Qiyamət

Dünyada və Axirətdə möminin günahlarının gizlədilməsi

عَنْ ابْنِ عُمَرَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ يُدْنِى الْمُؤْمِنَ فَيَضَعُ عَلَيْهِ كَنَفَهُ، وَيَسْتُرُهُ فَيَقُولُ أَتَعْرِفُ ذَنْبَ كَذَا أَتَعْرِفُ ذَنْبَ كَذَا فَيَقُولُ نَعَمْ أَىْ رَبِّ. حَتَّى إِذَا قَرَّرَهُ بِذُنُوبِهِ وَرَأَى فِى نَفْسِهِ أَنَّهُ هَلَكَ قَالَ سَتَرْتُهَا عَلَيْكَ فِى الدُّنْيَا، وَأَنَا أَغْفِرُهَا لَكَ الْيَوْمَ. فَيُعْطَى كِتَابَ حَسَنَاتِهِ، وَأَمَّا الْكَافِرُ وَالْمُنَافِقُونَ فَيَقُولُ ﴿الأَشْهَادُ هَؤُلاَءِ الَّذِينَ كَذَبُوا عَلَى رَبِّهِمْ، أَلاَ لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ﴾»

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, onu əhatə edib qoruyaraq soruşacaq: “Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?” Mömin: “Bəli, ya Rəbbim!”- deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə, Allah buyuracaq: “Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram”. Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə (onların əməllərinə) şahid olanlar: “Bunlar Rəbbinə iftira yaxanlardır”- deyəcəklər. Allahın lənəti olsun zalımlara!” (Hud, 18) deyəcəklər”.”

İbn Ömər
Səhih

Qeyd

əl-Buxari, 2261, 2441, 6960, 7514.

İstinad

Qüdsi hədislər, 186 (Kitab 13, 11)

Səhih qüdsi hədislər — Qiyamət