“Göylər isə Onun Əli ilə büküləcəkdir”- ayəsi haqda
عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ: جَاءَ حَبْرٌ مِنْ الأَحْبَارِ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا مُحَمَّدُ إِنَّا نَجِدُ أَنَّ اللَّهَ يَجْعَلُ السَّمَوَاتِ عَلَى إِصْبَعٍ وَالأَرَضِينَ عَلَى إِصْبَعٍ وَالشَّجَرَ عَلَى إِصْبَعٍ وَالْمَاءَ وَالثَّرَى عَلَى إِصْبَعٍ وَسَائِرَ الْخَلاَئِقِ عَلَى إِصْبَعٍ فَيَقُولُ أَنَا الْمَلِكُ فَضَحِكَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ تَصْدِيقًا لِقَوْلِ الْحَبْرِ ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: ﴿وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir dəfə Kitab əhlinin baş keşişlərindən biri Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Muhəmməd! Bizim bildiyimizə görə, Allah göyləri bir Barmağına, yerləri o biri Barmağına, ağacları digər bir Barmağına, suyu və torpağı bir başqa Barmağına, yerdə qalan məxluqatı da (yenə) başqa bir Barmağına yerləşdirmiş və: “Hökmdar Mənəm!”– deyə buyurmuşdur”. (Bunu eşidəndə) Peyğəmbər ﷺ (bu alimin) sözünü təsdiqləmək məqsədilə dişləri görünənədək güldü. Sonra da bu ayəni oxudu: “Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67)”.”
Qeyd
əl-Buxari, 4437, 4811.
İstinad
Qüdsi hədislər, 196 (Kitab 13, 21)
Səhih qüdsi hədislər — Qiyamət