Cənnət və Cəhənnəm

Cənnətin çətinliklər, Cəhənnəmin isə şəhvətlərlə əhatə olunması

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ قَالَ لِجِبْرِيلَ: اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا ثُمَّ حَفَّهَا بِالْمَكَارِهِ ثُمَّ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَدْخُلَهَا أَحَدٌ». قَالَ: «فَلَمَّا خَلَقَ اللَّهُ النَّارَ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ فَيَدْخُلُهَا فَحَفَّهَا بِالشَّهَوَاتِ ثُمَّ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَبْقَى أَحَدٌ إِلاَّ دَخَلَهَا»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah Cənnəti yaradanda Cəbrailə buyurdu: “Get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, onun haqqında eşidən hər kəs ora daxil olacaq”. Sonra Allah onu çətinliklərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, heç kimin ora daxil ola bilməyəcəyindən qorxdum”. Allah Cəhənnəmi yaradanda isə buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, onu eşidən heç bir kəs ora daxil olmaz”. Sonra Allah onu şəhvətlərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ya Rəbbim! İzzətinə and olsun ki, hər kəsin ora daxil olacağından qorxdum”.”

Əbu Hureyra
Həsən

Qeyd

Əbu Davud, 4119, 4746. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 5696.

İstinad

Qüdsi hədislər, 212 (Kitab 14, 1)

Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm