Qiyamət gününün bəzilərinə bir saat qədər qısa olması
عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «تَجْتَمِعُونَ يَوْمَ الْقِيَامَةِ ، فَيُقَالُ: أَيْنَ فُقَرَاءُ هَذِهِ الأُمَّةِ وَمَسَاكِينَهَا، قَالَ: فَيَقُومُونَ ، فَيُقَالُ لَهُمْ: مَاذَا عَمِلْتُم؟ فَيَقُولُونَ: رَبَّنَا ابْتَلَيْتَنَا فَصَبَرنَا، وَآتَيْتَ الأَمْوُالَ وَالسُّلْطَانَ غَيْرَنَا، فَيَقُولُ اللهُ: صَدَقْتُمْ، قَالَ: فَيَدْخُلُونَ الْجَنَّةَ قَبْلَ النَّاسِ وَيَبْقَى شِدَّةُ الْحِسَابِ عَلَى ذَوُى الأَمْوَالِ وَالسُّلْطَانِ». قَالُوا: فَأَيْنَ الْمُؤْمِنُونُ يَومَئذْ؟ قَالَ: «يُوْضَعُ لَهُمْ كَرَاسِي مِنْ نُورٍ وَتُظَلَّلُ عَلَيْهِمُ الْغَمَامُ يَكُونُ ذَلِكَ الْيَوْمُ اقْصَرَ عَلَى الْمُؤْمِنِينَ مِنْ سَاعَةٍ مِنْ نَهَارٍ»
“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: “Bu ümmətin kasıb və miskinləri hardadır?” Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: “Siz nə əməl etdiniz?” Onlar deyəcəklər: “Ya Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbir etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin”. Allah deyəcək: “Doğru söylədiniz!” Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Çətin sorğu-sual isə mal-dövlət və hakimiyyət sahibləri üçün qalacaq”. Səhabələr Peyğəmbərdən ﷺ soruşdular: “O gün (digər) möminlər harada olacaqlar?” O buyurdu: “Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatından da qısa olacaq”.”
Qeyd
İbn Hibban, 7419; əl-Heysəmi “Məcməuz-Zəvaid” 18350. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir. Bax: Səhih Tərğib vət-Tərhib, 3187, 3590.
İstinad
Qüdsi hədislər, 203 (Kitab 13, 28)
Səhih qüdsi hədislər — Qiyamət