Qiyamət

Borclu olana güzəşt edənin fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ رَجُلاً لَمْ يَعْمَلْ خَيْرًا قَطُّ وَكَانَ يُدَايِنُ النَّاسَ فَيَقُولُ لِرَسُولِهِ خُذْ مَا تَيَسَّرَ وَاتْرُكْ مَا عَسُرَ وَتَجَاوَزْ لَعَلَّ اللَّهَ تَعَالَى أَنْ يَتَجَاوَزَ عَنَّا فَلَمَّا هَلَكَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ لَهُ هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ قَالَ لاَ إِلاَّ أَنَّهُ كَانَ لِى غُلاَمٌ وَكُنْتُ أُدَايِنُ النَّاسَ فَإِذَا بَعَثْتُهُ لِيَتَقَاضَى قُلْتُ لَهُ خُذْ مَا تَيَسَّرَ وَاتْرُكْ مَا عَسُرَ وَتَجَاوَزْ لَعَلَّ اللَّهَ يَتَجَاوَزُ عَنَّا. قَالَ اللَّهُ تَعَالَى قَدْ تَجَاوَزْتُ عَنْكَ» ...حُوسِبَ رَجُلٌ مِمَّنْ كَانَ قَبْلَكُمْ، فَلَمْ يُوجَدْ لَهُ مِنَ الْخَيْرِ إِلاَّ أَنَّهُ كَانَ رَجُلًا يُخَالِطُ النَّاسَ وَكَانَ مُوسِرًا، فَكَانَ يَأْمُرُ غِلْمَانَهُ أَنْ يَتَجَاوَزُوا عَنِ الْمُعْسِرِ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ: فَنَحْنُ أَحَقُّ بِذَلِكَ مِنْهُ، فَتَجَاوَزَ عَنْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun borcundan) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. O, öləndən sonra Allah ﷿ ondan soruşur: “Xeyir bir əməl etdinmi?” O deyir: “Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndərəndə ona belə buyurardım: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çəkəni burax və (onun borcundan) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. Uca Allah buyurur: “Sənin (günahlarından) keçdim!” Digər rəvayətdə isə deyilir: “Sizdən əvvəl yaşayan insanlardan biri haqq-hesaba çəkildi, amma xeyirli bir iş gördüyü aşkar olunmadı. O, sadəcə insanlarla ünsiyyətdə olan zəngin bir adam olmuşdu. Bu adam öz xidmətçilərinə borcunu ödəyə bilməyən kimsəni bağışlamağı buyurarmış. Allah ﷿ da: “Biz bu adamı bağışlamağa ondan daha çox layiqik”– deyib onu bağışladı”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 1562, 2922, 4081; əl-Buxari “Ədəbul-Mufrad” 293.

İstinad

Qüdsi hədislər, 187 (Kitab 13, 12)

Səhih qüdsi hədislər — Qiyamət