Cənnətlə Cəhənnəmin höcətləşməsi
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «تَحَاجَّتِ الْجَنَّةُ وَالنَّارُ فَقَالَتِ النَّارُ أُوثِرْتُ بِالْمُتَكَبِّرِينَ وَالْمُتَجَبِّرِينَ. وَقَالَتِ الْجَنَّةُ مَا لِى لاَ يَدْخُلُنِى إِلاَّ ضُعَفَاءُ النَّاسِ وَسَقَطُهُمْ. قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لِلْجَنَّةِ أَنْتِ رَحْمَتِى أَرْحَمُ بِكِ مَنْ أَشَاءُ مِنْ عِبَادِى. وَقَالَ لِلنَّارِ إِنَّمَا أَنْتِ عَذَابٌ أُعَذِّبُ بِكِ مَنْ أَشَاءُ مِنْ عِبَادِى. وَلِكُلِّ وَاحِدَةٍ مِنْهُمَا مِلْؤُهَا، فَأَمَّا النَّارُ فَلاَ تَمْتَلِئُ حَتَّى يَضَعَ رِجْلَهُ فَتَقُولُ قَطٍ قَطٍ قَطٍ. فَهُنَالِكَ تَمْتَلِئُ وَيُزْوَى بَعْضُهَا إِلَى بَعْضٍ، وَلاَ يَظْلِمُ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ خَلْقِهِ أَحَدًا، وَأَمَّا الْجَنَّةُ فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُنْشِئُ لَهَا خَلْقًا»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi. Cəhənnəm dedi: “Mən (məxsusi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradılmışam”. Cənnət dedi: “Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?” Onda Uca Allah Cənnətə buyurdu: “Sən Mənim rəhmətimsən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edərəm”. Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə əzab verərəm. Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq”. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: “Yetər, yetər!”- deyəcək. Onda o, artıq dolacaq və (içindəkiləri) qaplayacaq. Allah ﷿ qullarından heç kəsə zülm etməz. Cənnətə gəlincə, Allah ﷿ onun (dolması) üçün başqa varlıqlar yaradacaq”.”
Qeyd
əl-Buxari, 4472, 4569, 4850; “Ədəbul-Mufrad” 554, 589.
İstinad
Qüdsi hədislər, 213 (Kitab 14, 2)
Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm