فَتَقُولُ الْمَلاَئِكَة سُبْحَانَكَ مَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتِك، وَيُوضَع الصِّرَاط مِثلَ حَدِّ الْمَوسى فَتَقُولًُ الْمَلاَئِكَة: مَنْ تُجِيزُ عَلَى هَذَا؟ فَيَقُولُ مَنْ شِئْت مِن خَلْقِي فَيَقول: سُبْحَانَكَ مَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتك»

“Salman ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü mizan-tərəzi qoyulacaq, əgər göylərlə yer onda çəkilsəydi, onlar mütləq genişlənərdi. Mələklər deyəcəklər: “Ya Rəbb! Bu tərəzi kimin üçündür?” Uca Allah buyuracaq: “Yaratdıqlarımdan istədiyim kimsə üçün”. Mələklər deyəcəklər: “Sən pak və müqəddəssən! Biz Sənə layiqincə ibadət etmədik”. Sirat körpüsü ülgücün tiyəsi kimi qoyulacaq və mələklər deyəcəklər: “Sən bunun üzərindən (keçməyə) kimə icazə verəcəksən?” Allah buyuracaq: “Yaratdıqlarımdan istədiyimə”. Mələklər deyəcəklər: “Sən pak və müqəddəssən! Biz Sənə layiqincə ibadət etmədik”.”

Salman
SəhihQüdsi hədislər, 191 (Kitab 13, 16)

Qeyd

əl-Hakim, 8739. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 941.

Fəsil 15

Dünyada nemət içində yaşayan kafirin Axirətdəki əzabı

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُؤْتَى بِأَنْعَمِ أَهْلِ الدُّنْيَا مِنْ أَهْلِ النَّارِ يَوْمَ الْقِيَامَةِ فَيُصْبَغُ فِى النَّارِ صَبْغَةً ثُمَّ يُقَالُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ خَيْرًا قَطُّ هَلْ مَرَّ بِكَ نَعِيمٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ. وَيُؤْتَى بِأَشَدِّ النَّاسِ بُؤْسًا فِى الدُّنْيَا مِنْ أَهْلِ الْجَنَّةِ فَيُصْبَغُ صَبْغَةً فِى الْجَنَّةِ فَيُقَالُ لَهُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ بُؤْسًا قَطُّ هَلْ مَرَّ بِكَ شِدَّةٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ مَا مَرَّ بِى بُؤُسٌ قَطُّ وَلاَ رَأَيْتُ شِدَّةً قَطُّ»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və bir dəfə oda salınacaq. Sonra ona deyiləcək: “Ey Adəm övladı! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əhlindən olan, dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və bir dəfə Cənnətə salınacaq. Ona deyiləcək: “Ey Adəm övladı! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəlmədi və bir sıxıntı da görmədim”- deyəcək”.”

Ənəs ibn Malik
SəhihQüdsi hədislər, 192 (Kitab 13, 17)

Qeyd

Muslim, 2807, 5021, 7266.

Fəsil 16

Qiyamət günü insanın orqanlarının şahidlik etməsi

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ «هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ فِى الظَّهِيرَةِ لَيْسَتْ فِى سَحَابَةٍ». قَالُوا لاَ. قَالَ «فَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ لَيْسَ فِى سَحَابَةٍ». قَالُوا لاَ. قَالَ «فَوَالَّذِى نَفْسِى بِيَدِهِ لاَ تُضَارُّونَ فِى رُؤْيَةِ رَبِّكُمْ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا - قَالَ - فَيَلْقَى الْعَبْدَ فَيَقُولُ أَىْ فُلْ أَلَمْ أُكْرِمْكَ وَأُسَوِّدْكَ وَأُزَوِّجْكَ وَأُسَخِّرْ لَكَ الْخَيْلَ وَالإِبِلَ وَأَذَرْكَ تَرْأَسُ وَتَرْبَعُ فَيَقُولُ بَلَى. قَالَ فَيَقُولُ أَفَظَنَنْتَ أَنَّكَ مُلاَقِىَّ فَيَقُولُ لاَ. فَيَقُولُ فَإِنِّى أَنْسَاكَ كَمَا نَسِيتَنِى. ثُمَّ يَلْقَى الثَّانِىَ فَيَقُولُ أَىْ فُلْ أَلَمْ أُكْرِمْكَ وَأُسَوِّدْكَ وَأُزَوِّجْكَ وَأُسَخِّرْ لَكَ الْخَيْلَ وَالإِبِلَ وَأَذَرْكَ تَرْأَسُ وَتَرْبَعُ فَيَقُولُ بَلَى أَىْ رَبِّ. فَيَقُولُ أَفَظَنَنْتَ أَنَّكَ مُلاَقِىَّ فَيَقُولُ لاَ. فَيَقُولُ فَإِنِّى أَنْسَاكَ كَمَا نَسِيتَنِى. ثُمَّ يَلْقَى الثَّالِثَ فَيَقُولُ لَهُ مِثْلَ ذَلِكَ فَيَقُولُ يَا رَبِّ آمَنْتُ بِكَ وَبِكِتَابِكَ وَبِرُسُلِكَ وَصَلَّيْتُ وَصُمْتُ وَتَصَدَّقْتُ. وَيُثْنِى بِخَيْرٍ مَا اسْتَطَاعَ فَيَقُولُ هَا هُنَا إِذًا - قَالَ - ثُمَّ يُقَالُ لَهُ الآنَ نَبْعَثُ شَاهِدَنَا عَلَيْكَ. وَيَتَفَكَّرُ فِى نَفْسِهِ مَنْ ذَا الَّذِى يَشْهَدُ عَلَىَّ فَيُخْتَمُ عَلَى فِيهِ وَيُقَالُ لِفَخِذِهِ وَلَحْمِهِ وَعِظَامِهِ انْطِقِى فَتَنْطِقُ فَخِذُهُ وَلَحْمُهُ وَعِظَامُهُ بِعَمَلِهِ وَذَلِكَ لِيُعْذِرَ مِنْ نَفْسِهِ. وَذَلِكَ الْمُنَافِقُ وَذَلِكَ الَّذِى يَسْخَطُ اللَّهُ عَلَيْهِ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Soruşdular: “Ey Allahın Elçisi, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ soruşdu: “Məgər günorta, (günün qabağını) bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nə isə mane olurmu?” Onlar: “Xeyr”- dedilər. O soruşdu: “Məgər sizə on dördüncü gecədə, (ayın qabağını) bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nə isə mane olurmu?” Onlar: “Xeyr”- dedilər. O buyurdu: “Canım Əlində olan Allaha and olsun ki, onlardan birini görməyə sizə heç bir şey mane olmadığı kimi Rəbbinizi də görməyə heç bir şey mane olmayacaq. Qiyamət günü Allah bir qul ilə görüşəcək və ondan soruşacaq: “Ey filankəs, Mən səni (başqalarından) üstün etmədimmi? Sənə hakimiyyət vermədimmi? Sənə evlilik nəsib etmədimmi? At və dəvəni sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?” Qul: “Bəli”- deyə cavab verəcək. Allah soruşacaq: “Mənimlə görüşəcəyini bilirdin?” Qul: “Xeyr”- deyə cavab verəcək. Allah buyuracaq: “Məni unutduğun kimi, Mən də səni unuduram”. Sonra ikinci bir qul ilə görüşəcək və ondan soruşacaq: “Ey filankəs, Mən səni (başqalarından) üstün etmədim? Sənə hakimiyyət vermədim? Sənə evlilik nəsib etmədim? At və dəvəni sənin ixtiyarına vermədim? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?” Qul: “Bəli”- deyə cavab verəcək. Allah soruşacaq: “Mənimlə görüşəcəyini bilirdin?” Qul: “Xeyr”- deyə cavab verəcək. Allah buyuracaq: “Məni unutduğun kimi, Mən də səni unuduram”. Sonra Allah üçüncü bir qul ilə görüşəcək və əvvəlkilərə dediklərini ona da söyləyəcəkdir. Qul: “Ya Rəbbim! Mən Sənə, Kitabına və Peyğəmbərlərinə iman etdim, namaz qıldım, oruc tutdum, sədəqə (zəkat) verdim”- deyəcək və bacardığı qədər yaxşılıqlarını sadalayacaqdır. Allah ona deyəcək: “Elə isə sən dur!” Sonra ona deyiləcək: “İndi sənin əleyhinə şahidimizi göndəririk”. O, öz-özlüyündə fikirləşəcək: “Görəsən mənim əleyhimə kim şahidlik edəcək?!” Bu zaman onun ağzına möhür vurulacaq. Buduna, ətinə və sümüklərinə: “Danışın!”- deyiləcək. Budu, əti və sümükləri də onun əməlləri haqqında danışacaq. Bu söylədikləri özünə üzrxahlıq qazanması üçündür. Bu, münafiqdir, bu, Allahın qəzəbinə düçar olan kimsədir!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 193 (Kitab 13, 18)

Qeyd

Muslim, 2968, 5270, 7628.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كُنَّا عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَضَحِكَ فَقَالَ «هَلْ تَدْرُونَ مِمَّ أَضْحَكُ». قَالَ قُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ «مِنْ مُخَاطَبَةِ الْعَبْدِ رَبَّهُ يَقُولُ يَا رَبِّ أَلَمْ تُجِرْنِى مِنَ الظُّلْمِ قَالَ يَقُولُ بَلَى. قَالَ فَيَقُولُ فَإِنِّى لاَ أُجِيزُ عَلَى نَفْسِى إِلاَّ شَاهِدًا مِنِّى قَالَ فَيَقُولُ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ شَهِيدًا وَبِالْكِرَامِ الْكَاتِبِينَ شُهُودًا - قَالَ - فَيُخْتَمُ عَلَى فِيهِ فَيُقَالُ لأَرْكَانِهِ انْطِقِى. قَالَ فَتَنْطِقُ بِأَعْمَالِهِ - قَالَ - ثُمَّ يُخَلَّى بَيْنَهُ وَبَيْنَ الْكَلاَمِ - قَالَ - فَيَقُولُ بُعْدًا لَكُنَّ وَسُحْقًا. فَعَنْكُنَّ كُنْتُ أُنَاضِلُ»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında olarkən o güldü və dedi: “Nəyə güldüyümü bilirsinizmi?” Biz: “Allah və Onun Elçisi daha yaxşı bilir!”- dedik. Allah Elçisi ﷺ buyurdu: “Bir qulun Rəbbinə belə müraciət etməsinə (gülürəm). Qul deyəcək: “Ya Rəbbim, məni zülmdən qorumadınmı?” Allah buyuracaq: “Bəli”. Qul deyəcək: “Bu gün mən əleyhimə özümdən başqa şahid qəbul etmirəm”. Allah buyuracaq: “Bu gün sənin öz əleyhinə şahidliyin və əməlləri yazan mələklərin də sənin əleyhinə şahidlik etmələri yetər”. Allah Elçisi ﷺ buyurdu: “Bundan sonra onun ağzı möhürlənəcək və əzalarına: “Danışın!”- deyiləcək. Əzaları da onun əməlləri haqqında danışacaqlar. Sonra ona (əzaları ilə) danışmasına icazə veriləcək və o, əzalarına deyəcək: “Rədd olun! Mən sizi müdafiə edirdim!””

Ənəs ibn Malik
SəhihQüdsi hədislər, 194 (Kitab 13, 19)

Qeyd

Muslim, 5271, 7629.

Fəsil 17

“Göylər isə Onun Əli ilə büküləcəkdir”- ayəsi haqda

عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ هَذِهِ الْآيَةَ ذَاتَ يَوْمٍ عَلَى الْمِنْبَرِ﴿ وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ ﴾وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ هَكَذَا بِيَدِهِ وَيُحَرِّكُهَا يُقْبِلُ بِهَا وَيُدْبِرُ يُمَجِّدُ الرَّبُّ نَفْسَهُ أَنَا الْجَبَّارُ أَنَا الْمُتَكَبِّرُ أَنَا الْمَلِكُ أَنَا الْعَزِيزُ أَنَا الْكَرِيمُ فَرَجَفَ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمِنْبَرُ حَتَّى قُلْنَا لَيَخِرَّنَّ بِه

“İbn Ömər ﵄ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ minbərin üzərində bu ayəni oxudu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67). Allah Elçisi ﷺ bu ayəni oxuyarkən əlini (yumruğunu) silkələyərək dedi: “Rəbb Özünü öyərək buyurur: “Mənəm Qadir (əl-Cəbbar), Mənəm Məğrur (əl-Mutəkəbbir), Mənəm Hökmdar (əl-Məlik), Mənəm Qüdrətli (əl-Əziz), Mənəm Səxavətli (əl-Kərim)”. Bu sözləri deyərkən minbər elə silkələndi ki, biz onun yıxılacağını güman etdik”.”

İbn Ömər
SəhihQüdsi hədislər, 195 (Kitab 13, 20)

Qeyd

Əhməd, 5157, 5414, 5542. Hədisin isnadı səhihdir. Bax: Silsilə əs-Səhihə, 3196.

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ: جَاءَ حَبْرٌ مِنْ الأَحْبَارِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا مُحَمَّدُ إِنَّا نَجِدُ أَنَّ اللَّهَ يَجْعَلُ السَّمَوَاتِ عَلَى إِصْبَعٍ وَالأَرَضِينَ عَلَى إِصْبَعٍ وَالشَّجَرَ عَلَى إِصْبَعٍ وَالْمَاءَ وَالثَّرَى عَلَى إِصْبَعٍ وَسَائِرَ الْخَلاَئِقِ عَلَى إِصْبَعٍ فَيَقُولُ أَنَا الْمَلِكُ فَضَحِكَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ تَصْدِيقًا لِقَوْلِ الْحَبْرِ ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: ﴿وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir dəfə Kitab əhlinin baş keşişlərindən biri Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Muhəmməd! Bizim bildiyimizə görə, Allah göyləri bir Barmağına, yerləri o biri Barmağına, ağacları digər bir Barmağına, suyu və torpağı bir başqa Barmağına, yerdə qalan məxluqatı da (yenə) başqa bir Barmağına yerləşdirmiş və: “Hökmdar Mənəm!”– deyə buyurmuşdur”. (Bunu eşidəndə) Peyğəmbər ﷺ (bu alimin) sözünü təsdiqləmək məqsədilə dişləri görünənədək güldü. Sonra da bu ayəni oxudu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67)”.”

Abdullah ibn Məsud
SəhihQüdsi hədislər, 196 (Kitab 13, 21)

Qeyd

əl-Buxari, 4437, 4811.

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «يَقْبِضُ اللَّهُ الأَرْضَ، وَيَطْوِى السَّمَوَاتِ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ أَنَا الْمَلِكُ، أَيْنَ مُلُوكُ الأَرْضِ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah yeri (bütünlüklə) Ovcuna alacaq, göyləri də sağ Əli ilə bükəcək, sonra da belə buyuracaq: “Mənəm Hökmdar! Hanı yer üzünün hökmdarları?!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 197 (Kitab 13, 22)

Qeyd

əl-Buxari, 4812, 6519, 6834, 7382.

أَخْبَرَنِى عَبْدُ اللَّهِ بْنُ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يَطْوِى اللَّهُ عَزَّ وَجَلَّ السَّمَوَاتِ يَوْمَ الْقِيَامَةِ ثُمَّ يَأْخُذُهُنَّ بِيَدِهِ الْيُمْنَى ثُمَّ يَقُولُ أَنَا الْمَلِكُ أَيْنَ الْجَبَّارُونَ أَيْنَ الْمُتَكَبِّرُونَ ثُمَّ يَطْوِى الأَرَضِينَ بِشِمَالِهِ ثُمَّ يَقُولُ أَنَا الْمَلِكُ أَيْنَ الْجَبَّارُونَ أَيْنَ الْمُتَكَبِّرُونَ»

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah ﷿ göyləri bükəcək, sonra onları sağ Əlinə götürəcək və deyəcək: “Mənəm Hökmdar! Hardadır lovğalar, hardadır təkəbbürlülər?!” Sonra sol Əli ilə yerləri bükəcək və deyəcək: “Mənəm Hökmdar! Hardadır lovğalar, hardadır təkəbbürlülər?!””

Abdullah ibn Ömər
SəhihQüdsi hədislər, 198 (Kitab 13, 23)

Qeyd

Muslim, 2788, 4995, 7228.

Fəsil 18

Qiyamət günü bəndənin nemətlər barəsində sorğu-sual edilməsi

عَنْ أَبِى هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِنَّ أَوَّلَ مَا يُسْأَلُ عَنْهُ يَوْمَ الْقِيَامَةِ يَعْنِى الْعَبْدَ مِنَ النَّعِيمِ أَنْ يُقَالَ لَهُ أَلَمْ نُصِحَّ لَكَ جِسْمَكَ وَنُرْوِيكَ مِنَ الْمَاءِ الْبَارِدِ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz ki, Qiyamət günü Allahın bəndədən nemətlər barəsində ilk olaraq soruşacağı: “Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?”- deməsidir”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 199 (Kitab 13, 24)

Qeyd

ət-Tirmizi, 3358, 3683. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 539; Mişkətul-Məsabih, 5169.

عَنْ أَبِى هُرَيْرَةَ وَعَنْ أَبِى سَعِيدٍ قَالاَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُؤْتَى بِالْعَبْدِ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ اللَّهُ لَهُ أَلَمْ أَجْعَلْ لَكَ سَمْعًا وَبَصَرًا وَمَالاً وَوَلَدًا وَسَخَّرْتُ لَكَ الأَنْعَامَ وَالْحَرْثَ وَتَرَكْتُكَ تَرْأَسُ وَتَرْبَعُ فَكُنْتَ تَظُنُّ أَنَّكَ مُلاَقِىَّ يَوْمَكَ هَذَا قَالَ فَيَقُولُ لاَ. فَيَقُولُ لَهُ الْيَوْمَ أَنْسَاكَ كَمَا نَسِيتَنِى»

“Əbu Hureyra və Əbu Səid ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü bir qul (Allahın hüzuruna) gətiriləcək və Allah ona deyəcək: “Sənə qulaq, göz, mal və övlad vermədim? Həmçinin heyvanları və əkin yerlərini sənin ixtiyarına vermədim? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədim? Bu gün Mənimlə görüşəcəyini bilirdin?” O: “Xeyr!”- deyə cavab verəcək. Allah ona deyəcək: “Məni unutduğun kimi, bu gün Mən də səni unuduram”.”

Əbu Hureyra və Əbu Səid
SəhihQüdsi hədislər, 200 (Kitab 13, 25)

Qeyd

ət-Tirmizi, 2428, 2615. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7997.

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنِّي مُمْسِكٌ بِحُجَزِكُمْ عَنِ النَّارِ هَلُمَّ عَنِ النَّارِ، وَتَغْلِبُونَنِي تَقَاحَمُونَ فيه تَقَاحُمَ الْفَرَاشِ أو الْجَنَادِبِ، فَأُوشِكُ أَنْ أُرْسِلَ بِحُجَزِكُمْ وَأَنَا فَرَطكُمْ عَلَى الْحَوْضِ فَتَرِدُونَ عَلَيَّ مَعًا وَأَشْتَاتًا فَأَعْرِفَكُمْ بِسِيمَاكُمْ وَأَسْمَائِكُمْ كَمَا يَعْرِفُ الرَّجُلُ الْغَرِيبَةَ مِنَ الإِبِلِ فِي إِبِلِهِ، وَيُذْهَبُ بِكُمْ ذَاتَ الشِّمَالِ وَأُنَاشِدُ فِيكُمْ رَبَّ العاليمن فَأَقُولُ: أي رَبِّ أُمَّتِي، فَيَقُولُ: يَا مُحَمَّدُ! إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ إنهم كَانُوا يَمْشُونَ بَعْدَكَ الْقَهْقَرَى عَلَى أَعْقَابِهِمْ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ شَاةً لَهَا ثُغَاءٌ فيُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ بَعِيرًا لَهُ رُغَاءٌ فيُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ فَرَسًا لَهُ حَمْحَمَةٌ ينادي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شيئا قَدْ بَلَّغْتُكَ. فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ سِقَاءً مِنْ أَدَمٍ يُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ".

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) mən sizin qurşağınızdan tutub Cəhənnəm odundan saxlayaraq belə deyəcəyəm: “Oddan bəri gəlin!” Siz də mənə məhəl qoymayıb kəpənəklər və ya şala cırcıramaları kimi odun içinə elə cumacaqsınız ki, mən də az qala qurşaqlarınızı buraxmış olacağam. Mən sizi hovuzun üzərində buraxacağam. Siz birlikdə və ayrı-ayrı mənim yanıma gətiriləcəksiniz. Bir insan dəvələrinin arasında yad dəvəni tanıdığı kimi mən də sizi simalarınızdan və adlarınızdan tanıyacağam. Siz sol tərəfə aparılacaqsınız. Mən sizdən ötrü aləmlərin Rəbbinə: “Ya Rəbbim, ümmətim!”- deyə yalvaracağam. O buyuracaq: “Ey Muhəmməd! Həqiqətən, sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər. Onlar səndən sonra geriyə dönərək dal-dala getdilər”. Qiyamət günü mən sizdən (qoyunlarının zəkatını verməyərək boynunda) mələyən bir qoyunla gələn kimsəni tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən (dəvələrinin zəkatını verməyərək boynunda) nərildəyən bir dəvəsi ilə gələn kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən (atlarının zəkatını verməyərək boynunda) kişnəyən bir atı ilə gələn kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən dəridən tuluq gəzdirən kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “Ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”.”

Ömər ibn əl-Xattab
SəhihQüdsi hədislər, 201 (Kitab 13, 26)

Qeyd

əl-Qadai “Musnəduş-Şihəb” 1050; İbn Həcər əl-Asqaləni “əl-Mətalibul-Aliyə” 2080. Hədis həsən səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 784; Silsilə əs-Səhihə, 2865. Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Qiyamət günü) dəvələr öz sahibinin yanına (dünyada) olduğundan daha gözəl görkəmdə gələcək. Əgər sahibi onlardan zəkat verməmişdisə, onu ayaqlarının altına alıb tapdalayacaqlar. Həmçinin qoyunlar da öz sahibinin yanına (dünyada) olduğundan daha gözəl görkəmdə gələcək. Əgər sahibi onlardan zəkat verməmişdisə, dırnaqları ilə onu tapdalayacaq və buynuzları ilə onu buynuzlayacaqlar. Bu heyvanların üzərindəki haqlardan biri də suvarıldıqları yerdə südünü sağmaq (və fağır-füqəraya verməkdir). Sizdən (qoyunlarının zəkatını) verməyən kimsə Qiyamət günü boynunda mələyən bir qoyunla gəlib deməsin: “(Kömək et,) ey Muhəmməd!” Çünki mən deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim.” Habelə boynunda nərildəyən bir dəvə ilə gəlib deməsin: “(Yardım et,) ey Muhəmməd!” Çünki mən deyəcəyəm: “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. (əl-Buxari, 1314, 1402). Digər rəvayətdə bu əlavə vardır: “...Yaxud boynunda qızıl və gümüşlə gəlib deməsin ki: “Ey Allahın Elçisi, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim”- deyəcəyəm. Yaxud boynunda parıldayan bir paltarla gəlib deməsin ki: “Ey Allahın Elçisi, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim”- deyəcəyəm”. (əl-Buxari, 2844, 3073).

Fəsil 19

Allah Qiyamət günü üç sinif insanı danışdırmayacaq

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ رَجُلٌ حَلَفَ عَلَى سِلْعَةٍ لَقَدْ أَعْطَى بِهَا أَكْثَرَ مِمَّا أَعْطَى وَهْوَ كَاذِبٌ، وَرَجُلٌ حَلَفَ عَلَى يَمِينٍ كَاذِبَةٍ بَعْدَ الْعَصْرِ لِيَقْتَطِعَ بِهَا مَالَ رَجُلٍ مُسْلِمٍ، وَرَجُلٌ مَنَعَ فَضْلَ مَاءٍ، فَيَقُولُ اللَّهُ الْيَوْمَ أَمْنَعُكَ فَضْلِى، كَمَا مَنَعْتَ فَضْلَ مَا لَمْ تَعْمَلْ يَدَاكَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq və üzlərinə baxmayacaqdır; müştəriyə yalandan and içib, guya satdığı mala onun verdiyi puldan daha çox pul verildiyini deyən kimsə; axşamçağı bayıra çıxıb bir müsəlmanın malını mənimsəmək məqsədilə yalandan and içən kimsə; (cürdəyində qalmış) artıq sudan başqalarına verməyən kimsə. Beləsinə Allah buyuracaq: “Sən əllərinlə yaratmadığın bir şeyin artığını başqasından əsirgədiyin kimi, bu gün də Mən Öz mərhəmətimi səndən əsirgəyəcəyəm!””

Əbu Hureyra
SəhihQüdsi hədislər, 202 (Kitab 13, 27)

Qeyd

əl-Buxari, 2369, 6892, 7446.

Fəsil 20

Qiyamət gününün bəzilərinə bir saat qədər qısa olması

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «تَجْتَمِعُونَ يَوْمَ الْقِيَامَةِ ، فَيُقَالُ: أَيْنَ فُقَرَاءُ هَذِهِ الأُمَّةِ وَمَسَاكِينَهَا، قَالَ: فَيَقُومُونَ ، فَيُقَالُ لَهُمْ: مَاذَا عَمِلْتُم؟ فَيَقُولُونَ: رَبَّنَا ابْتَلَيْتَنَا فَصَبَرنَا، وَآتَيْتَ الأَمْوُالَ وَالسُّلْطَانَ غَيْرَنَا، فَيَقُولُ اللهُ: صَدَقْتُمْ، قَالَ: فَيَدْخُلُونَ الْجَنَّةَ قَبْلَ النَّاسِ وَيَبْقَى شِدَّةُ الْحِسَابِ عَلَى ذَوُى الأَمْوَالِ وَالسُّلْطَانِ». قَالُوا: فَأَيْنَ الْمُؤْمِنُونُ يَومَئذْ؟ قَالَ: «يُوْضَعُ لَهُمْ كَرَاسِي مِنْ نُورٍ وَتُظَلَّلُ عَلَيْهِمُ الْغَمَامُ يَكُونُ ذَلِكَ الْيَوْمُ اقْصَرَ عَلَى الْمُؤْمِنِينَ مِنْ سَاعَةٍ مِنْ نَهَارٍ»

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: “Bu ümmətin kasıb və miskinləri hardadır?” Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: “Siz nə əməl etdiniz?” Onlar deyəcəklər: “Ya Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbir etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin”. Allah deyəcək: “Doğru söylədiniz!” Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Çətin sorğu-sual isə mal-dövlət və hakimiyyət sahibləri üçün qalacaq”. Səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “O gün (digər) möminlər harada olacaqlar?” O buyurdu: “Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatından da qısa olacaq”.”

Abdullah ibn Amr
HəsənQüdsi hədislər, 203 (Kitab 13, 28)

Qeyd

İbn Hibban, 7419; əl-Heysəmi “Məcməuz-Zəvaid” 18350. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3187, 3590.

Fəsil 21

“Hər kəs dünyada qulluq etdiyinə tabe olsun” hədisi

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ أُنَاسًا فِى زَمَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ، هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «نَعَمْ، هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ، ضَوْءٌ لَيْسَ فِيهَا سَحَابٌ». قَالُوا لاَ. قَالَ «وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ، ضَوْءٌ لَيْسَ فِيهَا سَحَابٌ». قَالُوا لاَ. قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ ﷿ يَوْمَ الْقِيَامَةِ، إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا، إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى مَنْ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ، بَرٌّ أَوْ فَاجِرٌ وَغُبَّرَاتُ أَهْلِ الْكِتَابِ، فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَنْ كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ، مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ، فَمَاذَا تَبْغُونَ فَقَالُوا عَطِشْنَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ أَلاَ تَرِدُونَ، فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ، يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ، ثُمَّ يُدْعَى النَّصَارَى، فَيُقَالُ لَهُمْ مَنْ كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ، مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَكَذَلِكَ مِثْلَ الأَوَّلِ، حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ أَوْ فَاجِرٍ، أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا، فَيُقَالُ مَاذَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا عَلَى أَفْقَرِ مَا كُنَّا إِلَيْهِمْ، وَلَمْ نُصَاحِبْهُمْ ، وَنَحْنُ نَنْتَظِرُ رَبَّنَا الَّذِى كُنَّا نَعْبُدُ. فَيَقُولُ أَنَا رَبُّكُمْ، فَيَقُولُونَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا. مَرَّتَيْنِ أَوْ ثَلاَثًا» «...فَيَقُولُونَ فَارَقْنَاهُمْ وَنَحْنُ أَحْوَجُ مِنَّا إِلَيْهِ الْيَوْمَ وَإِنَّا سَمِعْنَا مُنَادِيًا يُنَادِى لِيَلْحَقْ كُلُّ قَوْمٍ بِمَا كَانُوا يَعْبُدُونَ . وَإِنَّمَا نَنْتَظِرُ رَبَّنَا - قَالَ - فَيَأْتِيهِمُ الْجَبَّارُ. فَيَقُولُ أَنَا رَبُّكُمْ . فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. فَلاَ يُكَلِّمُهُ إِلاَّ الأَنْبِيَاءُ فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ تَعْرِفُونَهُ فَيَقُولُونَ السَّاقُ. فَيَكْشِفُ عَنْ سَاقِهِ فَيَسْجُدُ لَهُ كُلُّ مُؤْمِنٍ، وَيَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ رِيَاءً وَسُمْعَةً ، فَيَذْهَبُ كَيْمَا يَسْجُدَ فَيَعُودُ ظَهْرُهُ طَبَقًا وَاحِدًا، ثُمَّ يُؤْتَى بِالْجَسْرِ فَيُجْعَلُ بَيْنَ ظَهْرَىْ جَهَنَّمَ». قُلْنَا يَا رَسُولَ اللَّهِ وَمَا الْجَسْرُ قَالَ «مَدْحَضَةٌ مَزِلَّةٌ، عَلَيْهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكَةٌ مُفَلْطَحَةٌ، لَهَا شَوْكَةٌ عُقَيْفَاءُ تَكُونُ بِنَجْدٍ يُقَالُ لَهَا السَّعْدَانُ، الْمُؤْمِنُ عَلَيْهَا كَالطَّرْفِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ، فَنَاجٍ مُسَلَّمٌ وَنَاجٍ مَخْدُوشٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ، حَتَّى يَمُرَّ آخِرُهُمْ يُسْحَبُ سَحْبًا، فَمَا أَنْتُمْ بِأَشَدَّ لِى مُنَاشَدَةً فِى الْحَقِّ ، قَدْ تَبَيَّنَ لَكُمْ مِنَ الْمُؤْمِنِ يَوْمَئِذٍ لِلْجَبَّارِ، وَإِذَا رَأَوْا أَنَّهُمْ قَدْ نَجَوْا فِى إِخْوَانِهِمْ يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَعْمَلُونَ مَعَنَا. فَيَقُولُ اللَّهُ تَعَالَى اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ. وَيُحَرِّمُ اللَّهُ صُوَرَهُمْ عَلَى النَّارِ، فَيَأْتُونَهُمْ وَبَعْضُهُمْ قَدْ غَابَ فِى النَّارِ إِلَى قَدَمِهِ وَإِلَى أَنْصَافِ سَاقَيْهِ، فَيُخْرِجُونَ مَنْ عَرَفُوا، ثُمَّ يَعُودُونَ فَيَقُولُ اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ مَنْ عَرَفُوا، ثُمَّ يَعُودُونَ فَيَقُولُ اذْهَبُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ إِيمَانٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ مَنْ عَرَفُوا». قَالَ أَبُو سَعِيدٍ فَإِنْ لَمْ تُصَدِّقُونِى فَاقْرَءُوا ﴿إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا﴾ «فَيَشْفَعُ النَّبِيُّونَ وَالْمَلاَئِكَةُ وَالْمُؤْمِنُونَ فَيَقُولُ الْجَبَّارُ بَقِيَتْ شَفَاعَتِى. فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ أَقْوَامًا قَدِ امْتُحِشُوا، فَيُلْقَوْنَ فِى نَهَرٍ بِأَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ مَاءُ الْحَيَاةِ، فَيَنْبُتُونَ فِى حَافَتَيْهِ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ، قَدْ رَأَيْتُمُوهَا إِلَى جَانِبِ الصَّخْرَةِ إِلَى جَانِبِ الشَّجَرَةِ، فَمَا كَانَ إِلَى الشَّمْسِ مِنْهَا كَانَ أَخْضَرَ، وَمَا كَانَ مِنْهَا إِلَى الظِّلِّ كَانَ أَبْيَضَ، فَيَخْرُجُونَ كَأَنَّهُمُ اللُّؤْلُؤُ ، فَيُجْعَلُ فِى رِقَابِهِمُ الْخَوَاتِيمُ فَيَدْخُلُونَ الْجَنَّةَ فَيَقُولُ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ الرَّحْمَنِ أَدْخَلَهُمُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ. فَيُقَالُ لَهُمْ لَكُمْ مَا رَأَيْتُمْ وَمِثْلُهُ مَعَهُ»

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedilər: “Ey Allahın Elçisi, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Peyğəmbər ﷺ dedi: “Bəli, məgər sizə günortaüstü gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nəsə mane olurmu?” Onlar: “Xeyr!”- dedilər. Peyğəmbər ﷺ soruşdu: “Məgər sizə on dördüncü gecədə ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəsə mane olurmu?” Onlar: “Xeyr!”- dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi Allahı ﷿ da Qiyamət günü beləcə görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə - bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə ancaq Allaha ibadət edənlər, - xeyirxah, yaxud günahkar adamlar, - habelə Kitab əhlindən (peyğəmbərlərinə sadiq qalmış kimsələr) qalacaqdır. (O vaxt) yəhudiləri çağırıb onlardan soruşacaqlar: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”. (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və Cəhənnəmə düşəcəklər. Sonra xristianları çağırıb onlardan soruşacaqlar: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?”- deyə soruşulacaq və beləliklə də, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr - xeyirxah, yaxud günahkar adamlar qaldıqda, aləmlərin Rəbbi onların yanına bildikləri ən yaxın surətdə gələcək. Sonra onlara deyiləcək: “Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq. İndi isə biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar iki və ya üç dəfə: “Biz heç nəyi Allaha şərik qoşmuruq!”- deyəcəklər”. Digər rəvayətdə isə belə deyilir: “…Biz bir carçının: “Hər qövm vaxtı ilə ibadət etdiyi nə idisə, ona qovuşsun!”- səsləndiyini eşitdik. Ona görə biz Rəbbimizi gözləyirik”- deyirlər. Cabbar olan Allah meydanda qalan möminlərə ilk dəfə gördükləri, tanıdıqları surətdən başqa bir surətdə gələrək deyir: “Mən sizin Rəbbinizəm!” Onlar da: “Sən bizim Rəbbimizsən!”- deyirlər. Onunla peyğəmbərlərdən başqası danışmaz. Uca Allah buyurur: “Rəbbinizi tanımaq üçün aranızda bir əlamət vardırmı?” Deyirlər: “Baldır”. (Allah) baldırını açır və hər mömin Ona səcdə edir. Allaha riya və şöhrət üçün səcdə edənlər isə olduqları kimi qalırlar. Bunlar səcdə etmək istəyəcəklər, ancaq onurğa sümüklərinin oynaq yerləri bitişdiyi üçün səcdə edə bilməyəcəklər. Sonra Sirat körpüsü Cəhənnəmin üstündən qurulacaq”. Ravi deyir: “Ey Allahın Elçisi, körpü nədir?”- deyə soruşduq. Belə buyurdu: “Ayaqların sürüşdüyü bir yerdir ki, üzərində başları əyri dəmirdən çəngəllər, tikanlar, sərt, kəskin enli şeylər vardır. Bunların Nəcddə olan və sədan deyilən tikanlar kimi ucları qıvrıq, əyri tikanları vardır. Möminlərdən kimisi onun üzərindən göz qırpımı qədər zaman anında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi yaxşı cins at və dəvələr kimi sürətlə keçərlər. Bunların kimisi salamat olaraq qurtular. Kimisi dırmıqlar içində pərişan olaraq qalır. Kimisi də Cəhənnəm alovu içinə düşür. Nəhayət, sonuncuları sürünə-sürünə keçib qurtulurlar. Siz haqqı məndən çox axtaran deyilsiniz. O gün kimin Cabbar olan Allaha həqiqətən inandığını görəcəksiniz. Cənnətə girən möminlər saraylarında məskunlaşdıqdan sonra, müsəlman qardaşlarının bir qismini görmədikdə: “Ya Rəbbimiz! Onlar bizimlə birlikdə namaz qılır, oruc tutur, bizimlə birlikdə (hər cür yaxşı) işlər görürdülər”- deyəcəklər. Uca Allah: “Gedin, qəlbində dinar ağırlığında iman olanları Cəhənnəmdən çıxarın!”- buyuracaq. Allah bu möminlərin vücudlarını Cəhənnəmə haram edir. Möminlər Cəhənnəmdə yanan qardaşlarının yanına gəlirlər. Baxırlar ki, bunların kimisi topuqlarına qədər, kimisi ayaqlarına qədər Cəhənnəm alovuna batmışlar. Onlardan tanıdıqlarını tutub çıxararaq geri qayıdırlar. Uca Allah buyurur: “Gedin, qəlbində yarım dinar ağırlığında iman olanları çıxarın!” Cənnətdəki möminlər gəlib tanıdıqlarını çıxarıb qayıdırlar. Uca Allah yenə buyurur: “Gedin, qəlbində zərrə qədər imanı olanları çıxarın!” Onlar da gəlib tanıdıqlarını çıxaracaqlar”. Ravi Əbu Səid əl-Xudri deyir: “Mənə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar” (ən-Nisa, 40). Peyğəmbərlər, mələklər, möminlər şəfaət edirlər. Bundan sonra Cabbar olan Allah: “İndi növbə Mənim şəfaətimədir”- deyir və Cəhənnəmdən bir ovuc çıxarır. Buradan vücudları tamamilə yanmış insanları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya salınırlar. Bu çaya “Həyat suyu” deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxumları necə sürətlə bitərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac arasında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə baxan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılarkən ağlıq və parlaqlıq baxımından sanki mərcan kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağılar taxılır. Beləliklə, Cənnətə girirlər. Cənnətliklər bunlar haqqında deyirlər: “Bunlar ər-Rahmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur”. Bunlara: “Gördükləriniz və bir o qədəri sizindir”- deyilir”.”

Əbu Səid əl-Xudri
SəhihQüdsi hədislər, 204 (Kitab 13, 29)

Qeyd

əl-Buxari, 6886, 7439.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَجْمَعُ اللَّهُ النَّاسَ يَوْمَ الْقِيَامَةِ فِى صَعِيدٍ وَاحِدٍ ثُمَّ يَطَّلِعُ عَلَيْهِمْ رَبُّ الْعَالَمِينَ فَيَقُولُ أَلاَ يَتْبَعُ كُلُّ إِنْسَانٍ مَا كَانُوا يَعْبُدُونَهُ. فَيُمَثَّلُ لِصَاحِبِ الصَّلِيبِ صَلِيبُهُ وَلِصَاحِبِ التَّصَاوِيرِ تَصَاوِيرُهُ وَلِصَاحِبِ النَّارِ نَارُهُ فَيَتْبَعُونَ مَا كَانُوا يَعْبُدُونَ وَيَبْقَى الْمُسْلِمُونَ فَيَطَّلِعُ عَلَيْهِمْ رَبُّ الْعَالَمِينَ فَيَقُولُ أَلاَ تَتَّبِعُونَ النَّاسَ فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ نَعُوذُ بِاللَّهِ مِنْكَ اللَّهُ رَبُّنَا هَذَا مَكَانُنَا حَتَّى نَرَى رَبَّنَا. وَهُوَ يَأْمُرُهُمْ وَيُثَبِّتُهُمْ ثُمَّ يَتَوَارَى ثُمَّ يَطَّلِعُ فَيَقُولُ أَلاَ تَتَّبِعُونَ النَّاسَ فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ نَعُوذُ بِاللَّهِ مِنْكَ اللَّهُ رَبُّنَا وَهَذَا مَكَانُنَا حَتَّى نَرَى رَبَّنَا. وَهُوَ يَأْمُرُهُمْ وَيُثَبِّتُهُمْ». قَالُوا وَهَلْ نَرَاهُ يَا رَسُولَ اللَّهِ قَالَ «وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ «فَإِنَّكُمْ لاَ تُضَارُّونَ فِى رُؤْيَتِهِ تِلْكَ السَّاعَةَ ثُمَّ يَتَوَارَى ثُمَّ يَطَّلِعُ فَيُعَرِّفُهُمْ نَفْسَهُ ثُمَّ يَقُولُ أَنَا رَبُّكُمْ فَاتَّبِعُونِى. فَيَقُومُ الْمُسْلِمُونَ وَيُوضَعُ الصِّرَاطُ فَيَمُرُّونَ عَلَيْهِ مِثْلَ جِيَادِ الْخَيْلِ وَالرِّكَابِ وَقَوْلُهُمْ عَلَيْهِ سَلِّمْ سَلِّمْ. وَيَبْقَى أَهْلُ النَّارِ فَيُطْرَحُ مِنْهُمْ فِيهَا فَوْجٌ ثُمَّ يُقَالُ هَلِ امْتَلأْتِ فَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ. ثُمَّ يُطْرَحُ فِيهَا فَوْجٌ فَيُقَالُ هَلِ امْتَلأْتِ. فَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ. حَتَّى إِذَا أُوعِبُوا فِيهَا وَضَعَ الرَّحْمَنُ قَدَمَهُ فِيهَا وَأُزْوِىَ بَعْضُهَا إِلَى بَعْضٍ ثُمَّ قَالَ قَطْ قَالَتْ قَطْ قَطْ فَإِذَا أَدْخَلَ اللَّهُ أَهْلَ الْجَنَّةِ الْجَنَّةَ وَأَهْلَ النَّارِ النَّارَ قَالَ أُتِىَ بِالْمَوْتِ مُلَبَّبًا فَيُوقَفُ عَلَى السُّورِ الَّذِى بَيْنَ أَهْلِ الْجَنَّةِ وَأَهْلِ النَّارِ ثُمَّ يُقَالُ يَا أَهْلَ الْجَنَّةِ. فَيَطَّلِعُونَ خَائِفِينَ ثُمَّ يُقَالُ يَا أَهْلَ النَّارِ. فَيَطَّلِعُونَ مُسْتَبْشِرِينَ يَرْجُونَ الشَّفَاعَةَ فَيُقَالُ لأَهْلِ الْجَنَّةِ وَأَهْلِ النَّارِ هَلْ تَعْرِفُونَ هَذَا فَيَقُولُونَ هَؤُلاَءِ وَهَؤُلاَءِ قَدْ عَرَفْنَاهُ هُوَ الْمَوْتُ الَّذِى وُكِّلَ بِنَا. فَيُضْجَعُ فَيُذْبَحُ ذَبْحًا عَلَى السُّورِ الَّذِى بَيْنَ الْجَنَّةِ وَالنَّارِ ثُمَّ يُقَالُ يَا أَهْلَ الْجَنَّةِ خُلُودٌ لاَ مَوْتَ وَيَا أَهْلَ النَّارِ خُلُودٌ لاَ مَوْتَ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Allah insanları böyük bir meydanda toplayacaq və aləmlərin Rəbbi olan Allah onlara belə deyəcək: “Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun”. Bundan sonra xaça ibadət edənlər xaçı, bütə ibadət edənlər bütləri, oda ibadət edənlər də odu təmsil edəcək, beləcə onlar ibadət etdikləri bu şeylərə tabe olacaqlar. Geridə sadəcə müsəlmanlar qalacaq və aləmlərin Rəbbi olan Allah onlara belə buyuracaq: “Siz bu insanlara tabe olmayacaqsınızmı?” Onlar deyəcəklər: “Səndən Allaha sığınırıq, Səndən Allaha sığınırıq. Bizim Rəbbimiz Allahdır. Rəbbimizi görənə qədər bizim yerimiz bu yerdir”. Allah onlara əmr edərək onları sabitqədəm edəcək. Səhabələr: “Ey Allahın Elçisi, Allahı görəcəyikmi?”- deyə soruşdular. Allah Elçisi ﷺ soruşdu: “Aylı gecədə bədrlənmiş ayı görməkdə əziyyət çəkirsinizmi?” Səhabələr: “Xeyr”- dedilər. (Bundan sonra) Allah Elçisi ﷺ belə davam etdi: “Siz o gün Onu görməkdə heç bir çətinlik çəkməyəcəksiniz”. Sonra Allah o qullarının qarşısına çıxıb Özünü tanıdacaq və buyuracaq: “Mən sizin Rəbbinizəm, Mənə tabe olun!” Müsəlmanlar qalxaraq qurulan Siratn üzərindən sürətlə gedən at və dəvələr kimi keçəcək və: “Salamat et, salamat et!”- deyə dua edəcəklər. Axıra Cəhənnəm əhli qalacaq. Onlardan bir qrup Cəhənnəmə atıldıqdan sonra (Cəhənnəmə) belə deyiləcək: “Doldunmu?” Cəhənnəm də deyəcək: “Yenə varmı?” Sonra bir qrup da atılacaq və yenə: “Doldunmu?”- deyiləcək. Cəhənnəm: “Yenə varmı?”- deyəcək. Cəhənnəm əhlinin hamısı Cəhənnəmə dolduqda, ər-Rahmən (Allah) ayağını Cəhənnəmə qoyacaq və ondakılar bir-birlərinə sıxılacaq, sonra Allah: “Yetərmi?”- buyuracaq. Cəhənnəm də: “Yetər, yetər!”- deyəcək. Allah Cənnət əhlini Cənnətə, Cəhənnəm əhlini də Cəhənnəmə qoyduqda, ölüm (boynundan) dartılaraq gətiriləcək və Cənnət əhli ilə Cəhənnəm əhli arasında olan bir sədd üzərində qoyulacaq. Sonra: “Ey Cənnət əhli, (artıq) əbədilik var, ölüm yoxdur!”- deyiləcək. Sonra: “Ey Cəhənnəm əhli, (artıq) əbədilik var, ölüm yoxdur!”- deyiləcək”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 205 (Kitab 13, 30)

Qeyd

ət-Tirmizi, 2557, 2755. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8025.

Fəsil 22

Pis işlərdən çəkindirməməyin qınanması

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىَّ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ لَيَسْأَلُ الْعَبْدَ يَوْمَ الْقِيَامَةِ حَتَّى يَقُولَ مَا مَنَعَكَ إِذْ رَأَيْتَ الْمُنْكَرَ أَنْ تُنْكِرَهُ فَإِذَا لَقَّنَ اللَّهُ عَبْدًا حُجَّتَهُ قَالَ يَا رَبِّ رَجَوْتُكَ وَفَرِقْتُ مِنَ النَّاسِ»

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Qiyamət günü Allah qulu sorğu-sual edəcək, hətta belə buyuracaq: “Pis bir əməli gördükdə, onu inkar etməyə sənə nə mane oldu?” Allah qula dəlilini təlqin etdikdə, o deyəcək: “Ya Rəbbim! İnsanlardan qorxub, ümidimi Sənə bağladım!””

Əbu Səid əl-Xudri
HəsənQüdsi hədislər, 206 (Kitab 13, 31)

Qeyd

İbn Məcə, 4017, 4153. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 929.

Fəsil 23

Allah bir bəndədə iki qorxu və iki arxayınlığı cəm etməz

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْوِي ذَلِكَ عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ أَنَّهُ يَقُولُ: وَعِزَّتِي لَا أَجْمَعُ عَلَى عَبْدِي خَوْفَيْنِ وَأَمْنَيْنِ إِذَا خَافَنِي فِي الدُّنْيَا أَمَّنْتُهُ يَوْمَ الْقِيَامَةِ، وَإِذَا أَمِنَنِي فِي الدُّنْيَا أَخَفْتُهُ يَوْمَ الْقِيَامَةِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Rəbbindən ﷿ rəvayət edərək belə buyurur: “İzzətimə and olsun ki, Mən quluma eyni zamanda iki qorxu və iki arxayınlıq vermərəm. Əgər bu dünyada Məndən qorxarsa, Qiyamət günü ona arxayınlıq bəxş edərəm. Yox, əgər bu dünyada Məndən qorxmayıb arxayın yaşayarsa, Qiyamət günü onun canına vəlvələ salaram”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 207 (Kitab 13, 32)

Qeyd

İbn Hibban, 640. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2666.

Fəsil 24

Şəfaət haqda

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أُتِىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلَحْمٍ، فَرُفِعَ إِلَيْهِ الذِّرَاعُ، وَكَانَتْ تُعْجِبُهُ، فَنَهَسَ مِنْهَا نَهْسَةً ثُمَّ قَالَ «أَنَا سَيِّدُ النَّاسِ يَوْمَ الْقِيَامَةِ، وَهَلْ تَدْرُونَ مِمَّ ذَلِكَ يُجْمَعُ النَّاسُ الأَوَّلِينَ وَالآخِرِينَ فِى صَعِيدٍ وَاحِدٍ، يُسْمِعُهُمُ الدَّاعِى، وَيَنْفُذُهُمُ الْبَصَرُ، وَتَدْنُو الشَّمْسُ، فَيَبْلُغُ النَّاسَ مِنَ الْغَمِّ وَالْكَرْبِ مَا لاَ يُطِيقُونَ وَلاَ يَحْتَمِلُونَ فَيَقُولُ النَّاسُ أَلاَ تَرَوْنَ مَا قَدْ بَلَغَكُمْ أَلاَ تَنْظُرُونَ مَنْ يَشْفَعُ لَكُمْ إِلَى رَبِّكُمْ فَيَقُولُ بَعْضُ النَّاسِ لِبَعْضٍ عَلَيْكُمْ بِآدَمَ فَيَأْتُونَ آدَمَ عَلَيْهِ السَّلاَمُ فَيَقُولُونَ لَهُ أَنْتَ أَبُو الْبَشَرِ خَلَقَكَ اللَّهُ بِيَدِهِ. وَنَفَخَ فِيكَ مِنْ رُوحِهِ، وَأَمَرَ الْمَلاَئِكَةَ فَسَجَدُوا لَكَ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ أَلاَ تَرَى إِلَى مَا قَدْ بَلَغَنَا فَيَقُولُ آدَمُ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنَّهُ نَهَانِى عَنِ الشَّجَرَةِ فَعَصَيْتُهُ، نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى، اذْهَبُوا إِلَى نُوحٍ، فَيَأْتُونَ نُوحًا فَيَقُولُونَ يَا نُوحُ إِنَّكَ أَنْتَ أَوَّلُ الرُّسُلِ إِلَى أَهْلِ الأَرْضِ، وَقَدْ سَمَّاكَ اللَّهُ عَبْدًا شَكُورًا اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ إِنَّ رَبِّى عَزَّ وَجَلَّ قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنَّهُ قَدْ كَانَتْ لِى دَعْوَةٌ دَعَوْتُهَا عَلَى قَوْمِى نَفْسِى نَفْسِى نَفْسِى اذْهَبُوا إِلَى غَيْرِى، اذْهَبُوا إِلَى إِبْرَاهِيمَ، فَيَأْتُونَ إِبْرَاهِيمَ، فَيَقُولُونَ يَا إِبْرَاهِيمُ، أَنْتَ نَبِىُّ اللَّهِ وَخَلِيلُهُ مِنْ أَهْلِ الأَرْضِ اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ لَهُمْ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنِّى قَدْ كُنْتُ كَذَبْتُ ثَلاَثَ كَذَبَاتٍ - فَذَكَرَهُنَّ أَبُو حَيَّانَ فِى الْحَدِيثِ - نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى مُوسَى، فَيَأْتُونَ مُوسَى، فَيَقُولُونَ يَا مُوسَى أَنْتَ رَسُولُ اللَّهِ، فَضَّلَكَ اللَّهُ بِرِسَالَتِهِ وَبِكَلاَمِهِ عَلَى النَّاسِ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ، وَإِنِّى قَدْ قَتَلْتُ نَفْسًا لَمْ أُومَرْ بِقَتْلِهَا، نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى، اذْهَبُوا إِلَى عِيسَى، فَيَأْتُونَ عِيسَى فَيَقُولُونَ يَا عِيسَى أَنْتَ رَسُولُ اللَّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ، وَكَلَّمْتَ النَّاسَ فِى الْمَهْدِ صَبِيًّا اشْفَعْ لَنَا أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَيَقُولُ عِيسَى إِنَّ رَبِّى قَدْ غَضِبَ الْيَوْمَ غَضَبًا لَمْ يَغْضَبْ قَبْلَهُ مِثْلَهُ، وَلَنْ يَغْضَبَ بَعْدَهُ مِثْلَهُ - وَلَمْ يَذْكُرْ ذَنْبًا - نَفْسِى نَفْسِى نَفْسِى، اذْهَبُوا إِلَى غَيْرِى اذْهَبُوا إِلَى مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَأْتُونَ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَقُولُونَ يَا مُحَمَّدُ أَنْتَ رَسُولُ اللَّهِ وَخَاتَمُ الأَنْبِيَاءِ، وَقَدْ غَفَرَ اللَّهُ لَكَ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ أَلاَ تَرَى إِلَى مَا نَحْنُ فِيهِ فَأَنْطَلِقُ فَآتِى تَحْتَ الْعَرْشِ، فَأَقَعُ سَاجِدًا لِرَبِّى عَزَّ وَجَلَّ ثُمَّ يَفْتَحُ اللَّهُ عَلَىَّ مِنْ مَحَامِدِهِ وَحُسْنِ الثَّنَاءِ عَلَيْهِ شَيْئًا لَمْ يَفْتَحْهُ عَلَى أَحَدٍ قَبْلِى ثُمَّ يُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ، سَلْ تُعْطَهْ، وَاشْفَعْ تُشَفَّعْ، فَأَرْفَعُ رَأْسِى، فَأَقُولُ أُمَّتِى يَا رَبِّ، أُمَّتِى يَا رَبِّ فَيُقَالُ يَا مُحَمَّدُ أَدْخِلْ مِنْ أُمَّتِكَ مَنْ لاَ حِسَابَ عَلَيْهِمْ مِنَ الْبَابِ الأَيْمَنِ مِنْ أَبْوَابِ الْجَنَّةِ وَهُمْ شُرَكَاءُ النَّاسِ فِيمَا سِوَى ذَلِكَ مِنَ الأَبْوَابِ، ثُمَّ قَالَ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ كَمَا بَيْنَ مَكَّةَ وَحِمْيَرَ، أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى» «...فَيُقَالُ انْطَلِقْ فَأَخْرِجْ مَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ شَعِيرَةٍ مِنْ إِيمَانٍ. فَأَنْطَلِقُ فَأَفْعَلُ ثُمَّ أَعُودُ فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ، ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ، وَقُلْ يُسْمَعْ لَكَ، وَسَلْ تُعْطَ، وَاشْفَعْ تُشَفَّعْ، فَأَقُولُ يَا رَبِّ أُمَّتِى أُمَّتِى. فَيُقَالُ انْطَلِقْ فَأَخْرِجْ مِنْهَا مَنْ كَانَ فِى قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ أَوْ خَرْدَلَةٍ مِنْ إِيمَانٍ. فَأَنْطَلِقُ فَأَفْعَلُ ثُمَّ أَعُودُ فَأَحْمَدُهُ بِتِلْكَ الْمَحَامِدِ، ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ، وَقُلْ يُسْمَعْ لَكَ، وَسَلْ تُعْطَ، وَاشْفَعْ تُشَفَّعْ. فَأَقُولُ يَا رَبِّ أُمَّتِى أُمَّتِى. فَيَقُولُ انْطَلِقْ فَأَخْرِجْ مَنْ كَانَ فِى قَلْبِهِ أَدْنَى أَدْنَى أَدْنَى مِثْقَالِ حَبَّةِ خَرْدَلٍ مِنْ إِيمَانٍ، فَأَخْرِجْهُ مِنَ النَّارِ. فَأَنْطَلِقُ فَأَفْعَلُ». فَلَمَّا خَرَجْنَا مِنْ عِنْدِ أَنَسٍ قُلْتُ لِبَعْضِ أَصْحَابِنَا لَوْ مَرَرْنَا بِالْحَسَنِ وَهْوَ مُتَوَارٍ فِى مَنْزِلِ أَبِى خَلِيفَةَ فَحَدَّثَنَا بِمَا حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ، فَأَتَيْنَاهُ فَسَلَّمْنَا عَلَيْهِ فَأَذِنَ لَنَا فَقُلْنَا لَهُ يَا أَبَا سَعِيدٍ جِئْنَاكَ مِنْ عِنْدِ أَخِيكَ أَنَسِ بْنِ مَالِكٍ فَلَمْ نَرَ مِثْلَ مَا حَدَّثَنَا فِى الشَّفَاعَةِ ، فَقَالَ هِيهِ، فَحَدَّثْنَاهُ بِالْحَدِيثِ فَانْتَهَى إِلَى هَذَا الْمَوْضِعِ فَقَالَ هِيهِ، فَقُلْنَا لَمْ يَزِدْ لَنَا عَلَى هَذَا. فَقَالَ لَقَدْ حَدَّثَنِى وَهْوَ جَمِيعٌ مُنْذُ عِشْرِينَ سَنَةً فَلاَ أَدْرِى أَنَسِىَ أَمْ كَرِهَ أَنْ تَتَّكِلُوا. قُلْنَا يَا أَبَا سَعِيدٍ فَحَدِّثْنَا، فَضَحِكَ وَقَالَ خُلِقَ الإِنْسَانُ عَجُولاً مَا ذَكَرْتُهُ إِلاَّ وَأَنَا أُرِيدُ أَنْ أُحَدِّثَكُمْ حَدَّثَنِى كَمَا حَدَّثَكُمْ بِهِ قَالَ «ثُمَّ أَعُودُ الرَّابِعَةَ فَأَحْمَدُهُ بِتِلْكَ، ثُمَّ أَخِرُّ لَهُ سَاجِدًا فَيُقَالُ يَا مُحَمَّدُ ارْفَعْ رَأْسَكَ وَقُلْ يُسْمَعْ، وَسَلْ تُعْطَهْ، وَاشْفَعْ تُشَفَّعْ. فَأَقُولُ يَا رَبِّ ائْذَنْ لِى فِيمَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَيَقُولُ وَعِزَّتِى وَجَلاَلِى وَكِبْرِيَائِى وَعَظَمَتِى لأُخْرِجَنَّ مِنْهَا مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ» ...قَالَ قَتَادَةُ وَقَدْ سَمِعْتُهُ يَقُولُ فَأَخْرُجُ فَأُخْرِجُهُمْ مِنَ النَّارِ وَأُدْخِلُهُمُ الْجَنَّةَ، حَتَّى مَا يَبْقَى فِى النَّارِ إِلاَّ مَنْ حَبَسَهُ الْقُرْآنُ أَىْ وَجَبَ عَلَيْهِ الْخُلُودُ - قَالَ - ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ ﴿عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا﴾ قَالَ وَهَذَا الْمَقَامُ الْمَحْمُودُ الَّذِى وُعِدَهُ نَبِيُّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ »

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisinə ﷺ cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olacağam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onların buna tab gətirməyə və dözməyə gücü çatmayacaq. Onda onlar bir-birlərinə deyəcəklər: “Başınıza gələnləri görmürsünüzmü? Bəlkə, Rəbbinizin yanında sizin tərəfinizi saxlayan bir adam tapasınız?” Bəziləri deyəcək: “Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin ﵇ yanına gəlib deyəcəklər: “Sən bəşəriyyətin atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, Öz Ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et (şəfaətçi ol)! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Adəm deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O, mənə ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin Nuhun yanına!” Onda onlar Nuhun yanına gəlib deyəcəklər: “Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Nuh deyəcək: “Bu gün Rəbbim ﷿ elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin İbrahimin yanına!” Onda onlar İbrahimin yanına gəlib deyəcəklər: “Ey İbrahim! Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İbrahim deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmışam. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin Musanın yanına!” Onda onlar Musanın yanına gəlib deyəcəklər: “Ey Musa! Sən Allahın elçisisən, Allah Öz risalətilə, üstəlik səninlə bilavasitə danışmaqla səni digər insanlardan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Musa deyəcək: “Bu gün Allah elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu öldürmək mənə əmr edilməmişdi. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin İsanın yanına!” Onda onlar İsanın yanına gəlib deyəcəklər: “Ey İsa! Sən həm Allahın Elçisi, həm Onun Məryəmə göndərdiyi Kəlməsi, həm də Onun Ruhundansan. Sən hələ körpə ikən, beşikdə insanlarla danışırdın. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İsa deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O, bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir”. İsa öz xətasını onlara bildirməyəcək, sadəcə belə deyəcək: “Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına, gedin Muhəmmədin yanına!” Onda onlar Muhəmmədin yanına gəlib deyəcəklər: “Ey Muhəmməd! Sən həm Allahın Elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Onda mən Ərşin altına gəlib, Rəbbimin ﷿ qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə elə təriflər və alqışlar göndərəcək ki, məndən əvvəl heç kəsə belə təriflər və alqışlar göndərməmişdir. Sonra da belə deyəcək: “Ey Muhəmməd, başını qaldır və istə, sənə istədiyin veriləcəkdir! Şəfaət et, şəfaətin qəbul olunacaqdır!” Mən başımı qaldırıb deyəcəyəm: “Ümmətim, ya Rəbbim! Ümmətim, ya Rəbbim!” Onda belə deyiləcək: “Ey Muhəmməd! Ümmətindən sorğu-suala çəkilməyəcək kimsələri Cənnətin sağ qapılarından içəri daxil et! Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) digər qapılarından da keçə bilərlər”. Peyğəmbər ﷺ dedi: “Canım Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir”. Digər rəvayətlərdə belə deyilir: “…(Onda Allah) buyuracaq: “Get, qəlbində arpa dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd, başını qaldır, danış, sənə qulaq asılacaq! İstə, sənə istədiyin veriləcək! Şəfaət et, şəfaətin qəbul olunacaq!” Mən deyəcəyəm: “Ya Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd, başını qaldır, danış, sənə qulaq asılacaq! İstə, sənə istədiyin veriləcək! Şəfaət et, şəfaətin qəbul olunacaq!” Mən deyəcəyəm: “Ya Rəbbim! Ümmətim, ümmətim!” Allah buyuracaq: “Get, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Mən dördüncü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: “Ey Muhəmməd, başını qaldır, danış, sənə qulaq asılacaq! İstə, sənə istədiyin veriləcək! Şəfaət et, şəfaətin qəbul olunacaq!” Mən deyəcəyəm: “Ya Rəbbim! Mənə izn ver “lə: ilə:hə illəllah” deyən kimsələrə (şəfaətçi) olum”. Allah buyuracaq: “Mənim İzzətimə, Əzəmətimə, Böyüklüyümə və Ululuğuma and olsun ki, Mən “lə: ilə:hə illəllah” deyən kəsləri oddan çıxardacağam”. Ravi Qatədə deyir: “Həmçinin onun belə dediyini eşitdim: “Onları Cəhənnəmdən çıxarıb Cənnətə salacağam, hətta Cəhənnəmdə Quranın tutduqlarından, yəni haqlarında əbədi əzab vacib olanlardan başqa heç kim qalmayacaq”. Sonra bu ayəni oxudu: “Ola bilsin ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (əl-İsra, 79). Peyğəmbərimizə ﷺ vəd olunmuş “Məqamul-Mahmud (Tərifəlayiq Məqam)”- budur”.”

Əbu Hureyra
SəhihQüdsi hədislər, 208 (Kitab 13, 33)

Qeyd

əl-Buxari, 6886, 7002, 7440.

عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ قَالَ: أَصْبَحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ فَصَلَّى الْغَدَاةَ، ثُمَّ جَلَسَ، حَتَّى إِذَا كَانَ مِنَ الضُّحَى ضَحِكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ جَلَسَ مَكَانَهُ حَتَّى صَلَّى الْأُولَى وَالْعَصْرَ وَالْمَغْرِبَ، كُلُّ ذَلِكَ لَا يَتَكَلَّمُ، حَتَّى صَلَّى الْعِشَاءَ الْآخِرَةَ، ثُمَّ قَامَ إِلَى أَهْلِهِ، فَقَالَ النَّاسُ لِأَبِي بَكْرٍ: أَلا تَسْأَلُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا شَأْنُهُ؟ صَنَعَ الْيَوْمَ شَيْئًا لَمْ يَصْنَعْهُ قَطُّ، قَالَ: فَسَأَلَهُ، فَقَالَ: "نَعَمْ عُرِضَ عَلَيَّ مَا هُوَ كَائِنٌ مِنْ أَمْرِ الدُّنْيَا، وَأَمْرِ الْآخِرَةِ، فَجُمِعَ الْأَوَّلُونَ وَالْآخِرُونَ بِصَعِيدٍ وَاحِدٍ، فَفَظِعَ النَّاسُ بِذَلِكَ، حَتَّى انْطَلَقُوا إِلَى آدَمَ عَلَيْهِ السَّلاَمُ ، وَالْعَرَقُ يَكَادُ يُلْجِمُهُمْ، فَقَالُوا: يَا آدَمُ، أَنْتَ أَبُو الْبَشَرِ، وَأَنْتَ اصْطَفَاكَ اللهُ عَزَّ وَجَلَّ ، اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، قَالَ: قَدْ لَقِيتُ مِثْلَ الَّذِي لَقِيتُمْ، انْطَلِقُوا إِلَى أَبِيكُمْ بَعْدَ أَبِيكُمْ، إِلَى نُوحٍ: ﴿إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ﴾ قَالَ: فَيَنْطَلِقُونَ إِلَى نُوحٍ عَلَيْهِ السَّلاَمُ ، فَيَقُولُونَ: اشْفَعْ لَنَا إِلَى رَبِّكَ، فَأَنْتَ اصْطَفَاكَ اللهُ، وَاسْتَجَابَ لَكَ فِي دُعَائِكَ، وَلَمْ يَدَعْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا، فَيَقُولُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، انْطَلِقُوا إِلَى إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ ، فَإِنَّ اللهَ عَزَّ وَجَلَّ اتَّخَذَهُ خَلِيلًا، فَيَنْطَلِقُونَ إِلَى إِبْرَاهِيمَ، فَيَقُولُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، وَلَكِنِ انْطَلِقُوا إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ ، فَإِنَّ اللهَ عَزَّ وَجَلَّ كَلَّمَهُ تَكْلِيمًا، فَيَقُولُ مُوسَى عَلَيْهِ السَّلاَمُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، وَلَكِنِ انْطَلِقُوا إِلَى عِيسَى ابْنِ مَرْيَمَ، فَإِنَّهُ يُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَيُحْيِي الْمَوْتَى، فَيَقُولُ عِيسَى عَلَيْهِ السَّلاَمُ: لَيْسَ ذَاكُمْ عِنْدِي، وَلَكِنِ انْطَلِقُوا إِلَى سَيِّدِ وَلَدِ آدَمَ، فَإِنَّهُ أَوَّلُ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ يَوْمَ الْقِيَامَةِ، انْطَلِقُوا إِلَى مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَشْفَعَ لَكُمْ إِلَى رَبِّكُمْ عَزَّ وَجَلَّ. قَالَ: فَيَنْطَلِقُ، فَيَأْتِي جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ رَبَّهُ، فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: ائْذَنْ لَهُ، وَبَشِّرْهُ بِالْجَنَّةِ، قَالَ: فَيَنْطَلِقُ بِهِ جِبْرِيلُ فَيَخِرُّ سَاجِدًا قَدْرَ جُمُعَةٍ، وَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: ارْفَعْ رَأْسَكَ يَا مُحَمَّدُ، وَقُلْ يُسْمَعْ، وَاشْفَعْ تُشَفَّعْ، قَالَ: فَيَرْفَعُ رَأْسَهُ، فَإِذَا نَظَرَ إِلَى رَبِّهِ عَزَّ وَجَلَّ ، خَرَّ سَاجِدًا قَدْرَ جُمُعَةٍ أُخْرَى، فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: ارْفَعْ رَأْسَكَ، وَقُلْ يُسْمَعْ، وَاشْفَعْ تُشَفَّعْ، قَالَ: فَيَذْهَبُ لِيَقَعَ سَاجِدًا، فَيَأْخُذُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ بِضَبْعَيْهِ فَيَفْتَحُ اللهُ عَزَّ وَجَلَّ عَلَيْهِ مِنَ الدُّعَاءِ شَيْئًا لَمْ يَفْتَحْهُ عَلَى بَشَرٍ قَطُّ، فَيَقُولُ: أَيْ رَبِّ، خَلَقْتَنِي سَيِّدَ وَلَدِ آدَمَ، وَلا فَخْرَ، وَأَوَّلَ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ يَوْمَ الْقِيَامَةِ، وَلا فَخْرَ، حَتَّى إِنَّهُ لَيَرِدُ عَلَيَّ الْحَوْضَ أَكْثَرُ مِمَّا بَيْنَ صَنْعَاءَ وَأَيْلَةَ، ثُمَّ يُقَالُ: ادْعُوا الصِّدِّيقِينَ فَيَشْفَعُونَ، ثُمَّ يُقَالُ: ادْعُوا الْأَنْبِيَاءَ، قَالَ: فَيَجِيءُ النَّبِيُّ وَمَعَهُ الْعِصَابَةُ، وَالنَّبِيُّ وَمَعَهُ الْخَمْسَةُ وَالسِّتَّةُ، وَالنَّبِيُّ لَيْسَ مَعَهُ أَحَدٌ، ثُمَّ يُقَالُ: ادْعُوا الشُّهَدَاءَ فَيَشْفَعُونَ لِمَنْ أَرَادُوا، قَالَ: فَإِذَا فَعَلَتِ الشُّهَدَاءُ ذَلِكَ، قَالَ: يَقُولُ اللهُ عَزَّ وَجَلَّ: أَنَا أَرْحَمُ الرَّاحِمِينَ، أَدْخِلُوا جَنَّتِي مَنْ كَانَ لَا يُشْرِكُ بِي شَيْئًا، قَالَ: فَيَدْخُلُونَ الْجَنَّةَ. قَالَ: ثُمَّ يَقُولُ اللهُ عَزَّ وَجَلَّ: انْظُرُوا فِي النَّارِ: هَلْ تَلْقَوْنَ مِنْ أَحَدٍ عَمِلَ خَيْرًا قَطُّ؟ قَالَ: فَيَجِدُونَ فِي النَّارِ رَجُلًا، فَيَقُولُ لَهُ: هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ؟ فَيَقُولُ: لَا، غَيْرَ أَنِّي كُنْتُ أُسَامِحُ النَّاسَ فِي الْبَيْعِ، فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: أَسْمِحُوا لِعَبْدِي كَإِسْمَاحِهِ إِلَى عَبِيدِي. ثُمَّ يُخْرِجُونَ مِنَ النَّارِ رَجُلًا فَيَقُولُ لَهُ: هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ؟ فَيَقُولُ: لَا، غَيْرَ أَنِّي قَدْ أَمَرْتُ وَلَدِي: إِذَا مِتُّ فَأَحْرِقُونِي بِالنَّارِ، ثُمَّ اطْحَنُونِي، حَتَّى إِذَا كُنْتُ مِثْلَ الْكُحْلِ، فَاذْهَبُوا بِي إِلَى الْبَحْرِ، فَاذْرُونِي فِي الرِّيحِ، فَوَاللهِ لَا يَقْدِرُ عَلَيَّ رَبُّ الْعَالَمِينَ أَبَدًا، فَقَالَ اللهُ عَزَّ وَجَلَّ لَهُ: لِمَ فَعَلْتَ ذَلِكَ؟ قَالَ: مِنْ مَخَافَتِكَ، قَالَ: فَيَقُولُ اللهُ عَزَّ وَجَلَّ: انْظُرْ إِلَى مُلْكِ أَعْظَمِ مَلِكٍ، فَإِنَّ لَكَ مِثْلَهُ وَعَشَرَةَ أَمْثَالِهِ، قَالَ: فَيَقُولُ: لِمَ تَسْخَرُ بِي وَأَنْتَ الْمَلِكُ؟ قَالَ: وَذَاكَ الَّذِي ضَحِكْتُ مِنْهُ مِنَ الضُّحَى".

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ demişdir: “Bir gün səhər Allah Elçisi ﷺ Sübh namazını qıldı. Duha vaxtına qədər oturduqdan sonra Allah Elçisi ﷺ güldü və yerinə oturdu. Hətta Zöhrü, Əsri və Məğribi qıldı və bu əsnada danışmadı. Axırıncı İşa namazını qıldıqdan sonra ailəsinin yanına getdi. İnsanlar Əbu Bəkrə dedilər: “Soruş, gör Allah Elçisi ﷺ nə üçün belə etdi? Bu gün o, heç vaxt etmədiyini edib”. Əbu Bəkr ondan soruşduqda, o buyurdu: “Bəli, mənə dünya və Axirət işlərindən olacaq şeylər ərz edildi. Birincilər və sonuncular bir yerdə toplanacaqlar. İnsanlar buna görə dəhşətə gələcəklər. Nəhayət, az qala onlar tərdən boğulduqları halda Adəmin ﵇ yanına gedəcək və deyəcəklər: “Ey Adəm, sən bəşəriyyətin atasısan, Allah ﷿ səni seçmişdir. Bizdən ötrü Rəbbinə şəfaət et!” O deyəcək: “Mən sizin üzləşdiyiniz hal ilə üzləşmişəm. Məndən sonra olan ulu atanız Nuhun yanına gedin. “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi” (Ali-İmran, 33). Onlar da Nuhun ﵇ yanına gedəcək və deyəcəklər: “Bizdən ötrü Rəbbinə şəfaət et, çünki Allah məhz səni seçmiş və sənin duanı qəbul etmişdi! O, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoymamışdı”. O deyəcək: “Mən buna layiq deyiləm, gedin İbrahimin yanına! Çünki, Allah ﷿ onu özünə dost seçmişdir”. Onlar İbrahimin ﵇ yanına gələcəklər. O deyəcək: “Mən buna layiq deyiləm, gedin Musanın yanına! Çünki, Allah ﷿ onunla sözlə (vasitəsiz) danışmışdır”. Musa ﵇ deyəcək: “Mən buna layiq deyiləm, gedin İsa ibn Məryəmin yanına! Çünki, o, (Allahın izni ilə) anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərdi”. İsa ﵇ deyəcək: “Mən buna layiq deyiləm, Adəm övladının ağasının yanına gedin! Çünki, o, Qiyamət günü yerin birinci ondan aralanacağı (qəbri açılacaq ilk) kəsdir. Muhəmmədin ﷺ yanına gedin, sizdən ötrü Rəbbinizə şəfaət etsin!” Onlar Cəbrailin yanına gələcəklər. Cəbrail ﵇ də Rəbbinin yanına gələcək. Allah ﷿ buyuracaq: “Ona izn ver və Cənnətlə müjdələ!” Cəbrail onunla gedəcək və o, bir Cümə qədər səcdəyə qapılacaq. Sonra Allah ﷿ buyuracaq: “Başını qaldır, ey Muhəmməd! Söylə, sənə qulaq asılacaq, şəfaət et, şəfaətin qəbul olunacaq”. O da başını qaldıracaq və Rəbbinə baxdıqda yenə bir Cümə qədər səcdəyə qapılacaq. Allah ﷿ buyuracaq: “Başını qaldır, söylə, sənə qulaq asılacaq! Şəfaət et, şəfaətin qəbul olunacaq”. Gedib səcdəyə qapanmaq istəyəndə, Cəbrail onun iki əlindən tutacaq. Allah ona elə dua (qapısını) açacaq ki, onu heç bir bəşərə açmamışdır. Allah Elçisi ﷺ deyəcək: “Ya Rəbbim, fəxr etmədiyim halda məni Adəm övladının ağası və fəxr etmədiyim halda məni Qiyamət günü yerin birinci yarılacağı kəs olaraq yaratdın”. Nəhayət, o, Səna ilə Əylə arasında olan məsafədən də böyük hovuzun yanına gələcək. Sonra belə deyiləcək: “Şəfaət etmək üçün siddiqləri çağırın!” Sonra isə belə deyiləcək: “Peyğəmbərləri çağırın!” Elə peyğəmbər gələcək ki, yanında bir dəstə, elə peyğəmbər gələcək ki, yanında beş-altı nəfər, elə peyğəmbər də gələcək ki, yanında heç kəs olmayacaq. Daha sonra deyiləcək: “İstədiklərinə şəfaət etmək üçün şəhidləri çağırın!” Şəhidlər şəfaət etdikdən sonra Allah ﷿ buyuracaq: “Mən mərhəmətlilərin ən rəhmlisiyəm! Mənə heç bir şeyi şərik qoşmayanları Cənnətimə daxil edin!” Onlar Cənnətə daxil olduqdan sonra Allah ﷿ buyuracaq: “Cəhənnəm oduna baxın, görün orada xeyir əməl edən bir kəsə rast gələ bilərsinizmi?” Onlar gəlib Cəhənnəm odunda bir kişi tapacaqlar. Ona deyiləcək: “Xeyir bir əməl etdinmi?” O deyəcək: “Xeyr, mən alış-verişdə insanlara güzəşt edirdim”. Allah ﷿ buyuracaq: “Qullarıma güzəştə getdiyi kimi quluma güzəştə gedin!” Sonra Cəhənnəmdən başqa bir kişi çıxarılacaq və ona belə deyiləcək: “Xeyir bir əməl etdinmi?” O deyəcək: “Xeyr, lakin mən övladıma tapşırdım ki, mən öləndə məni yandırın, sonra üyüdün, toz halına düşdükdə isə məni dənizə aparıb küləkdə göyə sovurun. Allaha and olsun ki, aləmlərin Rəbbinin məni (diriltməyə) heç vaxt qüdrəti çatmayacaq”. Allah ﷿ ona buyuracaq: “Niyə belə etdin?” O deyəcək: “Səndən qorxduğuma görə”. Allah ﷿ buyuracaq: “Ən böyük padşahın səltənətinə bax! Həqiqətən, sənə elə bir səltənət və on misli veriləcək”. O deyəcək: “Sən Hökmdar ola-ola məni niyə məsxərəyə qoyursan!?” (Allah Elçisi ﷺ dedi:) Duha vaxtında güldüyüm adam bax budur”.”

Əbu Bəkr əs-Siddiq
HəsənQüdsi hədislər, 209 (Kitab 13, 34)

Qeyd

Əhməd, 15; İbn Hibban, 6476. Hədis həsəndir. Bax: Səhih Tərğib vət-Tərhib, 3641.

عَنْ أَنَسٍ قَالَ: حَدَّثَنِي نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنِّي لَقَائِمٌ أَنْتَظِرُ أُمَّتِي تَعْبُر عَلَى الصِّرَاطِ إِذْ جَاءَنِي عِيسَى فَقَالَ: هَذِه الأَنْبِيَاء قَدْ جَاءَتْكَ يَا مُحَمَّدُ! يَشْتَكُونَ أَوْ قَالَ يَجْتَمِعُونَ إِلَيْكَ وَيَدْعُونَ اللهَ عَزَّ وَجَلَّ أَنْ يُفَرِّقَ جَمْع الأُمَمِ إِلَى حَيْثُ يَشَاءُ اللهُ، لِعِظَمِ مَا هُمْ فِيهِ وَالْخَلْقُ مُلْجَمُونَ فِي الْعَرَقِ وَأَمَّا الْمُؤْمِن فَهُوَ عَلَيْهِ كَالزّكْمَةِ، وَأَمَّا الْكَافِر فَيَتَغَشَّاهُ الْمُوتُ، قَالَ: قَالَ: يا عِيسَى! انْتَظِر حَتَّى أَرْجِعَ إِلَيْكَ قَالَ: فَذَهَبَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى قَامَ تَحْتَ الْعَرْشِ فَلَقِيَ مَا لَمْ يَلْقَ مَلَكٌ مُصْطَفَى، وَلاَ نَبِيٌّ مُرسَلٌ فَأَوْحَي اللهُ عَزَّ وَجَلَّ إِلَى جِبْرِيلُ: اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ لَهُ: ارْفَعْ رَأْسَكَ سَلْ تُعْطَ وَاشْفَعْ تُشَفَّعْ قَالَ: فَشُفِّعْتُ فِي أُمَّتِي أَنْ اخُرِجَ مِنْ كُلِّ تَسْعَةٍ وَتِسْعِينَ إِنْسَاناً وَاحِداً قَالَ: فَمَا زِلتُ أَتَرَدَّدُ عَلَى رَبِيِّ عَزَّ وَجَلَّ فَلاَ أَقُومُ مَقَاماً إِلاَّ شُفِّعْتُ حَتَّى أَعْطَانِي اللهُ عَزَّ وَجَلَّ مِنْ ذَلِكَ أَنْ قَالَ: يَا مُحَمَّد! أَدْخِلْ مِنْ أُمَّتِكَ مَنْ خَلْقِ اللهِ عَزَّ وَجَلَّ مَنْ شَهِدَ أَنَّهُ لاَ إِلَهَ إِلاَّ اللهُ يَوماً وَاحِداً مُخْلِصاً وَمَاتَ عَلَى ذَلِكَ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Həqiqətən, mən (Qiyamət günü) ayaq üstə ümmətimin sirat körpüsünün üstündən keçməyini gözlədiyim zaman İsa yanıma gəlib deyəcək: “Ey Muhəmməd! Bu peyğəmbərlər sənin yanına gələrək şikayət edir və ümmətlərin halı çox dəhşətli olduğu üçün Allaha dua edirlər ki, (və ya yanına toplanaraq Allaha dua edirlər ki,) Allah onları bir-birindən ayırıb istədiyi yerə (Cənnətə və ya Cəhənnəmə) salsın”. Həmin vaxt insanlar tər içində olacaqlar. Möminə gəlincə, bu ona zökəm kimi gələcək. Kafir olan kəsi isə ölüm bürüyəcək”. Allah Elçisi ﷺ deyəcək: “Ey İsa, sənin yanına qayıdanadək gözlə!” Allahın Peyğəmbəri ﷺ gedib Ərşin altında, heç bir seçilmiş mələyə və ya göndərilmiş peyğəmbərə nəsib olmayan məqamda duracaq. Sonra Allah ﷿ Cəbrailə belə vəhy edəcək: “Muhəmmədin yanına get və ona de: “Başını qaldır, istə, istədiyin sənə veriləcək, şəfaət et, şəfaətin qəbul ediləcək”. Mən ümmətimə hər doxsan doqquz insandan birinin (Cəhənnəmdən) çıxmasına şəfaət edəcəyəm. Mən Rəbbimə ﷿ üz tutaraq dayanmadan, Allaha şəfaət edilə bilən hər məqamdan şəfaət edəcəyəm. Nəhayət, Allah ﷿ bunu mənə verərək belə buyuracaq: “Ey Muhəmməd! Ümmətindən bir gün olsa belə ixlasla “lə: ilə:hə illəllah” kəlməsinə şəhadət verən və bunun üzərində ölən kəsləri (Cənnətə) daxil et!””

Ənəs
SəhihQüdsi hədislər, 210 (Kitab 13, 35)

Qeyd

Əhməd, 1276. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 553.

عَنْ أَنَسِ يرفعه إلى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قال مَا زِلْتُ أَشْفَعُ إِلَى رَبِّي عَزَّ وَجَلَّ ويشفعني وأشفع ويشفعني حتى أقول أَيْ رَب شَفِّعْنِي فِيمَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ فيقول هَذِهِ لَيْسَتْ لَكَ يَا مُحَمَّدُ وَلا لأَحَدٍ هَذِهِ لي وَعِزَّتِي وَجَلالِي وَرَحْمَتِي لا أَدَعُ فِي النَّارِ أَحَدًا يقول لا إِلَهَ إِلا اللَّهُ

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən Rəbbimə ﷿ durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: “Ya Rəbbim! Məni “lə: ilə:hə illəllah” deyən kimsələrə şəfaətçi et”. Allah buyuracaq: “Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyil. Bu, Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən “lə: ilə:hə illəllah” deyən kəsləri odun içində buraxmayacağam”.”

Ənəs
SəhihQüdsi hədislər, 211 (Kitab 13, 36)

Qeyd

İbn Əbu Asim, 685. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 828.

وَحَدَّثَنِى سُوَيْدُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنِى حَفْصُ بْنُ مَيْسَرَةَ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ نَاسًا فِى زَمَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا يَا رَسُولَ اللَّهِ هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَعَمْ ». قَالَ « هَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الشَّمْسِ بِالظَّهِيرَةِ صَحْوًا لَيْسَ مَعَهَا سَحَابٌ وَهَلْ تُضَارُّونَ فِى رُؤْيَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ صَحْوًا لَيْسَ فِيهَا سَحَابٌ ». قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. قَالَ « مَا تُضَارُّونَ فِى رُؤْيَةِ اللَّهِ تَبَارَكَ وَتَعَالَى يَوْمَ الْقِيَامَةِ إِلاَّ كَمَا تُضَارُّونَ فِى رُؤْيَةِ أَحَدِهِمَا إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ أَذَّنَ مُؤَذِّنٌ لِيَتَّبِعْ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. فَلاَ يَبْقَى أَحَدٌ كَانَ يَعْبُدُ غَيْرَ اللَّهِ سُبْحَانَهُ مِنَ الأَصْنَامِ وَالأَنْصَابِ إِلاَّ يَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ مِنْ بَرٍّ وَفَاجِرٍ وَغُبَّرِ أَهْلِ الْكِتَابِ فَيُدْعَى الْيَهُودُ فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ عُزَيْرَ ابْنَ اللَّهِ. فَيُقَالُ كَذَبْتُمْ مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ فَمَاذَا تَبْغُونَ قَالُوا عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى النَّارِ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ. ثُمَّ يُدْعَى النَّصَارَى فَيُقَالُ لَهُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ قَالُوا كُنَّا نَعْبُدُ الْمَسِيحَ ابْنَ اللَّهِ. فَيُقَالُ لَهُمْ كَذَبْتُمْ. مَا اتَّخَذَ اللَّهُ مِنْ صَاحِبَةٍ وَلاَ وَلَدٍ. فَيُقَالُ لَهُمْ مَاذَا تَبْغُونَ فَيَقُولُونَ عَطِشْنَا يَا رَبَّنَا فَاسْقِنَا. - قَالَ - فَيُشَارُ إِلَيْهِمْ أَلاَ تَرِدُونَ فَيُحْشَرُونَ إِلَى جَهَنَّمَ كَأَنَّهَا سَرَابٌ يَحْطِمُ بَعْضُهَا بَعْضًا فَيَتَسَاقَطُونَ فِى النَّارِ حَتَّى إِذَا لَمْ يَبْقَ إِلاَّ مَنْ كَانَ يَعْبُدُ اللَّهَ تَعَالَى مِنْ بَرٍّ وَفَاجِرٍ أَتَاهُمْ رَبُّ الْعَالَمِينَ سُبْحَانَهُ وَتَعَالَى فِى أَدْنَى صُورَةٍ مِنَ الَّتِى رَأَوْهُ فِيهَا. قَالَ فَمَا تَنْتَظِرُونَ تَتْبَعُ كُلُّ أُمَّةٍ مَا كَانَتْ تَعْبُدُ. قَالُوا يَا رَبَّنَا فَارَقْنَا النَّاسَ فِى الدُّنْيَا أَفْقَرَ مَا كُنَّا إِلَيْهِمْ وَلَمْ نُصَاحِبْهُمْ. فَيَقُولُ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ نَعُوذُ بِاللَّهِ مِنْكَ لاَ نُشْرِكُ بِاللَّهِ شَيْئًا - مَرَّتَيْنِ أَوْ ثَلاَثًا - حَتَّى إِنَّ بَعْضَهُمْ لَيَكَادُ أَنْ يَنْقَلِبَ. فَيَقُولُ هَلْ بَيْنَكُمْ وَبَيْنَهُ آيَةٌ فَتَعْرِفُونَهُ بِهَا فَيَقُولُونَ نَعَمْ. فَيُكْشَفُ عَنْ سَاقٍ فَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ لِلَّهِ مِنْ تِلْقَاءِ نَفْسِهِ إِلاَّ أَذِنَ اللَّهُ لَهُ بِالسُّجُودِ وَلاَ يَبْقَى مَنْ كَانَ يَسْجُدُ اتِّقَاءً وَرِيَاءً إِلاَّ جَعَلَ اللَّهُ ظَهْرَهُ طَبَقَةً وَاحِدَةً كُلَّمَا أَرَادَ أَنْ يَسْجُدَ خَرَّ عَلَى قَفَاهُ. ثُمَّ يَرْفَعُونَ رُءُوسَهُمْ وَقَدْ تَحَوَّلَ فِى صُورَتِهِ الَّتِى رَأَوْهُ فِيهَا أَوَّلَ مَرَّةٍ فَقَالَ أَنَا رَبُّكُمْ. فَيَقُولُونَ أَنْتَ رَبُّنَا. ثُمَّ يُضْرَبُ الْجِسْرُ عَلَى جَهَنَّمَ وَتَحِلُّ الشَّفَاعَةُ وَيَقُولُونَ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا الْجِسْرُ قَالَ « دَحْضٌ مَزِلَّةٌ. فِيهِ خَطَاطِيفُ وَكَلاَلِيبُ وَحَسَكٌ تَكُونُ بِنَجْدٍ فِيهَا شُوَيْكَةٌ يُقَالُ لَهَا السَّعْدَانُ فَيَمُرُّ الْمُؤْمِنُونَ كَطَرْفِ الْعَيْنِ وَكَالْبَرْقِ وَكَالرِّيحِ وَكَالطَّيْرِ وَكَأَجَاوِيدِ الْخَيْلِ وَالرِّكَابِ فَنَاجٍ مُسَلَّمٌ وَمَخْدُوشٌ مُرْسَلٌ وَمَكْدُوسٌ فِى نَارِ جَهَنَّمَ. حَتَّى إِذَا خَلَصَ الْمُؤْمِنُونَ مِنَ النَّارِ فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا مِنْكُمْ مِنْ أَحَدٍ بِأَشَدَّ مُنَاشَدَةً لِلَّهِ فِى اسْتِقْصَاءِ الْحَقِّ مِنَ الْمُؤْمِنِينَ لِلَّهِ يَوْمَ الْقِيَامَةِ لإِخْوَانِهِمُ الَّذِينَ فِى النَّارِ يَقُولُونَ رَبَّنَا كَانُوا يَصُومُونَ مَعَنَا وَيُصَلُّونَ وَيَحُجُّونَ. فَيُقَالُ لَهُمْ أَخْرِجُوا مَنْ عَرَفْتُمْ. فَتُحَرَّمُ صُوَرُهُمْ عَلَى النَّارِ فَيُخْرِجُونَ خَلْقًا كَثيرًا قَدْ أَخَذَتِ النَّارُ إِلَى نِصْفِ سَاقَيْهِ وَإِلَى رُكْبَتَيْهِ ثُمَّ يَقُولُونَ رَبَّنَا مَا بَقِىَ فِيهَا أَحَدٌ مِمَّنْ أَمَرْتَنَا بِهِ. فَيَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا أَحَدًا مِمَّنْ أَمَرْتَنَا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ نِصْفِ دِينَارٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا مِمَّنْ أَمَرْتَنَا أَحَدًا. ثُمَّ يَقُولُ ارْجِعُوا فَمَنْ وَجَدْتُمْ فِى قَلْبِهِ مِثْقَالَ ذَرَّةٍ مِنْ خَيْرٍ فَأَخْرِجُوهُ. فَيُخْرِجُونَ خَلْقًا كَثِيرًا ثُمَّ يَقُولُونَ رَبَّنَا لَمْ نَذَرْ فِيهَا خَيْرًا ». وَكَانَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ يَقُولُ إِنْ لَمْ تُصَدِّقُونِى بِهَذَا الْحَدِيثِ فَاقْرَءُوا إِنْ شِئْتُمْ (إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا) « فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ شَفَعَتِ الْمَلاَئِكَةُ وَشَفَعَ النَّبِيُّونَ وَشَفَعَ الْمُؤْمِنُونَ وَلَمْ يَبْقَ إِلاَّ أَرْحَمُ الرَّاحِمِينَ فَيَقْبِضُ قَبْضَةً مِنَ النَّارِ فَيُخْرِجُ مِنْهَا قَوْمًا لَمْ يَعْمَلُوا خَيْرًا قَطُّ قَدْ عَادُوا حُمَمًا فَيُلْقِيهِمْ فِى نَهْرٍ فِى أَفْوَاهِ الْجَنَّةِ يُقَالُ لَهُ نَهْرُ الْحَيَاةِ فَيَخْرُجُونَ كَمَا تَخْرُجُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ أَلاَ تَرَوْنَهَا تَكُونُ إِلَى الْحَجَرِ أَوْ إِلَى الشَّجَرِ مَا يَكُونُ إِلَى الشَّمْسِ أُصَيْفِرُ وَأُخَيْضِرُ وَمَا يَكُونُ مِنْهَا إِلَى الظِّلِّ يَكُونُ أَبْيَضَ ». فَقَالُوا يَا رَسُولَ اللَّهِ كَأَنَّكَ كُنْتَ تَرْعَى بِالْبَادِيَةِ قَالَ « فَيَخْرُجُونَ كَاللُّؤْلُؤِ فِى رِقَابِهِمُ الْخَوَاتِمُ يَعْرِفُهُمْ أَهْلُ الْجَنَّةِ هَؤُلاَءِ عُتَقَاءُ اللَّهِ الَّذِينَ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ بِغَيْرِ عَمَلٍ عَمِلُوهُ وَلاَ خَيْرٍ قَدَّمُوهُ ثُمَّ يَقُولُ ادْخُلُوا الْجَنَّةَ فَمَا رَأَيْتُمُوهُ فَهُوَ لَكُمْ. فَيَقُولُونَ رَبَّنَا أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنَ الْعَالَمِينَ. فَيَقُولُ لَكُمْ عِنْدِى أَفْضَلُ مِنْ هَذَا فَيَقُولُونَ يَا رَبَّنَا أَىُّ شَىْءٍ أَفْضَلُ مِنْ هَذَا. فَيَقُولُ رِضَاىَ فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət etmişdir ki, Allah Elçisinin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Biz Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ buyurdu: “Bəli! Məgər siz günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi (görmək üçün basabas salıb) bir-birinizə əziyyət verirsinizmi?! On dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı (görmək üçün) bir-birinizə əziyyət verirsinizmi?!” Onlar: “Xeyr, ey Allahın Elçisi!”– dedilər. Allah Elçisi ﷺ buyurdu: “Bu ikisindən birini görməyə sizə heç bir şey mane olmadığı kimi, Allahı ﷾ da Qiyamət günü beləcə görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: “Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!” Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə yalnız Allaha ibadət edənlər – xeyirxah, yaxud günahkar adamlar – habelə Kitab əhlindən (öz peyğəmbərlərinə) sadiq olmuş kimsələr qalacaqdır. (O vaxt) yəhudilər çağırılacaq və onlardan soruşulacaq ki: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Üzeyirə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?” Onlar deyəcəklər: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”. Onda onlara (Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə düşəcəklər. Sonra nəsranilər çağırılacaq və onlardan soruşulacaq: “Siz nəyə ibadət edirdiniz?” Onlar deyəcəklər: “Biz Allahın oğlu Məsihə ibadət edirdik”. Onlara deyiləcək: “Yalan danışırsınız! Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür”. Sonra onlardan: “Siz nə istəyirsiniz?”– deyə soruşulacaq. Onlar: “Susamışıq, ya Rəbbimiz, bizə su ver”– deyə cavab verəcəklər. Onda onlara (Cəhənnəm) göstəriləcək (və deyiləcək): “(Bundan) içmək istəmirsinizmi?” Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və bir-birilərini tapdayaraq Cəhənnəmə düşəcəklər. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr – xeyirxah, yaxud günahkar adamlar qaldıqda aləmlərin Rəbbi ﷾ onların yanına Onu gördükləri ən yaxın surətdə gələcək və belə buyuracaq: “Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar: “Səndən Allaha sığınırıq!” (və iki, yaxud üç dəfə): “Biz heç nəyi Allaha şərik qoşmuruq!”– deyəcəklər. Hətta bəziləri (imtahanın çətinliyi üzündən həqiqətdən) üz döndərmək istəyəcək. O buyuracaq: “Sizinlə Onun arasında bir əlamət varmı ki, bunun sayəsində Onu tanıya biləsiniz?” Onlar: “Bəli!”– deyə cavab verəcəklər. Bu vaxt Baldır açılacaq və səmimi qəlbdən Allaha səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah ona səcdə etməyə izin verməsin. Həmçinin (insanlardan) qorunmaq məqsədilə və ya riyakarlıqla səcdə etmiş elə bir kəs qalmayacaq ki, Allah onun onurğa sümüyünü bir bütöv sümük etməsin. Beləsi hər dəfə səcdə etmək istədikdə, (əksinə,) qafası üstə düşəcək. Sonra (möminlər) başlarını (səcdədən) qaldıracaqlar. (Allah) ilk dəfə gördükləri surəti dəyişmiş olduğu halda (onlara): “Mən sizin Rəbbinizəm”– deyə buyuracaq. Onlar da: “(Bəli,) Sən bizim Rəbbimizsən!”– deyəcəklər. Bundan sonra Cəhənnəmin üzərində körpü qurulacaq və şəfaət etməyə izin veriləcəkdir. (Həmin vaxt peyğəmbərlər): “Allahım, xilas et, xilas et!”– deyəcəklər”. Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Elçisi, nə körpüdür elə?” O dedi: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar var. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi quş kimi, kimisi də ən bərk qaçan cins at və ya dəvə kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Nəhayət, möminlər oddan xilas olduqları zaman – canım Əlində olan Allaha and olsun ki – sizdən heç kəsin, haqqı araşdırmaq xüsusunda Allaha yalvarıb-yaxarması, Qiyamət günü möminlərdən Cəhənnəmə düşmüş qardaşları üçün Allaha yalvarması qədər şiddətli ola bilməz. Onlar: “Ya Rəbbimiz! (Bu zavallılar) bizimlə bərabər oruc tutar, namaz qılar və həcc ziyarətini yerinə yetirərdilər”– deyəcəklər. Onda onlara: “Tanıdığınız kimsələri (oddan) çıxardın, onların vücudu Cəhənnəm oduna haram edilir!”– deyiləcək. Beləliklə, onlar, ayağının yarısına qədər, habelə dizinə qədər atəşə giriftar olmuş bir çox insanları (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən Cəhənnəmdə heç kəs qalmadı”. Onda Allah buyuracaq: “Geri qayıdın, qəlbində dinar ağırlığında iman olan (hər) kəsi (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oddan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi Cəhənnəmdə buraxmadıq, (hamısını çıxartdıq)”. Allah buyuracaq: “Geri dönün, qəlbində yarım dinar ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Bizə əmr etdiyin kimsələrdən heç kəsi orada buraxmadıq”. Allah buyuracaq: “Geri dönün, qəlbində zərrə ağırlığında iman olan bir kimsə tapsanız, onu da (oradan) çıxarın!” Onlar yenə bir çoxlarını (oradan) çıxaracaqlar. Sonra deyəcəklər: “Ya Rəbbimiz! Biz orada bir nəfər xeyirxah adam qoymadıq”. Əbu Səid əl-Xudri deyərdi: “Mənim danışdığım bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun: “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən ona böyük mükafat verər” (ən-Nisa, 48). Bundan sonra Allah ﷿: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) yalnız rəhmlilərin Rəhmlisi qaldı”– deyə buyuracaq. Sonra da heç vaxt yaxşılıq etməmiş, yanıb kömürə dönmüş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq və onları Cənnətin yollarında axan, Həyat çayı deyilən bir çaya atacaq. Beləliklə, onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Məgər (o, yabanı toxumların) istər daşın, istərsə də ağacın dibində necə cücərdiyini görmürsünüz?! Günəş (şüaları) altında qalanı sarı və yaşıl, kölgədə qalanı isə ağ olur”. (Səhabələrdən bəziləri) dedilər: “Ey Allahın Elçisi! Sən sanki səhrada çobanlıq etmisən”. Peyğəmbər ﷺ davam edib dedi: “Onlar boyunlarında (gözoxşayan) halqalar olduğu halda, özləri də mirvari tək gözəl görkəmdə (Həyat çayından) çıxacaqlar. Cənnət əhli onları tanıyacaq (və deyəcək ki): “Nə bir (yaxşı) əməli, nə də özləri üçün əvvəlcədən tədarük gördükləri xeyirləri olmadığı halda, Allahın Cənnətə daxil etdiyi, azadlığa buraxdığı kimsələr bunlardır!” Sonra Allah (onlara) belə buyuracaq: “Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa, sizindir”. Onlar deyəcəklər: “Ya Rəbbimiz! Sən aləmlərdən heç kəsə vermədiyin nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanını hazırlamışam!” Onlar deyəcəklər: “Ya Rəbbimiz! Bundan üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”.”

Əbu Səid əl-Xudri
SəhihQüdsi hədislər, 211m (Kitab 13, 36m)

Qeyd

Muslim, 269, 372.