Şəfaət haqda
عَنْ أَنَسِ يرفعه إلى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قال مَا زِلْتُ أَشْفَعُ إِلَى رَبِّي عَزَّ وَجَلَّ ويشفعني وأشفع ويشفعني حتى أقول أَيْ رَب شَفِّعْنِي فِيمَنْ قَالَ لا إِلَهَ إِلا اللَّهُ فيقول هَذِهِ لَيْسَتْ لَكَ يَا مُحَمَّدُ وَلا لأَحَدٍ هَذِهِ لي وَعِزَّتِي وَجَلالِي وَرَحْمَتِي لا أَدَعُ فِي النَّارِ أَحَدًا يقول لا إِلَهَ إِلا اللَّهُ
“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən Rəbbimə ﷿ durmadan şəfaət edəcəyəm, O da şəfaətimi qəbul edəcək. Mən şəfaət etməyə davam edəcəyəm, O da şəfaətimi qəbul edəcək, hətta mən deyəcəyəm: “Ya Rəbbim! Məni “lə: ilə:hə illəllah” deyən kimsələrə şəfaətçi et”. Allah buyuracaq: “Ey Muhəmməd, bu nə sənə, nə də bir kimsəyə məxsus deyil. Bu, Mənə məxsusdur. İzzətimə, Əzəmətimə və Mərhəmətimə and olsun ki, Mən “lə: ilə:hə illəllah” deyən kəsləri odun içində buraxmayacağam”.”
Qeyd
İbn Əbu Asim, 685. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 828.
İstinad
Qüdsi hədislər, 211 (Kitab 13, 36)
Səhih qüdsi hədislər — Qiyamət