Qiyamət

Şəfaət haqda

عَنْ أَنَسٍ قَالَ: حَدَّثَنِي نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنِّي لَقَائِمٌ أَنْتَظِرُ أُمَّتِي تَعْبُر عَلَى الصِّرَاطِ إِذْ جَاءَنِي عِيسَى فَقَالَ: هَذِه الأَنْبِيَاء قَدْ جَاءَتْكَ يَا مُحَمَّدُ! يَشْتَكُونَ أَوْ قَالَ يَجْتَمِعُونَ إِلَيْكَ وَيَدْعُونَ اللهَ عَزَّ وَجَلَّ أَنْ يُفَرِّقَ جَمْع الأُمَمِ إِلَى حَيْثُ يَشَاءُ اللهُ، لِعِظَمِ مَا هُمْ فِيهِ وَالْخَلْقُ مُلْجَمُونَ فِي الْعَرَقِ وَأَمَّا الْمُؤْمِن فَهُوَ عَلَيْهِ كَالزّكْمَةِ، وَأَمَّا الْكَافِر فَيَتَغَشَّاهُ الْمُوتُ، قَالَ: قَالَ: يا عِيسَى! انْتَظِر حَتَّى أَرْجِعَ إِلَيْكَ قَالَ: فَذَهَبَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى قَامَ تَحْتَ الْعَرْشِ فَلَقِيَ مَا لَمْ يَلْقَ مَلَكٌ مُصْطَفَى، وَلاَ نَبِيٌّ مُرسَلٌ فَأَوْحَي اللهُ عَزَّ وَجَلَّ إِلَى جِبْرِيلُ: اذْهَبْ إِلَى مُحَمَّدٍ فَقُلْ لَهُ: ارْفَعْ رَأْسَكَ سَلْ تُعْطَ وَاشْفَعْ تُشَفَّعْ قَالَ: فَشُفِّعْتُ فِي أُمَّتِي أَنْ اخُرِجَ مِنْ كُلِّ تَسْعَةٍ وَتِسْعِينَ إِنْسَاناً وَاحِداً قَالَ: فَمَا زِلتُ أَتَرَدَّدُ عَلَى رَبِيِّ عَزَّ وَجَلَّ فَلاَ أَقُومُ مَقَاماً إِلاَّ شُفِّعْتُ حَتَّى أَعْطَانِي اللهُ عَزَّ وَجَلَّ مِنْ ذَلِكَ أَنْ قَالَ: يَا مُحَمَّد! أَدْخِلْ مِنْ أُمَّتِكَ مَنْ خَلْقِ اللهِ عَزَّ وَجَلَّ مَنْ شَهِدَ أَنَّهُ لاَ إِلَهَ إِلاَّ اللهُ يَوماً وَاحِداً مُخْلِصاً وَمَاتَ عَلَى ذَلِكَ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Həqiqətən, mən (Qiyamət günü) ayaq üstə ümmətimin sirat körpüsünün üstündən keçməyini gözlədiyim zaman İsa yanıma gəlib deyəcək: “Ey Muhəmməd! Bu peyğəmbərlər sənin yanına gələrək şikayət edir və ümmətlərin halı çox dəhşətli olduğu üçün Allaha dua edirlər ki, (və ya yanına toplanaraq Allaha dua edirlər ki,) Allah onları bir-birindən ayırıb istədiyi yerə (Cənnətə və ya Cəhənnəmə) salsın”. Həmin vaxt insanlar tər içində olacaqlar. Möminə gəlincə, bu ona zökəm kimi gələcək. Kafir olan kəsi isə ölüm bürüyəcək”. Allah Elçisi ﷺ deyəcək: “Ey İsa, sənin yanına qayıdanadək gözlə!” Allahın Peyğəmbəri ﷺ gedib Ərşin altında, heç bir seçilmiş mələyə və ya göndərilmiş peyğəmbərə nəsib olmayan məqamda duracaq. Sonra Allah ﷿ Cəbrailə belə vəhy edəcək: “Muhəmmədin yanına get və ona de: “Başını qaldır, istə, istədiyin sənə veriləcək, şəfaət et, şəfaətin qəbul ediləcək”. Mən ümmətimə hər doxsan doqquz insandan birinin (Cəhənnəmdən) çıxmasına şəfaət edəcəyəm. Mən Rəbbimə ﷿ üz tutaraq dayanmadan, Allaha şəfaət edilə bilən hər məqamdan şəfaət edəcəyəm. Nəhayət, Allah ﷿ bunu mənə verərək belə buyuracaq: “Ey Muhəmməd! Ümmətindən bir gün olsa belə ixlasla “lə: ilə:hə illəllah” kəlməsinə şəhadət verən və bunun üzərində ölən kəsləri (Cənnətə) daxil et!””

Ənəs
Səhih

Qeyd

Əhməd, 1276. Hədis səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 553.

İstinad

Qüdsi hədislər, 210 (Kitab 13, 35)

Səhih qüdsi hədislər — Qiyamət