Qiyamət

Dünyada nemət içində yaşayan kafirin Axirətdəki əzabı

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «يُؤْتَى بِأَنْعَمِ أَهْلِ الدُّنْيَا مِنْ أَهْلِ النَّارِ يَوْمَ الْقِيَامَةِ فَيُصْبَغُ فِى النَّارِ صَبْغَةً ثُمَّ يُقَالُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ خَيْرًا قَطُّ هَلْ مَرَّ بِكَ نَعِيمٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ. وَيُؤْتَى بِأَشَدِّ النَّاسِ بُؤْسًا فِى الدُّنْيَا مِنْ أَهْلِ الْجَنَّةِ فَيُصْبَغُ صَبْغَةً فِى الْجَنَّةِ فَيُقَالُ لَهُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ بُؤْسًا قَطُّ هَلْ مَرَّ بِكَ شِدَّةٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ مَا مَرَّ بِى بُؤُسٌ قَطُّ وَلاَ رَأَيْتُ شِدَّةً قَطُّ»

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və bir dəfə oda salınacaq. Sonra ona deyiləcək: “Ey Adəm övladı! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əhlindən olan, dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və bir dəfə Cənnətə salınacaq. Ona deyiləcək: “Ey Adəm övladı! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəlmədi və bir sıxıntı da görmədim”- deyəcək”.”

Ənəs ibn Malik
Səhih

Qeyd

Muslim, 2807, 5021, 7266.

İstinad

Qüdsi hədislər, 192 (Kitab 13, 17)

Səhih qüdsi hədislər — Qiyamət