Allah qarşısında üzrlü sayılanlar
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: يُؤْتَى بِأَرْبَعَةٍ يَوْمَ الْقِيَامَةِ: بِالْمَوْلُودِ، وَالْمَعْتُوهِ، وَمَنْ مَاتَ فِي الْفَتْرَةِ، وَالشَّيْخِ الْفَانِي، كُلُّهُمْ يَتَكَلَّمُ بِحُجَّتِهِ، فَيَقُولُ الرَّبَّ عَزَّ وَجَلَّ لِعُنُقٍ مِنَ النَّارِ: ابْرُزْ، فَيَقُولُ لَهُمْ: إِنِّي كُنْتُ بَعَثْتُ إِلَى عِبَادِي رُسُلاً مِنْ أَنْفُسِهِمْ، وَإِنِّي رَسُولُ نَفْسِي إِلَيْكُمُ ادْخُلُوا هَذِهِ، قَالَ: فَيَقُولُ مَنْ كُتِبَ عَلَيْهِ الشَّقَاءُ: يَا رَبِّ، أَنَّى نَدْخُلَهَا وَمِنْهَا كُنَّا نَفِرُّ، قَالَ: قَالَ: وَمَنْ كُتِبَ عَلَيْهِ السَّعَادَةُ يَمْضِي يَتقْحِمُ فِيهَا مُسْرِعًا قَالَ: فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنْتُمْ لِرُسُلِي أَشَدَّ تَكْذِيبًا وَمَعْصِيَةً، فَيُدْخِلُ هَؤُلاَءِ الْجَنَّةَ، وَهَؤُلاَءِ النَّارَ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü dörd (qisim insan Allahın hüzuruna) gətiriləcək; uşaq, ağlını itirmiş, Fətra əhli və əldən düşmüş qoca. Onların hamısı özlərinə haqq qazandıracaqlar. Bu zaman Uca Allah oddan olan bir boyuna deyəcək: “Çıx!” Onlara isə buyuracaq: “Həqiqətən, Mən qullarıma öz aralarından bir elçi göndərmişdim və həqiqətən, Mən Özüm Özümün elçisiyəm, bura (oda) daxil olun!” Sonra kimə bədbəxtlik yazılmışsa, belə deyəcək: “Ya Rəbbim! Biz ondan qaçdığımız halda ora necə girək?!” Kimə xoşbəxtlik yazılmışsa, gedib qorxmadan tələsik ora atılacaq. Uca Allah buyuracaq: “Siz Mənim elçilərimi daha çox yalanlayan və onlara asi olanlarsınız”. Beləliklə, bunları Cəhənnəmə, o birilərini isə Cənnətə daxil edəcək”.”
Qeyd
Əbu Yalə, 4224. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2468. Bu hədisi başqa bir hədis aydınlaşdırır. Belə ki, həmin hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Qiyamət günü heç nə eşitməyən kar kişi, dəli, düşkünlük çağına çatmış qoca kişi və fətra dövründə yaşayan bir kişi olacaq. Kar kişi deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsilən dövrdə yaşayan kişi deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər ﷺ dedi: “Muhəmmədin nəfsi əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (Əhməd, 16301, 16344, 16410; İbn Hibban, 7357. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 881).
İstinad
Qüdsi hədislər, 183 (Kitab 13, 8)
Səhih qüdsi hədislər — Qiyamət