Quran möminin dərəcəsini artırır
عَنْ فَضَالَةَ بن عُبَيْدٍ ، وَتَمِيمٍ الدَّارِيِّ عن النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنْ قَرَأَ عَشْرَ آيَاتٍ فِي لَيْلَةٍ، كُتِبَ لَهُ قِنْطَارٌ، وَالْقِنْطَارُ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا، فَإِذَا كَانَ يَوْمَ الْقِيَامَةِ، يَقُولُ رَبُّكَ عَزَّ وَجَلَّ: اقْرَأْ وَارْقَ لِكُلِّ آيَةٍ دَرَجَةً، حَتَّى يَنْتَهِيَ إِلَى آخِرِ آيَةٍ مَعَهُ، يَقُولُ رَبُّكَ عَزَّ وَجَلَّ لِلْعَبْدِ: اقْبِضْ، فَيَقُولُ الْعَبْدُ بِيَدِهِ يَا رَبُّ أَنْتَ أَعْلَمُ، فَيَقُولُ بِهَذِهِ الْخُلْدَ، وَبِهَذِهِ النَّعِيمَ.
“Fədalə ibn Ubeyd və Təmim əd-Dari ﵄ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir gecədə on ayə oxuyarsa, ona bir qintar (savab) yazılar. Qintar dünya və onun içindəkilərindən daha xeyirlidir. Qiyamət günü gəldikdə, Rəbbin ﷿ buyuracaq: “Oxu və yüksəl! Hər bir ayəyə görə bir dərəcə vardır”. O da oxuduğu ayələrin sonuncusuna çatanda, Rəbbin həmin qula buyuracaq: “Götür!” Qul da əli ilə işarə edərək deyəcək: “Ya Rəbbim, (nəyi götürəcəyimi) Sən daha yaxşı bilirsən”. O da: “Bu əlinlə Əbədiyyət bağını, bu əlinlə isə Nəim bağını (götür!)”- deyə buyuracaq”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 1239, 1253, 8451. Hədis həsəndir. Bax: Səhih Tərğib vət-Tərhib, 638.
İstinad
Qüdsi hədislər, 182 (Kitab 13, 7)
Səhih qüdsi hədislər — Qiyamət