Qiyamət günü bəndənin nemətlər barəsində sorğu-sual edilməsi
عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنِّي مُمْسِكٌ بِحُجَزِكُمْ عَنِ النَّارِ هَلُمَّ عَنِ النَّارِ، وَتَغْلِبُونَنِي تَقَاحَمُونَ فيه تَقَاحُمَ الْفَرَاشِ أو الْجَنَادِبِ، فَأُوشِكُ أَنْ أُرْسِلَ بِحُجَزِكُمْ وَأَنَا فَرَطكُمْ عَلَى الْحَوْضِ فَتَرِدُونَ عَلَيَّ مَعًا وَأَشْتَاتًا فَأَعْرِفَكُمْ بِسِيمَاكُمْ وَأَسْمَائِكُمْ كَمَا يَعْرِفُ الرَّجُلُ الْغَرِيبَةَ مِنَ الإِبِلِ فِي إِبِلِهِ، وَيُذْهَبُ بِكُمْ ذَاتَ الشِّمَالِ وَأُنَاشِدُ فِيكُمْ رَبَّ العاليمن فَأَقُولُ: أي رَبِّ أُمَّتِي، فَيَقُولُ: يَا مُحَمَّدُ! إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ إنهم كَانُوا يَمْشُونَ بَعْدَكَ الْقَهْقَرَى عَلَى أَعْقَابِهِمْ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ شَاةً لَهَا ثُغَاءٌ فيُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ بَعِيرًا لَهُ رُغَاءٌ فيُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ، فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ فَرَسًا لَهُ حَمْحَمَةٌ ينادي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ، فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شيئا قَدْ بَلَّغْتُكَ. فَلاَ أَعْرِفَنَّ أَحَدَكُمْ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُ سِقَاءً مِنْ أَدَمٍ يُنَادِي: يَا مُحَمَّدُ يَا مُحَمَّدُ! فَأَقُولُ: لاَ أَمْلِكُ لَكَ شَيْئًا، قَدْ بَلَّغْتُكَ".
“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Qiyamət günü) mən sizin qurşağınızdan tutub Cəhənnəm odundan saxlayaraq belə deyəcəyəm: “Oddan bəri gəlin!” Siz də mənə məhəl qoymayıb kəpənəklər və ya şala cırcıramaları kimi odun içinə elə cumacaqsınız ki, mən də az qala qurşaqlarınızı buraxmış olacağam. Mən sizi hovuzun üzərində buraxacağam. Siz birlikdə və ayrı-ayrı mənim yanıma gətiriləcəksiniz. Bir insan dəvələrinin arasında yad dəvəni tanıdığı kimi mən də sizi simalarınızdan və adlarınızdan tanıyacağam. Siz sol tərəfə aparılacaqsınız. Mən sizdən ötrü aləmlərin Rəbbinə: “Ya Rəbbim, ümmətim!”- deyə yalvaracağam. O buyuracaq: “Ey Muhəmməd! Həqiqətən, sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər. Onlar səndən sonra geriyə dönərək dal-dala getdilər”. Qiyamət günü mən sizdən (qoyunlarının zəkatını verməyərək boynunda) mələyən bir qoyunla gələn kimsəni tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən (dəvələrinin zəkatını verməyərək boynunda) nərildəyən bir dəvəsi ilə gələn kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən (atlarının zəkatını verməyərək boynunda) kişnəyən bir atı ilə gələn kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “(Kömək et,) ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. Habelə Qiyamət günü mən sizdən dəridən tuluq gəzdirən kimsəni də tanımayacağam. O car çəkərək deyəcək: “Ey Muhəmməd, ey Muhəmməd!” Mən də belə deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”.”
Qeyd
əl-Qadai “Musnəduş-Şihəb” 1050; İbn Həcər əl-Asqaləni “əl-Mətalibul-Aliyə” 2080. Hədis həsən səhihdir. Bax: Səhih Tərğib vət-Tərhib, 784; Silsilə əs-Səhihə, 2865. Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Qiyamət günü) dəvələr öz sahibinin yanına (dünyada) olduğundan daha gözəl görkəmdə gələcək. Əgər sahibi onlardan zəkat verməmişdisə, onu ayaqlarının altına alıb tapdalayacaqlar. Həmçinin qoyunlar da öz sahibinin yanına (dünyada) olduğundan daha gözəl görkəmdə gələcək. Əgər sahibi onlardan zəkat verməmişdisə, dırnaqları ilə onu tapdalayacaq və buynuzları ilə onu buynuzlayacaqlar. Bu heyvanların üzərindəki haqlardan biri də suvarıldıqları yerdə südünü sağmaq (və fağır-füqəraya verməkdir). Sizdən (qoyunlarının zəkatını) verməyən kimsə Qiyamət günü boynunda mələyən bir qoyunla gəlib deməsin: “(Kömək et,) ey Muhəmməd!” Çünki mən deyəcəyəm: “Sənə heç bir şeylə kömək edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim.” Habelə boynunda nərildəyən bir dəvə ilə gəlib deməsin: “(Yardım et,) ey Muhəmməd!” Çünki mən deyəcəyəm: “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən (Allahın hökmünü sənə) təbliğ etmişdim”. (əl-Buxari, 1314, 1402). Digər rəvayətdə bu əlavə vardır: “...Yaxud boynunda qızıl və gümüşlə gəlib deməsin ki: “Ey Allahın Elçisi, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim”- deyəcəyəm. Yaxud boynunda parıldayan bir paltarla gəlib deməsin ki: “Ey Allahın Elçisi, mənə yardım et!” Mən (cavabımda ona): “Sənə heç bir şeylə yardım edə bilmərəm. Mən sənə təbliğ etmişdim”- deyəcəyəm”. (əl-Buxari, 2844, 3073).
İstinad
Qüdsi hədislər, 201 (Kitab 13, 26)
Səhih qüdsi hədislər — Qiyamət